Moskvanın Domodedova aeroportundan Türkiyəyə uçmalı olan sərnişin təyyarəsində qorxulu anlar yaşanıb.
Təyyarə Odessa səmasında olarkən içəridə sahibsiz çanta aşkar edilib. Bu barədə Ukraynanın Odessa vilayətindəki Milli Polis İdarəsinin müşaviri Ruslan Forostyak jurnalistlərə məlumat verib. Verilən məlumata görə, təyyarədə bomba olmasından şübhələnən ekipaj üzvləri Odessa aeroportunda enişə icazə istəyib.
Belə ki, təyyarənin içərisində tapılan çantanın iri həcmli olması və içərisinin görünməməsi şübhələrə səbəb olub. Çantanın sahibi tapılmayıb. Bu səbəbdən də, onun içərisində partlayıcı olmasından şübhələniblər. Bundan əlavə, təyyarədə şübhəli bir nəfərin olduğunu müəyyən ediblər. Həmin şəxs tualet yaxınlığında gəzişirmiş. Sonradan isə şübhəli çanta tapılıb. Sərnişin təyyarəsi Odessa hava limanında eniş edib. Dərhal sərnişinlər təxliyyə edilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları və bomba zərərsizləşdirənlər təyyarəyə daxil olublar. Şübhəli çanta yoxlanılıb. Onun içərisindən partlayıcı maddə aşkar edilməyib. Daha sonra təyyarə bütünlüklə yoxlamadan keçirilib. Lakin şübhəli heç nə tapılmayıb.
Ukraynanın Təhlükəsizlik Xidməti tərəfindən qəribə davranan Litva vətəndaşı saxlanılıb. Həmin şəxs dindirilir.
Sorğu
Yeni dizaynımız necədir?