GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Etibarından sui-istifadə edib 400 minlik evini banka girov qoydular və… – BANK RƏHBƏRİNİN ADI KEÇƏN ŞOK DƏLƏDUZLUQ FAKTI

Etibarından sui-istifadə edib 400 minlik evini banka girov qoydular və… – BANK RƏHBƏRİNİN ADI KEÇƏN ŞOK DƏLƏDUZLUQ FAKTI

Tarix: 28-10-2017, 12:34 Bölmə :Cəmiyyət Baxış: 350
Etibarından sui-istifadə edib 400 minlik evini banka girov qoydular və… – BANK RƏHBƏRİNİN ADI KEÇƏN ŞOK DƏLƏDUZLUQ FAKTI


Ağdam rayonundan olan məcburi kökçün, hazırda Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mk-r.n, Moskva prospekti, ev 70, mən.28-də müvəqqəti kirayədə yaşayan Cəfərzadə İfadə İsgəndər qızı tərəfindən şikayət məktubu daxil olub. Məktubunda prezident İlham Əliyevə, birinci vitse-prezident Mehriban Əliyevaya və digər səlahiyyətli şəxslərə müraciət edən İ.Cəfərzadə “barəsində 03 dekabr2015-ci ildə Nərimanov Rayon Polis İdarəsində AR Cinayət Məcəlləsinin 178.3.2 maddəsi üzrə cinayət işi başlanmış Əskərov Nazim Mahmud oğlunun, Gözəlov Famil Qasım oğlunun və “Atabank” ASC-nin Xəzəzr filialı müdirinin qanunazidd hərəkətləri” barədə yazır:
“Mən 01 fevral 1965-ci ildə Ağdam rayonun işğal altında olan Boyəhmədli kəndində anadan olmuşam, Ağdam rayonunun Poladlı kəndində qeydiyyatdayam.
2006-cı ildən əvvəllər Təhsil Nazirliyinin nəzdində olan Uşaq bağçalarının Maddi-Texniki Bazasında anbar müdiri vəzifəsində çalışırdım. Əslən Gədədbəy rayonun Şınıx kəndindən olan həkim təhsilli Əskərov Nazim Mahmud oğlu isə həmin bazanın müdiri vəzifəsində işləyirdi. Mən Nazimlə elə 2006-cı ildən xidməti iş vaxtı tanış olmuşam. 2010-cu ildə N.M.Əskərov mənə bildirdi ki, Badamdar qəsəbəsindəki villasını təmir etdirmək istəyir. O təklif etdi ki, bunun üçün mən Binəqədi rayonu, Sulutəpə qəsəsbəsi, küçə 1, ev 8 ünvanında yaşadığım 2 mərtəbəli mənzilimi “Ekspressbank”a girov qoyub 50 000 (əlli min) manat kredit götürüb, ona verim. Əvəzində Nazim evdə saxladığı kirayəçi ərəblərdən mənə 100 000 (yüz min) manat verəcəyinə söz verdi.
Mən Nəsimi rayonu, Əcəmi metrosunun yanındakı “Eksperess” bankın Nəsimi filialından nəzərdə tutulan məbləği girov müqabilində götürüb Nazimə verdim. Bu məslədən əvvəl isə Nazim təklif etdi ki, Biləcəri qəsəbəsindəki, sənədsiz ikimərtəbəli, 4 otaqlı mənzilimi satıb Rusiyada qazanclı iş görək. Və özünə yaxın makler vasitəsilə evi satıb iş dalınca özünə yaxın qohumu olan Gözəlov Famil Qasım oğlu ilə birlikdə Rusiyaya getdilər. Qeyd etdilər ki, bütün pullarını Rusiyada hansısa biznes üçün qoyublarmış. Nazim həm də bildirdi ki, narahat olmayım, aldığı bu pulla Rusiyada qazanc əldə edib, artıqlaması ilə qaytaracaqdır. Eyni zamanda tezliklə əldə edəcəyi pulla bankın borcunu da bağlayacağını və qalanını isə mənə verəcəyini vəd etmişdir.
Lakin bir müddətdən sonra bankdan mənə borcun qaytarılması üçün xəbərdarlıq zəngi oldu. Dərhal Nazimə zəng edib banka olan borcun tam ödənilməsini tələb etdim. Nazim də borcu tam bağladı və evimi girovluqdan azad olunmasına şərait yaratdı. Elə bu zaman 2013-cü ilin oktyabrın 17-də rayonda yaşayan qardaşım ağır xəstəlikdən vəfat etməsilə əlaqədar Ağdama hüzr yerinə getməyə məcbur oldum. Bu arada Nazim mənə bildirdi ki, bir günlük Bakıya gəlim, evimin mülkiyyət sənədlərini bankdan geri almaq üçün ona notarial qaydada etibarnamə verim. 20 oktyabrda (bazar günü) mən Bakıya gəldim. Nazim qohumu və dostu olan Famillə 43 saylı Notariat Kontoruna gedib əvvəlcə danışdılar. Bu arada mən avtomobildə onları gözləyirdim. Etibarnamə hazır olduqdan sonra məni imzalamağa dəvət etdilər. Və dərhal sonra məni yenidən rayona hüzr yerinə yola saldılar.
