Vəkil: “Mən hesab etmirəm ki, cinayət məcələsinə edilən dəyişiklik cinayətlərin artmasına səbəb olacaq”
“İndiki dəyişikliyə görə əgər cinayət törədən şəxs zərərçəkmiş şəxslə barışıbsa və zərərçəkmiş şəxsə bütün zərəri ödəyirsə, o artıq cinayət məsuliyyətindən azad olunur”.
Bu sözləri vəkillər kollegiyasının üzvü, vəkil Xəyal Bəşirov Azərbaycanda avtomobil qəzaları ilə bağlı Cinayət Məcəlləsinə edilən dəyişikliyi PİA.AZ-a şərh edərkən açıqlamasında qeyd edib.
Xəbər verdiyimiz kimi Azərbaycanda avtomobil qəzaları zamanı şəxsə az ağır və ağır dərəcəli bədən xəsarəti yetirən şəxslər cinayət məsuliyyətindən azad oluna biləcəklər. Belə ki, artıq Milli Məclis son plenar iclasında Cinayət Məcəlləsinin 263.1 və 263.1-1-ci maddələrinə dəyişiklik edib və bu dəyişikliklər noyabrın 1-dən qüvvəyə minəcək. Maddəyə əlavə edilən qeydə görə, 263.1 və 263.1-1-ci maddələrinə əsasən cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə, cinayət məsuliyyətindən azad edilir.
Bu qərarın qüvvəyə minməsi sürücüləri arxayınlaşdırıb və yol qəzalarının sayını daha da çoxaltmayacaq?
Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı vəkil Xəyal Bəşirovun fikirlərini öyrənib.
Xəyal Bəşirov: “Ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər məntəqə tipli cəzacəkmə müəssisəsindən müxtəlif yollarla azad olunurdular”.
Vəkil Xəyal Bəşirovun fikirncə cinayət məcələsinə edilən dəyişiklik cinayətlərin artmasına səbəb olmayacağ, çünki cinayətlərin artmasına səbəb olma çox vaxt qəsdən törədilmiş cinayətlərdə olur:
“Dəyişiklikdən əvvəl Cinayət Məcəlləsinin 263.1 maddəsində nəqliyyat vasitəsin idarə edən şəxs yol hərəkətində nəqliyyat vasitələrinin istismarı qaydalarını pozduqda, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurduqda maksimum 2 ilə qədər azadlıqdan məhrum edilirdi. Əgər ağır zərər vurlurdusa, bu zaman cinayət törədən şəxs 3 ilə qədər azadlıqdan məhrum edilirdi. Ümumiyyətlə bu tipli cinayətlərin hamısı ehtiyatsızlıqdan törədilmiş cinayətlər hesab olunur. İlk dəfə nəqliyyat istismarı qaydalarını pozmaqla şəxsə böyük zərər vurmaqda təqsirləndirilən şəxslər məhkum olunurdu və 5 il müddətinə qədər azadlıqdan məhrum olunurdusa, bu zaman həmin şəxs Azərbaycan Respublikasının qanunvericiliyinə görə məntəqə tipli cəzacəkmə müəssisəsində cəzasın çəkirdi.
Məntəqə tipli cəzacəkmə müəssisəsində neqativ halların da olduğu hamıya məlumdur. Ehtiyatsızlıqdan cinayət törətmiş şəxslər məntəqə tipli cəzacəkmə müəssisəsindən müxtəlif yollarla azad olunurdular. Yəni həmin şəxslər orada hansısa formada çıxırlar. Bu da formal olsa da, azadlığa çıxmaq deməkdir. Düzdür həmin şəxslər yaşadıqları yeri tərk edə, yaxud da digər hərəkətlər edə bilməzdirlər. Amma indiki dəyişikliyə görə əgər cinayət törədən şəxs zərərçəkmiş şəxslə barışıbsa və zərərçəkmiş şəxsə bütün zərəri ödəyirsə, o artıq cinayət məsuliyyətindən azad olunur.
Xəyal Bəşirov: “Məntəqə tipli cəzacəkmə müəssisəsində neqativ halların da olduğu hamıya məlumdur”.
Onsuzda bu tipli cinayətlər qəsdən deyil, ehtiyatsızlıqdan törədilir. Amma ki, elə şəxslər var ki, onlar qəsdən nəqliyyat istismar qaydaların pozurlar, sürət həddin aşırlar və bu zaman da kimisə sağlamlığına zərər vurular, ya da kimisə həyatını itirməsinə səbəb olurlar. Bu hal da insanlarda özünəgüvənməyə görə yaşanır. Amma onu da qeyd edim ki, bu dəyişikliklə bağlı bir çoxları dedilər ki, bu cinayətlərin artmasına səbəb olacaq.
Mən isə heç də belə fikirləşmirəm. Çünki bu cür hadisələrin digər iştirakçıları çox vaxt piyadalar olur. Yəni piyadalar özləri bu cür hadisələrin törədilməsinə səbəb olurlar. Onlar da müxtəlif səbəblərə görə yol hərəkəti qaydalarını pozurlar. Buna görə də mən hesab etmirəm ki, cinayət məcələsinə edilən dəyişikliyin həmin cinayətlərin artmasına səbəb olacaq. Çünki cinayətlərin artmasına səbəb olma çox vaxt qəsdən törədilmiş cinayətlərdə olur”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?