GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Küncə sıxışdırılmış "Hafka" mətbuata müraciət etdi:"Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollara qədər sərmayə qoymuş sahibkar...."

Küncə sıxışdırılmış "Hafka" mətbuata müraciət etdi:"Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollara qədər sərmayə qoymuş sahibkar...."

Tarix: 31-10-2017, 11:49 Bölmə :Cəmiyyət Baxış: 511
Küncə sıxışdırılmış "Hafka" mətbuata müraciət etdi:"Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollara qədər sərmayə qoymuş sahibkar...."


Hafiz Məmmədov: “Pulları ”Heaney" alır, ancaq ödəyən mən oluram?“

“Hafka” adı ilə məşhur olan sahibkar Hafiz Məmmədovu Beynəlxalq Bankın həbsdəki İdarə Heyətinin sədri Cahangir Hacıyevin və ətrafının onu necə iflasa uğratmaları haqda məktub yazıb. Haqqın.az saytına yolladığı məktubunda H.Məmmədov onun başçılıq etdiyi və çiçəklənən «Baghlan Group» (BG) şirkətlər qrupunun müflis duruma salınmasından bəhs edib. “Hafka” yazır ki, demək olar ki, bütün aktivlərdən məhrum olub, onun “Bank of Azerbaijan”ı az qala bütün partnyorlarına və əmanətçilərinə borclu qalıb. Azərbaycan iqtisadiyyatına 1,5 milyard dollara qədər sərmayə qoymuş sahibkar özü isə onun üçün məxsusi olaraq qurulmuş borc tələsinə düşüb.

“Cahangir Hacıyev öz işini görüb getdi...”

Hafiz Məmmədov məktubunda yazır ki, keçmiş biznes ortaqlarının və məhkəmə orqanlarının mənəvi, maddi təzyiqləri altındadır. Keçmiş ortaqları onun “Bank of Azerbaijan” bankını axırıncı qəpiyinə qədər soyublar və “Hafka”nın üzərinə yüz milyonlarla dollar borc yükləyiblər. “İndi onlar rəsmi orqanları da işə qoşublar. Mənim keçmiş partnyorum Cahangir Hacıyev öz işini görüb getdi, indi qalanları ayaqlarımın altını qazmaqda davam edirlər” - müflis biznesmen yazır.

“Bu, ”Canik"ə bağlı şirkətdir və 2013-cü ilin fevralında offşorlarda təsis edilib"

“Hafka” xatırladır ki, prezidentin 2015-ci il 15 iyul tarixli sərəncamı əsasında Beynəlxalq Bankın problemli aktivləri “Aqrarkredit” ASC-yə verilib. Bura bu və ya digər formada H.Məmmmədovun adı ilə bağlı olan kreditlər də daxildir, hansı ki, onların həcmi faizlərlə birlikdə 772.5 milyon manata çatır. “Lakin bu məbləğ düzgün hesablanmayıb. Bunu ”Baghlan Group"un Beynəlxalq Banka olan kredit borclarının “Aqrarkredit” QSC-yə ötürülməsini əks etdirən cədvəl də təsdiqləyir" - “Hafka” yazır. Həmin cədvəldən məlum olur ki, “Hafka”nın borclarının ümumi məbləğindən bir hissəsi - 112.1 milyon dollar və 3.6 milyon avro “Heaney Assets Corporation” adlı şirkətin adınadır. Hansı ki, həmin şirkətin uzaqdan-yaxından “Hafka” ilə heç bir bağlılığı yoxdur.

“Bu, ”Canik"ə (Cahangir Hacıyevi nəzərdə tutur - E.H.) bağlı şirkətdir və 2013-cü ilin fevralında offşorlarda təsis edilib. Rusiyada vergi qeydiyyatından keçib" - deyə “Hafka” qeyd edir.

“Cinayətkar yollarla ”Canik" bu perspektivli layihəni əlimdən aldı"

Nəzərə çatdırır ki, bu şirkətin qeydiyyatdan keçməsindən bir neçə ay sonra - iyunun 19-da “Canik” və “Hafka”nın digər “ümumi dostları” onu məcbur ediblər ki, “Bahar Operating Company” əməliyyat şirkətinin (“Bahar” və “Qum dəniz” yataqlarını istismar edir) prezidenti, eyni zamanda direktorlar şurasının sədri vəzifəsindən imtina etsin.

“Məni əməliyyat şirkətinin direktoru vəzifəsindən kənarlaşdırandan sonra ”Canik" asanlıqla “Baghlan Group”un “Bahar Energy” layihəsindəki payını əlindən aldı. Və cəmi 27 gün sonra Azərbaycan Beynəlxalq Bankı C.Hacıyevə bağlı “Heaney Assets Corporation” şirkətini səxavətlə kreditləşdirməyə başladı. Bunun sayəsində şirkət “Bahar” və “Qum dəniz” yataqlarının işlənməsində 7.4 faizlə pay sahibi oldu. Bu cür ustalıqla, cinayətkar yollarla “Canik” bu perspektivli layihəni əlimdən aldı. Və bu nəinki mənim layihədəki payımın əldən çıxmasına, eləcə də “Baghlan Group”un digər aktivlərinin itirilməsinə gətirib çıxardı" - “Hafka” yazır.