Sonradan mənə məlum oldu ki, Nazim və Famil “Ekspressbank”da girov qoyulmuş evimin sənədlərini baş etibarnamə əsasında götürüb və dərhal da (08 noyabr 2013-cü ildə) “Atabank” ASC-nin Xəzər filialınının müdiri ilə (Familin yaxın dostu olan) gizli sövdələşmələr apararaq mənim adımdan şəxsi məslələr üçün istifadə etmək üçün 95 000 manat pul götürərək, Binəqədidədiki evimi yenidən banka girov qoymuşlar. Yəni Nazim qohumu Familə də etibarnamə verməklə, xəbərim olmadan mənə məxsus Sulutəpə qəsəbəsində 5 sot torpağın üstündə tikilmiş 2 mərtəbəli mülkümü qanunsuz olaraq Nərimanov rayonunda, H.Əliyev prospekti 91 ünvanında yerləşən “Atabank” ASC-nin Xəzər filialına illik 20 faiz olmaqla 48 ay müddətinə girov qoyaraq, əvəzində aldıqları 95 000 manat pulu mənimsəməklə mənə külli-miqdarda ziyan vurmuşlar.
Sonradan mənə sənədlər əsasında məlum olmuşdur ki, 8 noyabr 2013-cü il tarixli “Atabank” ASC-nin tərtib etdiyi İpoteka müqaviləsində mənim adımdan ipoteka qoyan etibarnamə əsasında mənim əvəzimə imzalayan Gözəlov Famil Qasım oğlu (Bakı ş., 4-cü Mk/rn, Ə.İsgəndərov küçəsi ,ev 3/1, mən 51-də yaşayan, Şəx.vəsiqəsi AZE N-06084954) olmuş, “Kredit alan” isə Nazim Əskərov (Bakı, 9Mk-rn, Cavadxan küç.ev.3, mən.42-də yaşayan, şəx.vəs.AZE N-08223781). Bankın Nazim Əskərovun adına göndərdiyi bildirişlərdən məlum olur ki, əsas borcdan, faiz borcundan ödəmələrin vaxtında edilməsi tələb edilir. Baxmayaraq ki, ipoteka müqaviləsi üzrə kredit götürən Nazim Əskərov bankın ödəniş cədvəlini şəxsən imzalayaraq öhdəlik götürmüşdür.
Mənim mülkümün bu dəstə tərəfindən dələduzluq yolu ilə banka girov qoyaraq, əvəzində pul götürərək mənimsəmələrindən yalnız 2014-cü ilin əvvəlində xəbər tutdum. Belə ki, “Atabankın”Xəzər filialının problemli kredit üzrə mütəxəssisi olan Elşən adlı əməkdaşı mənə zəng edərək bildirdi ki, kreditin vaxtı-vaxtında ödənilməsi lazımdır, bu günə qədər krediti ödəməmisiniz. Dərhal “Atabank”ın 28 May-da yerləşən mərkəzi ofisinə gedib Elşənlə görüşdüm, işin nə yerdə olduğunu soruşdum. Bir daha qeyd etdi ki, 15 dekabr 2013-dən sonra aldığınız kredit üzrə ödəniş yoxdur. Mən dərhal Nazimə zəng edib niyə mənim icazəm olmadan belə hərəkət etməsinin səbəbini soruşdum. Və dərhal bankın borcunun tam ödənilərərk evimin girovluqdan azad edilməsini tələb etdim. Sonra Famillə görüşdüm. O dedi ki, nə qədər pul götürmüşəmsə hamısını Nazimə vermişəm, mənlik bir iş yoxdur. Nazim isə mənə bildirdi ki, narahat olma, qoy oğlumu Rusiyaya aparıb müalicə etdirim (narkotikdən əziyyət çəkən oğlunu), qayıdıb gələn kimi bankın pulunu tam ödəyəcəyəm. Lakin Nazim mənim bank məsələsindən xəbər tutduğumu bilən kimi Rusiyaya qaçdı və geri qayıtmadı.
Mən Nazimin Rusiyadan qayıtmadığını görüb məqsədini anladım və 2015-ci ilin oktyabrında “Atabank” ASC-nin yerləşdiyi Nərimanov rayonu üzrə Polis İdarəsinə dələduz dəstə haqqında şikayət ərizəsi təqdim etdim. Nərimanov rayon Pİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı Elşən Zamanov fakt üzrə CM-nin 178.3.2-ci maddəsilə 150060444saylı cinayət işinin başlanması barədə 03 dekabr 2015-ci il tarixində qərar qəbul etmişdir. Lakin bu işin nəticəsi haqqında mənə bu günə kimi heç bir məlumat verilməmişdir.
