Həmin avtobusun aid olduğu MMC də cinayət məsuliyyətinə cəlb olunmalıdır.
gundemxeber.az axar.az-a istinadən bildirir ki, bu sözləri tanınmış hüquqşünas Səməd Vəkilov 29 yaşlı qadının ölümünə səbəb olan avtobus sürücüsünün sürücülük vəsiqəsi olmadan avtobusu idarə etməsi və daha əvvəllər də cinayət məsuliyyətinə cəlb olunmasına münasibət bildirərkən deyib. Onun sözlərinə görə, MMC-nin məsul şəxsləri vəzifə saxtakarlığına və vəzifə səhlənkarlığına yol verdiyinə görə cinayət məsuliyyəti daşıyır:
“İlk növbədə həmin MMC-nin məsul şəxsləri sürücünün sənədləri qaydasında olmamasına baxmayaraq, onu şirkətin işçisi olaraq qeydiyyatdan keçirib. Onun marşrut avtobusunu idarə etməsi üçün lazım olan müvafiq sənədlərə qol çəkiblər. Ona görə də vəzifə saxtakarlığı və vəzifə səhlənkarlığı - hər iki cinayət üzrə quruma cinayət işi açılmalıdır. Sürücünün də fərdi məsuliyyəti üçün də ayrıca Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), 263-1.3 (nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə də cinayət işi açılmalıdır”.
Qeyd edək ki, sentyabrın 14-də paytaxtın Yasamal rayonu ərazisində 1977-ci il təvəllüdlü Saatov Hakim Aslan oğlunun 39 saylı marşrut üzrə idarə etdiyi “Daevoo” markalı 99 XV 274 dövlət nömrə nişanlı avtobusla A.Şərifzadə küçəsində yolun kənarında dayanmış piyada Əsgərova Günel Adəm qızını vurması nəticəsində piyada ölüb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?