Məktubda bildirilir ki, “Canik” o vaxt yeni qeydiyyatdan keçmiş “Heaney” şirkətinə cəmi 27 günün içində “MBA-Moskva” törəmə bankı üzərindən 105.2 milyon dollar və 3 milyon avro kredit verib. Kreditlərin verilməsi üçün heç bir girov alınmayıb, pullar kağız üzərində mövcud olan şirkətin adi veksellərinə dəyişdirilib. Hansı ki, bu veksellərin üzərində heç şirkətin möhürü də olmayıb. Veksellərin alqı-satqısı haqda müqaviləni “MBA-Moskva” bankı ilə Əbdürrəhman Vəzirovun qohumu Zaur İsazadə imzalayıb: “Və Beynəlxalq Bankın problemli kreditlərinin ”Aqrarkredit"ə verilməsi zamanı nəyə görə isə “Heaney Assets Corporation” şirkətinin həmin borclarını da faizləri ilə birlikdə mənim ayağıma yazıblar" - Hafiz Məmmədov bildirir.

““Canik”in “Heaney” şirkətinə ayırdığı kreditlər..."

“Hafka” onu da yazır ki, C.Hacıyev öz şirkətinə krediti illik cəmi 5.5 faizlə verib. “Hafka”ya isə kredit “hörmət əlaməti olaraq” illik 12-18 faizlə verilirdi. “Hafka” yazır ki, Beynəlxalq Bank “Canik”in şirkətini səxavətlə maliyyələşdirdiyi halda həmin vaxt ona “Bahar Energy” layihəsindəki payını maliyyələşdirmək üçün təcili lazım olan 6 milyon dolları vermədi. Hansı ki, həmin məbləğ layihənin tam işə düşməsi üçün kifayət idi. “Bu gün mənə tam bəllidir ki, ”Canik"in “Heaney” şirkətinə ayırdığı kreditlər təkcə “Bahar” yatağının maliyyələşdirilməsinə deyil, onun Albaniyadakı layihəsinə də yönəldilib. Bu sxem mənim fikrimcə, hüquq-mühafizə orqanlarını maraqlandırmalıdır. Çünki həmin məbləğin 45.9 milyon dolları və 2.4 milyon avrosu Albaniyaya köçürülüb. Bu pullar “Canik”in qalmaqallı Albaniya milyonları ilə əlaqəlidir. Pulun 59.4 milyon dollar və 1 milyon avroluq hissəsini isə “Canik” birbaşa və ya dolayısı ilə “Bahar Energy”yə yönəltdi. Daha dəqiqi pulların 29 milyon dollarını “Canik” “Baghlan Group”un törəmə şirkəti “Baghlan Group BVİ”nin buraxdığı avrobondların alınmasına sərf elədi. Beləliklə də C.Hacıyev akselerasiya elan etmək, yaxud bank dilində desək, şirkətin buraxdığı bütün avrobondların dərhal ödənilməsini tələb etmək hüququ qazandı. C.Hacıyev daha 21 milyon dolları bizim layihədəki keçmiş tərəfdaşımız “Greenfild Petrolium”a verdi. Və məni layihədən faktiki kənarlaşdırdı. Ona görə də mən həmin şirkətlərin maliyyə öhdəliklərinə görə heç cür cavabdeh ola bilmərəm. Bu, gülməli vəziyyətdir-pulları “Heaney” alır, ancaq ödəyən mən oluram?" - "Hafka" yazır.

Qeyd edək ki, C.Hacıyev ötən ilin oktyabrında məhkəmə hökmünə əsasən 15 il müddətinə azadlıqdan məhrum edilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Cahangir Hacıyev, Hafiz Məmmədov və Rauf Əliyev sıradan çıxarılır

    Cahangir Hacıyev, Hafiz Məmmədov və Rauf Əliyev ...

    28-09-2015, 22:01

  • 
  • “Hafka”nın oğlu Azərbaycan bayrağını itinin boynundan asdı - (Foto)

    “Hafka”nın oğlu Azərbaycan bayrağını itinin ...

    18-09-2014, 16:08

  • 
  • Azərbaycan milyarderi müflis oldu - fakt

    Azərbaycan milyarderi müflis oldu - fakt ...

    1-07-2015, 19:28

  • 
  • Ziya Məmmədovun bankı iflasa uğrayıb

    Ziya Məmmədovun bankı iflasa uğrayıb ...

    8-05-2014, 10:54

  • 
  • HAFİZ MƏMMƏDOVUN 1 MİLYARD AVROLUQ QORUNAN BANK HESABI AŞKARLANIB - Fransa mediası “Hafka”nı biabır etdi

    HAFİZ MƏMMƏDOVUN 1 MİLYARD AVROLUQ QORUNAN BANK ...

    23-02-2014, 15:45


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu