Paytaxtda 30 "Xuruşşovka” tipli bina söküləcək. Bu binalardan köçürüləcək 4 min sakin bir neçə il kirayə evlərdə qaldıqdan sonra yeni və daha geniş mənzillərə köçə biləcəklər. "Xuruşovka” tipli binaların altında obyekti olan şəxslərin sənədləri düzgün olmadıqda isə onlara ev veriləcək. Bakıda 30 ''Xuruşşovka'' tipli binaların sökülməsinə qərar verilib. Ötən əsrin 50 ci illərində inşa edilən və istifadə müddətini başa vuran bu binaların əksəriyyəti Nəsimi rayonu 1-ci mikrorayon ərazisində yerləşir. Söküntü işlərinin aparılması və həmin ərazilərdə yeni binaların tikintisini Fövqaladə Hallar Nazirlyinin nəzarəti ilə özəl şirkətlər öz vəsaitləri və kreditlər hesabına həyata keçirəcək. Sakinlər tikinti aparacaq şirkət hesabına kirayə evlərə köçürüləcək və tikinti başa çatdıqdan sonra onlara həmin ərazidə inşa edilən hündürmərtəbəli binada öz evlərindən 10 % daha geniş evlər veriləcək. Bu ərazidəki binaların 1 ci mərtəbəsini obyekt kimi istifadə edib lakin sənədi olmayanlara ev veriləcək. Yeni binada hər bir vətəndaşa hazırda yaşadığı mərtəbəyə uyqun ev veriləcək. Söküntü işlərinə nə zaman başlanacağı isə dəqiq bilinmir. Ekspertlər isə hesab edir ki, paytaxt ərazisində belə böyük həcmli söküntü işinin aparılması kirayə qiymətlərinə təsir edəcək. Yeni binaların təhvil verilməsi isə yeni ev qiymətlərinin artımının qarşısını alacağı proqnozlaşdırılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?