GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Siqaretin bahalaşacağı gözlənilir

Siqaretin bahalaşacağı gözlənilir

Tarix: 27-10-2017, 11:00 Bölmə :Cəmiyyət Baxış: 609
Siqaretin bahalaşacağı gözlənilir


Aksiz vergisinin ən aşağı həddə belə artırılmasının daxildəki qiymətlərə təsir edəcəyi heç kimdə şübhə doğurmur

Azərbaycana idxalına aksiz tətbiq olunan məhsulların qiymətində bahalaşma ola bilər. Buna aksiz dərəcələrinin artırılması yol açacaq. Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin dediyinə görə, siqaret və alkoqollu içkilərə tətbiq olunana aksiz vergisi çoxdandır dəyişməz qalıb: “Bu dərəcələrə çoxdandır baxılmır.

Bildiyiniz kimi, ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələri inkişaf edir. Digər tərəfdən, siqaret və alkaqollu içkilər ilkin zəruri məhsullar deyil. Tütün və spirtli içkilərin idxalı məsələsində biz ilk növbədə əhalinin sağlamlığını düşünməliyik. Həmçinin Azərbaycanda bu gün tütün və alkoqollu içkilər istehsal edən kifayət qədər müəssisə var”.

Xatırladaq ki, Azərbaycanda aksiz vergisi sonuncu dəfə 2015-ci ilin fevralında artırılıb. Həmin vaxt Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında” qərarına edilən dəyişikliklə ölkəyə gətirilən etil spirti üzrə aksiz dərəcəsi 1 ABŞ dolları və ya o zamankı 0,8 manatdan 2 manata, pivə üzrə litr üçün 1 ABŞ dolları və ya 0,8 manatdan 1 manata qaldırılıb. Üzüm şərabları üzrə demək olar ki, dəyişməyib və əvvəlki 2,5 dolar əvəzinə 2 manat həddində müəyyən edilib. Əvəzində indiyədək aksiz vergisinə cəlb edilməyən şampan şərablarının hər litri üçün 2,5 manat aksiz vergisi müəyyən edilib. Eləcə də viski, rom, araq, likör və sair içkilər üçün aksiz dərəcələri 20 faiz artaraq, 6 dollar və ya 4,8 manatdan 6 manata qaldırılıb.

Həmin qərarla aksiz dərəcəsi kəskin artırılan mallardan biri də siqaretlər və tütün məmulatları olub. Bu məhsulların aksiz vergisi təqribən 3 dəfə artırılaraq, hər 1000 ədəd siqaret üçün 1,8 dollar, yəni 1,44 manat əvəzinə 4 manat müəyyən edilib. Siqarlar üçünsə hər 1000 dənəyə 10 manat aksiz vergisi müəyyənləşdirilib. Qərardan dərhal sonra daxili bazarda adları qeyd olunan bütün məhsulların qiymətində ciddi artım qeydə alınıb. Daha sonra isə ölkədə baş verən 2 kəskin devalvasiya, həmçinin dünya bazarında xammalın bahalaşması nəticəsində qiymətlər xüsusilə siqaretlər üzrə az qala 1,5-2 dəfəyədək artıb. Bu şəraitdə aksiz vergisinin ən aşağı həddə belə artırılmasının daxildəki qiymətləri yenidən artıracağı heç kimdə şübhə doğurmur.

Qeyd edək ki, gələn il Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmalarının 2 milyard 430 milyon manatının təmin olunması nəzərdə tutulur. Bu cari ilin proqnozundan 180 milyon manat (8 faiz), 2016-cı ilin icrasından isə 138,4 milyon manat (6 faiz) çoxdur. Bu zaman aksiz vergisi üzrə proqnoz bu ilkindən 91,1 faiz və ya 82 milyon manat çox olmaqla 172,2 milyon manata qaldırılıb. Maliyyə Nazirliyi tərəfindən açıqlanan büdcə ilə bağlı təqdimatda qeyd olunur ki, bu proqnoza əməl etmək üçün tütün məmulatları və alkaqollu içkilərin aksiz vergisi artırılacaq. Təqdimata görə, artımın bir səbəbi adları çəkilən məhsullarının bahalaşması nəticəsində aksiz vergisinin onların qiymətindəki dəyərinin azalmasıdır. Digər səbəb isə həmin məhsullar üzrə daxili istehsalı qorumaqdır.

DGK rəhbəri A.Əliyev artımın aşağı həddə olacağını deyib. Amma rəqəmlərə diqqət yetirdikdə, nəzərdə tutulan proqnoza əməl edilməsi üçün artımların elə də aşağı olmayacağını görürük. Belə ki, ölkəyə tütün və tütün məmulatlarının idxalında ildən-ilə azalma qeydə alınır. DGK-nın məlumatına görə, bu ilin 9 ayında Azərbaycana 114,66 milyon dollarlıq tütün və tütün məmulatı idxal olunub. Bu, ötən ilin analoji dövründə qeydə alınmış 120,5 milyon dollarlıq idxalda 5 faizə yaxın azalma deməkdir. 2015-ci ilin 9 ayında isə bu məhsulların idxalı 230,9 milyon dollar təşkil edib. Yəni son iki ildə idxal 2 dəfəyədək azalıb. İdxalın azalması isə o deməkdir ki, aksizlərdə nəzərdə tutulan artım o həddə olmalıdır ki, azalan həcmlə büdcə proqnozuna əməl oluna bilsin.

Aksizlərin artırılması üçün irəli sürülən daxili istehsalı qorumaq arqumentinə gəlincə, hazırda Azərbaycanda yerli istehsal siqaretə olan tələbatın 16-17 faizini təmin etmək gücündədir. Başqa sözlə desək, ölkədə 1 il ərzində istehlak olunan 10 milyard ədəd siqaretin yalnız 1,6 milyardı daxildə istehsal olunur. Bu istehsalın əhəmiyyətli hissəsi də xaricdən gətirilən xammal hesabınadır.

Qeyd edək ki, bu il ölkədə 3200 hektar sahədə tütün əkilib. 2021-ci ilədək bu sahənin 6 min hektara çatdırılması nəzərdə tutulur ki, bu da 12 min ton quru tütün əldə etməyə imkan verəcək. Milli Məclisin üzvü, ölkədə siqaretin əsas istehsalçısı olan “European Tobacco Baku”nun rəhbəri Rüfət Quliyevin dediyinə görə, bu həcm daxili istehsalın tələbatı 60-65 faizədək təmin etməsinə imkan verəcək. Yeri gəlmişkən, Azərbaycanda tələbatı yerli istehsal hesabına təmin etmək üçün istehsal gücünün də artırılmasına ciddi ehtiyac var. Belə ki, müasir istehsal texnologiyasına malik “European Tobacco Baku” daxili tələbatın ən yaxşı halda 20 faizini təmin edə bilər. Bu məsələ dövlət başçısı tərəfindən də vurğulanıb: “Biz daxili bazarı təmin etmək və xüsusilə xarici bazarlara çıxmaq üçün tezliklə Azərbaycanda siqaret istehsalını inkişaf etdirməliyik. Mövcud siqaret fabriklərinin gücü artırılmalıdır. Bizdə o qədər də çox siqaret fabriki yoxdur. Hesab edirəm ki, yeni və ən müasir texnologiyalarla təchiz edilmiş siqaret fabrikləri də yaradılmalıdır.”

Dövlət başçısı eyni zamanda yerli istehsalın qorunması məqsədilə müəyyən məhsullar üzrə gömrük-idxal rüsumlarının qaldırılmasından da danışıb: “Görəndə ki, biz hansısa məhsulla özümüzü tam 100 faiz təmin edirik, dərhal o məhsula rüsum qalxmalıdır.” Bu isə o deməkdir ki, siqaret idxalına tətbiq olunan aksiz vergisinin daxili istehsalı qorumaq üçün artırılması arqumenti, yumşaq desək, qeyri-realdır.

Bu artımdan isə əhalinin bütün təbəqələri əziyyət çəkəcək - baxmayaraq ki, siqaret zəruri tələbat malları siyahısında yoxdur, hazırda demək olar ki, hər bir ailədə ondan istifadə edən var. Bu isə aksizlərin qaldırılması nəticəsində baş verəcək qiymət artımından bütün ölkə əhalisinin zərər çəkəcəyi deməkdir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Gömrük əməliyyatı: Aksiz markasız tütün məmulatını daşıyan avtomobil saxlanılıb

    Gömrük əməliyyatı: Aksiz markasız tütün ...

    22-09-2016, 13:14

  • 
  • "Ai-92" ilə bağlı mühüm qərar

    "Ai-92" ilə bağlı mühüm qərar ...

    18-07-2017, 11:24

  • 
  • Qusarda xarici ölkələrin aksiz markası ilə markalanmış araqlar aşkar edildi

    Qusarda xarici ölkələrin aksiz markası ilə ...

    10-07-2013, 13:01

  • 
  • Azərbaycanda siqaret istehsalı "fontan vurur"

    Azərbaycanda siqaret istehsalı "fontan ...

    20-05-2016, 02:04

  • 
  • Xarici siqaretlər bahalaşacaq

    Xarici siqaretlər bahalaşacaq ...

    8-02-2015, 12:41


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu