Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan Ağdam şəhər sakini, 1972-ci il təvəllüdlü Bulud Kərimovun və Abşeron rayon sakini, 1989-cu il təvəllüdlü Urfan Hüseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Rauf Əliyev sədrlik edib.
Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı arqustun 12-ə təyin edilib.
Qeyd edək ki, Bulud Kərimov özgənin əmlakını ələ keçirmək məqsədilə tanışları Nizami Qəhrəmanov və Urfan Hüseynovla birlikdə mütəşəkkil dəstə yaradıblar. Təqsirləndirilən şəxslər özlərini Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı kimi təqdim edərək, onların etibarından sui-istifadə etməklə külli miqdarda ziyan vurublar.
B.Kərimov 3 mart, 2015-ci ildə Binəqədi Rayon Polis İdarəsi 6-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb və Səbayel Rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.
Urfan Hüseynov isə 5 may, 2015-ci ildə şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib. U.Hüseynova Cinayət Məcəlləsinin 178.2.1-ci (dələduzluq) maddəsi ilə ittiham elan olunub və barəsində həbs-qətimkan tədbiri seçilib.
Dəstə üzvü Nizami Qəhrəmanov isə istintaqdan qaçıb gizləndiyinə görə barəsində axtarış elan olunub. Cinayət işi üzrə 22 nəfər zərərçəkmiş var.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?