GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Paytaxtda söküntü “bumu” başlayır

Paytaxtda söküntü “bumu” başlayır

Tarix: 28-10-2017, 10:57 Bölmə :Cəmiyyət Baxış: 448
Paytaxtda söküntü “bumu” başlayır


Köhnə binaları göydələnlər əvəzləyəcək; yeni tikililərdə qiymətlər düşə bilər

Bir neçə aydır ki, qəzalı vəziyyətdə olan köhnə 2-3 mərtəbəli binaların söküntüsü başlanılıb. Əksər binaların sakinləri də artıq köçürülüb. Söküntü işlərinin gedişi, insanların problemləri ilə maraqlanmaq üçün söküntü işlərinin həyata keçirildiyi yerlərdən birinə - Nərimanov rayonuna baş çəkdik.

Rayonun Firdovsi Məmmədov küçəsi 5, 8, 12-də artıq söküntü işləri demək olar ki, yekunlaşmaq üzrə idi. Əhali buradan köçürülüb. Aldığımız məlumatlara görə, köhnə evlərin yerinə bina tikəcək şirkət bina sakinlərinin müvəqqəti kirayə çıxması üçün aylıq pul da verir. Belə ki, kirayə pulu evin otaqlarının sayına görə dəyişir. Məsələn, bir otaqlı mənzili olan insanlara aylıq kirayə pulu 300 manat, 2 otaqlılara isə 400 manat verilir. Bu pullar açılmış hesablara (karta) köçürülür.

Firdovsi Məmmədov 10-da 2 mərtəbəli köhnə binanın sakinləri isə gözləri yolda evlərinin söküləcəyi vaxtı gözləyir. Artıq bu bina ilə üzbəüz, yolun qarşı tərəfindəki evlər uçurulub. Bu ərazidən keçərkən insanda qəribə bir təəssürat yaranır. Yolun bir tərəfində yaşayış tamamilə yoxdur, bina uçuq sökük, dağıntı işləri gedir, digər tərəfində isə yaşayış hökm sürür.

F.Məmmədov-10-un sakini Nuridə Məmmədova deyir ki, artıq bir neçə ildir ki, evlərinin söküləcəyi ilə bağlı söhbətlər gedirmiş: “Bu evlər artıq yararsız vəziyyətdədir. Evlərimizə kəsəyən girir. Düzdür, qonşuluq münasibətləri üçün bu cür köhnə Bakı məhəllələri vazkeçilməzdir. Amma indiki şəraitdə belə evlərdə yaşamaq çətindir. Bu evləri isitmək də olmur. Nəhayət, bir neçə ay əvvəl gəlib evlərin kvadratlarını ölçdülər. Noyabrın 1-də bildiriş verəcəklərini deyiblər. Buraların sökülməsini istəyirik. Artıq biz də normal evlərdə yaşamaq istəyirik”.

Söhbətə qatılan digər qonşu Fəridə Quliyeva bildirdi ki, evin kvadratmetrinə uyğun tikilən binadan ev verəcəklər: “Mənim evim 35 kvadratdır. Dedilər ki, elə bunun yerində tikilən binadan 35 kvadratlıq ev verəcəklər. Əgər burada tikiləcək evlərin kvadratı neçəyə olsa, ona uyğun əlavə pul versək, kvadratı 35 yox, bir az çox olan ev ala bilərik. Mən evimi bölüb iki otaq etsəm də, sənəddə bir otaqlı gedir. 4 nəfər ailə üzvüm var. Bizə bir otaq üçün nəzərdə tutulan kirayə pulunu - 300 manat verəcəklər. Mən qohumumun evində qalıb iki ilə bu pulu yığıb 40 kvadrat almaq istəyirəm. Hər kəs bir söz deyir. Kimisi deyir 2 ilə, kimisi də 3 ilə binaların tam təhvil veriləcəyini deyir. Bir şeyə sevinirik ki, sevimli qonşularımdan ayrılmayacağam. Yəqin ki, eyni binaya düşəcəyik”.

Sakinlərdən evlərinin əvəzinə kvadrata görə pul təklif olunub-olunmadığını soruşduqda isə onlar belə bir söhbətin olmadığını dedi: “Bizə bu barədə heç nə deməyiblər. Yalnız burada tikilən binadan ev verəcəklərini deyiblər. Əgər kvadrata görə pul təklif etsələr belə, biz razılaşmarıq. Çünki 30 kvadratlıq evə nə pul düşəcək ki? Mən o pula necə ev ala bilərəm?”

Qeyd edək ki, tikiləcək binada mənzillər tam təmirli olacaq. Sabunçu rayonunda artıq bir bina təhvil verilib. Baş nazirin müavini Abid Şərifov “Xəzər Xəbər”ə açıqlamasında digər binaların təhvil veriləcəyi vaxtı da açıqlayıb. Nazirin müavininin sözlərinə görə, pilot layihə çərçivəsində artıq 1726 qəzalı vəziyyətdə olan tikili sökülüb. Bu binalarda yaşayan 3436 ailə isə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması üçün müvəqqəti olaraq köçürülüb. Abid Şəriov bu layihənin köhnə tikililərin yerində çoxmərtəbəli bina tikən iş adamlarının da xeyrinə olduğunu deyib. Onların ayrı-ayrı qurumlara müraciət edib əlavə vaxt itkisindən azad olduqlarını bildirib. Tikinti prosesi zamanı köçürülən əhali yaşayış yeri ilə təmin olunur. Proses tamamlandıqdan sonra onlar sahəsi əvvəlkindən daha böyük olan və tam təmirli evlərlə təmin olunacaqlar.