2015-ci ilin fevralında pulun ödənmədiyini görən “Atabank” ASC-nin Xəzər filialının müdiri əvvəlcədən Nazim-Famil dəstəsilə gizli sövdələşdiyi kimi, ödənişin aparılmadığı 13-cü ayın başında məni və kredit alan Nazim Əskərovu Binəqədi rayon məhkəməsinə iddia ərizəsi verərək əsas və faiz borclarının ödənilməsi üçün tutmanın ipoteka predmetinə yönəldilməsini cəlb etmişdir. İddia 15 sentyabr 2015-ci il tarixli qətnamə əsasında təmin edilmiş və 2016-cı ildən icraata yönəlmişdir. Mənə məxsus mülkün açıq hərracda satılaraq borcun tam ödənilməsi üzrə icra işləri hazırda davam etdirilir. Maraqlı burasıdır ki, Bankın “Xəzər” filialının müdiri əvvələrdə belə maxenasiyalarına görə DİN-nin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində istintaqa cəlb edilmiş və sonradan vəzifəsindən azad edilmişdir. Yəni 48 ay müddətinə verilmiş 95 000 manat pulun bank müdiri tərəfindən 13 aydan sonra geri tələb edilməsi üçün əvvəlcədən planlaşdırılan plan üzrə real bazar dəyəri 400 000 manat olan əmlakımın ələ keçirilmə məqsədi daşımışdır. Yoxsa ki, borcun qaytarılma müddəti 2017-ci ilin noyabrın 15-dək təyin olunmasına baxmayaraq, bank müdirinin niyə tezbazar əl-ayağa düşməsini anlamaq çətindir. Bəlkə, kredit götürən və milyonlarla ölçülən varidata sahib olan Nazim Əskərov özünün də dediyi kimi borcu tam bağlamaq istədi. O zaman 4 illiyə verilmiş krediti 2 il vaxt keçməmiş dərhal ödənilməsini məhkəmə qaydasında tələb etməyin anlamı nədir? Deməli, Nazim-Famil və onun dostu olan bankın filial müdiri mən mülk sahibinin xəbəri olmadan əvvəlcədən gizli sövdələşərək “hər kəs öz payını götürsün”prinsipilə dələduzluq etmişlər.
Mən məcbur olub 2017-ci ilin fevralında onun arxasınca Rusiyaya getdim və görüşərək bank məsləsini tez bir zamanda yoluna qoymasını istədim. O yenə də söz verdi ki, bankın pulunu iki dəfəyə - bu ilin martında, qalan hissəsini isə avqust ayına qədər ödəyib qurtaracaqdır. Lakin yenə də o məni aldatdı, pulu ödəmədi. İkinci dəfə 2017-ci ilin avqustunda yenə onun dalınca Rusiyaya getdim, lakin onu tapa bilmədim. Bu müddət ərzində onunla telefon əlaqəsi saxlayarkən məni ölümlə hədlədi, dediki, bu işin arxasınca az düş, yoxsa səni məhv edərəm. Narkoman oğlu də mənim 6-cı sinifdə oxuyan oğluma zəng edərək hədləmişdir ki, səni özüm gəlib öldürüm, yoxsa başqasını göndərim?
Nazim 2014-cü ilin fevralından 2017-ci ilin sentyabrın 25-dək Rusiyada gizlənmiş və vəziyyətin sakitləşdiyini yəqin etdikdən sonra son 20 gündə Azərbaycana qayıtmış və yaxın qohumlarının verdiyi məlumata görə, hazırda doğma yurdu olan Gədədbəy rayonun Slavyanka kəndindəki 0,6 ha ərazidə inşa etdirdiyi əzəmətli imarətdə yaşayır və qonşu Qoşabulaq kəndində əvvəllər quraşdırdığı su sexində yenidənqurma işlərinə start vermiş, biznesini genişləndirməklə məşğuldur. Nazim 2014-cü ilin əvvəlində Rusiyaya qaçdıqdan sonra Bakıda, Qubada və Gədəbəydə olan çoxsaylı daşınmaz əmlkalar olan mülklərini baş etibarnamə göndərməklə arvadının və yaxın qohumlarının adına rəsmiləşdirmişdir ki, etdiyi dələduzluq əməlinə görə sabah qanun qarşısında cavab verəcəyi halda mənim kimi aldatdığı adamların hesabına milyonlarla manat dəyərində əldə etdikləri mülkləri əlindən çıxmasın.
Nazim Əskərovun mülkləri barədə:
1. Səbail rayonu, Badamdar qəsəbəsi, Nəzərov küç..ev 42 ünvanda 0,30ha torpaq sahəsi üzərindəki 4 mərtəbəli (dəyəri 2 milyon manatlıq)villası. Hazırda da ərəblərə aylıq 12 000 manata icarəyə verilmişdir.
2. Nəsimi rayonu, Cavadxan küçəsi, ev 3, mən 42-də yerləşən 4 otaqlı mənzili;
3. Badamdara qəsəbəsində “Talışlar” məhlləsində yerləşən 4 mərtəbəli binanın 4-cü mərtəbəsində yerləşən 4 otaqlı mənzili;
4. Baldızının yoldaşının (adi bir mühafizəçi funksiyası daşıyan) adına rəsmiləşdirdiyi Quba rayonundakı torpaq sahəsi və villası;
5. Gədəbəy rayonun Slavyanka kəndində 0,6 ha torpaq sahəsi üzərində böyük ölçülü villası;
6. Bakının, “Gənclik” Metro-st. yaxınlığındakı “Caspian Shopping” də 90 kv.m-lik şəxsi mağazası;
7. Badamdar qəsəsbəsində, Nəzərov küç.ev 42-də Villasının yanında yerləşən “Nicat” marketi(Oğlunun adına rəsmiləşdirdiyi).
8. Gədəbəy rayonu, qaralar kəndində irihəcmli su sexi.

