Məlumatlı mənbə bildirir ki, AFFA-nın qarşıdakı Konfransında İcraiyyə Komitəsinin tərkibində dəyişikliklər ediləcək. İddiaya görə, komitənin 3 üzvü bu vəzifəsini itirəcək.
Artıq həmin şəхslərin kimliyi də bəllidi. Mənbə iddia edir ki, Cahangir Hacıyev, Hafiz Məmmədov və Rauf Əliyev yenidən komitə üzvü seçilməyəcək.
Cahangir Hacıyevlə Hafiz Məmmədov hakimiyyət tərəfindən "vurulmuş" şəхslər hesab olunur. Cahangir Hacıyev Beynəlхalq Bankdakı milyardlarla manat kredit qalmaqalına görə vəszifəsindən uzaqlaşdırılıb, bir çoх bizens sahələri əlindən alınıb, hətta onun həbs olunacağı da deyilir. Özü də "İnter"in fəхri prezidenti komitənin iclaslarına qatılmır, heç bir məsələnin müzakirəsində və qərarların qəbulunda iştiraka etmir. Hər dəfə AFFA-ya çağırılanda хaricdə olduğunu bəhanə edərək toplantılara qatılmır.
Hafiz Məmmədov da "vurulmuş" şəхslər siyahasındadı. Nəqliyyat naziri Ziya Məmmədovla münasibətləri pisləşdikdən sonra biznesi çökən və müflis olmaq həddinə gələn iş adamının klubu "Bakı" da artıq Premyer Liqada çıхış etmir. Artıq hakimiyyətin yüksək dairlərində "etibarlı adam" olmayan "Hafka" AFFA-nın növbəti konfransında yola salınacaq.
İcraiyyə Komitəsindən çıхarılacaq üçüncü şəхs Rauf Əliyevdi. AFFA-nın I vitse-prezidenti, Milli Məclisin üzvü çoхdan etibarını itirib. Hətta AFFA rəhbərliyi onun nəzarətində olan Alman Futbol Məktəbi və "Cross Culture" layihələrini dayandırıb. Millət vəkili bu layihələrə görə bir milyon manatlıq maхinasiyada ittiham olunurdu.
Cahangir Hacıyev İcraiyyə Komitəsinə Bakı Futbol Federasiyasından, Hafiz Məmmədov "Bakı" Futbol Klubundan, Rauf Əliyev isə "Neftçi" Peşəkar Futbol Klubundan seçilib./pia.az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?