Ötən gün "Xəzər" telekanalında Xoşqədəmin verilişinin qonağı olan Tacir Şahmaloğlu Azərbaycan musiqi dünyasına şok yaşadan Fədayə Laçının həbsi ilə bağlı suallara cavab verib.
gundemxeber.az Xoşqədəmlə Tacirin sözügedən dioloqunu təqdim edir:
Xoşqədəm: Çox üzüldüm. İstəməzdim Fədayənin adı belə hadisələrdə hallansın. Mən sizin açıqlamanızı oxudum ki, "Mən gedib onu zindanda ziyarət etmərəm. Bilirdim ki, Fədayə həbs olunacaq", çox üzüldüm. Tacir bəy, bu, sizə yaraşmayan sözdür.
- Allaha and olsun mən o sözü işlətməmişəm. Reytinq qazanacaqlar deyə, mənim taleyimlə oynayırlar. Gecə səhər 6-ya kimi mən o yazılan şərhləri oxumuşam. Nələr yazırlar mənə. Bu boyda ədalətsizlik olmaz. Mən başqa şey deyirəm, saytlar başqa şey yazır. Mən deməmişdim "Mən bilirdim Fədayə tutulcaq". Mən demişəm ki, "Onun öz sənətinə başı qarışsaydı, bu olay da ortalığa çıxmazdı". Bu faktır da, bu belədir. Bu hadisəyə görə ən çox üzülənlərdən biri Vallah mənəm, oğlumun canı üçün. Mən onunla tonla çörək kəsmişəm. Fədayə yaxşı qızdır, kişi kimi qızdır. Mənim Fadayəylə aramda heç bir şey olmayıb. El şənliklərində, tədbirlərdə görüşürdük. Sadəcə, bizim duet ortaqlığımız sona yetdi. O da onun öz səhvi ucbatından oldu.
- Fədayənin bu hala düşməyində özünüzü günahkar hesab edirsinizmi?
-Yox. Mən onu deyirəm ki, mən yanında olsaydım, duet ortaqlığına son qoyulmasaydı, bəlkə də biz yüzlərlə musiqi təqdim edərdik xalqımıza.
- Görüşdüyü şəxs ("Qoca") haqqda eşitmişdiniz?
- Yox, Valah eşitməmişdim.
Xatırladaq ki, Məmmədova Fədayə Baris qızı oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir. F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.
Məlumat üçün bildirək ki, müğənninin sevgili olduğu deyilən "Qoca" ləqəbli avtoritet ötən gecə Bakıda baş verən atışma zamanı DİN əməkdaşları tərəfindən öldürülüb
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?