Dünyaca məşhur "Femen" qrupu "AZAL”ın "Buta Airways" şirkətinə qarşı etiraz aksiyası keçirdilər.
"Femen" qrupunun yaydığı bəyanatda "Azərbaycan Hava Yolları"nın törəmə müəssisəsi - "Buta Airways"ın Ukraynaya təşkil etdiyi turlar zamanı bilet qiymətlərinin nisbətən ucuz olması və yalnız kişi müştərilərə "qucaq açması” etiraz edib. Açqılamada rəsmi Azərbaycan şirkətinin belə bir addım atması, kişiləri yaxın xaricdə seksual münasibətlərə təşviq etməsi Ukraynada yaşayan seksual fəallar, daha doğrusu onların ictimai birliyi tərəfindən hiddətlə qaşılanıb.
Kievdə fəaliyyət göstərən və fəal seksual qadınlardan ibarət olan "Femen” təşkilatının üzvləri uçuşa yalnız kişilərin daxil edilməsini əsassız sayaraq, təcili olaraq "Buta Airways"ın rəsmi olaraq üzr istəməsini tələb ediblər.
Onlar bildiriblər ki, "Buta”nın turları vasitəsilə Ukraynaya ancaq kişilərin getməsi, orada onları qızların qarşılaması, qoz-fındıq ləpəsi və s. elementlər göstərərək reklam çəkməsi, seks-turizmə təşviq etməsi qadın hüquqlarının kobud şəkildə pozulması deməkdir.
"Femen" qrupunun üzvləri etiraz əlaməti olaraq Kiyevin hava limanında çılpaq şəkildə Bakı reysi ilə gələn sərnişinləri əlində "Tofiq” və "Zakir” plakatları ilə qarşılayıblar.
Sözügedən aksiya Rusiya və Ukrayna mətbuatında da geniş işıqlandırılıb. Rusiyanın ən məşhur xəbər saytları bu videonu paylaşaraq turistlərin Ukraynaya yalnız qız arxasınca gəldiyini yazıblar.
Qeyd edək ki, etiraza səbəb olan videoçarxın süjetində qəhrəman qoz-fındıq alaraq Kiyev reysinə minir. Daha sonra Ukraynanın paytaxtında yerli qızlar "Zakir və "Tofiq” yazılan plakatlarla Bakıdan gələn sərnişinləri gözləyirlər. |azxeber.com
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?