Nazim 2010-cu ildən sonra heç yerdə işləmir, ixtisasca sanitar həkimdir. Qynı Faiq vaxtilə Bakı şəhər İcra Hakimiyyətində H.Abutalıbovun müavini olmuş və törətdiyi bir sıra qanunsuz əməllərə görə Rusiyaya qaçmışdır.
Cənab Prezident! Dələduz dəstənin rəhbəri N.Əskərov barəsində 03 dekabr 2015-ci ildən CM-nin 178.3.2 maddəsi üzrə cinayət işi başlasa da o sərbəst surətdə hazırda Gədəbəy rayonunda su sexi biznesini genişləndirməklə məşğuldur. Sizdən artıq dərəcədə xahiş edirəm, ictimai təhlükəli Nazim Əskərovun və dəstəsinin yenidən Azərbaycanı tərk etməyincə tez bir zamanda qanun qarşısında cavab verməsi (mənə vurduğu ziyanın ödənilməsi) üçün aidiyyatı üzrə hüquq mühafizə orqanlarına göstəriş verə və bu işi şəxsi nəzarətinizdə saxlayasınız. Əvvəlcədən təşəkkür edirəm”./muxaliet.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyev və xanımı Tərtər, Bərdə və Ağdam rayonlarında olublar

    Prezident İlham Əliyev və xanımı Tərtər, Bərdə və ...

    1-05-2016, 22:30

  • 
  • 22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə çıxarıldı

    22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə ...

    31-07-2015, 00:04

  • 
  • 25 yaşlı birinci qrup əlil Mehriban Əliyevaya müraciət etdi

    25 yaşlı birinci qrup əlil Mehriban Əliyevaya ...

    21-08-2014, 13:07

  • 
  • Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 il keçir

    Bu gün Azərbaycanın Ağdam rayonunun işğalından 20 ...

    23-07-2013, 00:09

  • 
  • “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş müraciət üzrə cinayət işi başlanmışdır

    “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş ...

    3-05-2015, 13:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu