"Turan" informasiya agentliyinə qarşı cinayət işinə xitam verilib.
Bu barədə Baş prokurorun birinci müavini Rüstəm Usubovla görüşdən sonra "Turan"ın rəhbəri Mehman Əliyev bildirib.
M.Əliyev deyib ki, R.Usubov xitam qərarını ona təqdim edib.
Agentlik rəhbəri deyib ki, bu qərar "Turan"ın heç bir cinayət törətmədiyini, Vergilər Nazirliyinin onlara qarşı 37 minlik vergi sanksiyasının əsassız olduğunu göstərir.
Qeyd edək ki, Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti “Turan” İnformasiya Agentliyinə cinayət işi açmışdı.
Nazirlik, avqustun 8-də agentliyin fəaliyyətinin səyyar vergi yoxlamasına başlamışdı.
Vergi yoxlaması qərarı Bakı Şəhəri Lokal Gəlirlər Departamentinin agentliyə 37 min manatdan çox borc hesablanması haqqında qərarına əsaslanırdı.
Departament hesab edirdi ki, agentlik gəlirlərini az göstərib. Hər iki departament agentlikdən bütün vergi sənədlərini tələb edirdilər.
“Turan” İnformasiya Agentliyi idə bütün iddiaları təkzib edirdi.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?