Baş nazirin müavini yeni görkəm alan “Sovetski” adlanan ərazi ilə bağlı da danışıb. O, birinci mərhələdə işlərin uğurla yekunlaşdığını qeyd edib. Az sahəli evlərdə yaşayan insanların tikilən 2 doqquzmərtəbəli binada mənzillərlə təmin olunduqlarını bildirib. Abid Şərifovun sözlərinə görə, layihə böyük vəsait tələb etdiyindən, işlər mərhələli şəkildə həyata keçirilir. Baş nazirin müavini layihənin növbəti mərhələsi kimi “Xutor” adlanan ərazidəki evlərin söküləcəyini də açıqlayıb.

Qeyd edək ki, sökülən evlərin yerinə müxtəlif şirkətlər tərəfindən tikiləcək binalara burada yaşayan insanlar yerləşdirildikdən sonra digər boş qalan mənzillər satışa çıxarılacaq. Maraqlıdır, bu mənzillərin satış şərtləri evsiz gənclərin təminatını ödəyə biləcəkmi? Yoxsa bahalığına görə digərləri kimi boş qalacaq?

İqtisadçı ekspert Rəşad Həsənov qiymətlərin aşağı düşməsinə müəyyən şərait yarana biləcəyini dedi: “Bu layihə dövlət tərəfindən hazırlansa da, məqsəd infrastrukturun və mənzil şəraitinin yaxşılaşdırılması, qəzalı binalarda yaşayan vətəndaşların sayının azaldılması, bu binaların ümumi istismardan kənarlaşdırılması olsa da, prosesin birbaşa iştirakçıları özəl sektor subyektləridir. Onların bu layihədə iştirakının məqsədi gəlir əldə etməkdir. Bu layihə sosial layihə deyil. Söküntü xərcləri və s. bütövlükdə götürəndə ərazidə işləyən şirkətin xərcləri daxilindədir. Bu baxımdan da şirkət özü bazar qiymətinə uyğun olaraq mənzilin qiymətini formalaşdırmaqda müstəqildir. Qiymətlərə heç bir halda dövlət tərəfindən müdaxilə edilməyəcək. Son nəticədə bazarda ən yaxşı halda təklif edilən mənzil sayını artırmaqla, vətəndaşın zəif alıcılığı fonunda qiymətlərin aşağı düşməsinə müəyyən şərait yarada bilər. Amma o da məlumdur ki, bir sıra hallarda Azərbaycan tikinti sektorunda fəaliyyət göstərən şirkətlər inhisarçı mövqeyə sahibdirlər. Onlar bu imkanlardan istifadə edərək qiymətləri bazarın tələbinə uyğun birmənalı dinamika nümayiş etdirməsinə müəyyən qədər önləyə bilirlər. Amma bütün bunlara baxmayaraq bazar konyukturu hər zaman əsasdır və son sözü o deyir”.

Gənclər üçün güzəştli mənzil məsələsinə gəlincə isə R.Həsənov bu məsələlərin nəzərə alınmasının vacib olduğunu dedi: “Bu istiqamətdə 2018-ci ildə dövlət büdcəsindən 250 milyon vəsaitin ayrılması nəzərdə tutulub. Bu, 2017-ci illə müqayisədə təxminən 66 faiz yaxud da 100 milyon artıqdır. Bu da deməyə əsas verir ki, gələn il bu layihələrin həyata keçirilməsi prosesi sürətlənməklə bazara təklif ediləcək mənzillərin sayında artım gözlənilə bilər. Bu da şərtlərin müəyyən qədər yumşaldılması, eyni zamanda güzəştlərdən istifadə hüququ olan sosial qrupların sayının artırılması yolu ilə gənclərin bu prosesdə iştirakına müsbət bir şərait formalaşa bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa olunacaq

    Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa ...

    27-11-2013, 05:46

  • 
  • Bakıda 30 "Xuruşşovka" bina söküləcək - VİDEO

    Bakıda 30 "Xuruşşovka" bina söküləcək - ...

    15-03-2017, 08:56

  • 
  • Yeni söküntü bumu başlayacaq

    Yeni söküntü bumu başlayacaq ...

    26-12-2012, 13:09

  • 
  • Yasamalda sakinlər tikinti şirkətinə qarşı etiraz aksiyası keçiriblər

    Yasamalda sakinlər tikinti şirkətinə qarşı etiraz ...

    17-08-2017, 14:30

  • 
  • Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR

    Bakıda böyük söküntü başlayır, 16 minə yaxın ...

    23-08-2017, 21:10


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu