GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" - Xaçmaz məktəbində daha bir qalmaqal

"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" - Xaçmaz məktəbində daha bir qalmaqal

Tarix: 3-11-2017, 13:57 Bölmə :Cəmiyyət Baxış: 498
"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" - Xaçmaz məktəbində daha bir qalmaqal


"İndi də deyirlər ki, idman müəllimi ayaqyolunun pəncərəsindən qızlara baxır" Xaçmazda şagirdə qarşı əxlaqsız hərəkət etməkdə təqsirləndirilən Arzu qəsəbə tam orta məktəbinin direktoru Gülfəz Alxasovun əmisi oğlu Müşfiq Alxasov suallarımızı cavablandırıb.

Qeyd edək ki, 12 yaşlı şagirdə qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunan Alxasov barəsində Xaçmaz rayon prokurorluğunun təqdimatı əsasında vəzifəsindən kənarlaşdırılmasına dair qərar qəbul edilməklə 3 aylıq həbs qəti imkan tədbiri seçilib. Hazırda faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin 153.3-cü (əxlaqsız hərəkətlər) maddəsi ilə cinayət işi başlanıb.

- Müşfiq müəllim, mətbuatda yayılan xəbərlərə görə əminiz oğlu Gülfəz Alxasovun rəhbərlik etdiyi məktəbin direktorluğu uğrunda neçə illərdi mübarizə gedirmiş. Doğrudanmı belədir? Ümumiyyətlə, bu kimi söz-söhbətlərin arxasında bilmədiyimiz hansısa səbəblər varmı?

- Əvvəllər məktəb bizim kənddə olub. Müəllimlərin də əksəriyyəti həmkəndlilərimizdir. Sonradan Arzu qəsəbəsində yeni məktəb tikdiyinə görə kadrlarımız orada işləməli oldu.

- Sizin kəndin adı nədir?

- Suxtaqalaqışlaq kəndidir. Arzu kəndinin uşaqları da bizim kənddə oxuyurdular. Uşaq azlığına görə iki kənd üçün bir məktəb tikilib. Həmin kəndin camaatı da deyir ki, bizim öz kadrlarımız var. Gülfəz müəllim 38 ilin kadrıdır. Onun barəsində deyilənlər ağlasığmazdır. Ən böyük günah isə həmin uşağın adının belə çirkin məsələlərdə hallandırmaqdır. Nə o uşağın, nə Gülfəz müəllimin günahı yoxdur.

- Sizcə vəzifəyə görə altıncı sinif şagirdini ləkələmək olarmı? Bəlkə doğrudan da...

- Biz ona məəttəl qalmışıq da. Gülfəz müəllim uşaq deyil, 62 yaşı var.

- Arzu kəndindən o məktəbdə kim direktor olmağa iddialı idi?

- Onu yalan deyərəm. Ancaq bu məsələ Gülfəz müəllimə qurulmuş tələdir.

- Əminiz oğluyla bu barədə söhbətiniz olmuşdu?

- Hazırda saxlanılıb. Həbs edilməmişdən əvvəl and içirdi ki, elə şey olmayıb və qeyri-mümkündür. Şərləyiblər də.

- Suxtaqalaqışlaq kəndinin camaatı bu barədə nə deyir? Gülfəz müəllimin günahsız olduğuna inanırlarmı?

- Kənd ayağa qalxıb və sakitləşən də deyil. Belə şey olmaz, bunun adı-sanı var. Onu həmin vəzifəyə dövlət təyin edib. Kimsə istədiyi üçün onu vurub qırağa atmaq olmaz. Gülfəz müəllim azadlığa buraxılmayınca kənddə vəziyyət sakitləşməyəcək. Doxsan yaşlı qadınlara qədər gəliblər. Aksiya keçirəcəyik.

- Harda?

- Məktəbin yanında.

- Sizin kənddən həmin məktəbdə oxuyan uşaqlar dərsə gedirlər?

- Mən də daxil olmaqla, əksər valideynlər uşaqlarını dərsə buraxmırlar. Direktora belə edirlərsə, sabah bizim uşaqların adına da söz çıxardarlar. Yenə də deyirəm ki, Gülfəz müəllim dünənki uşaq deyil.

- İki kənd arasında əvvəldən ədavət olub?

- Güclü ədavətimiz olmayıb, orada da qardaşlarımız var. Arzu kəndinin səksən faizi də Gülfəz müəllimi istəyənlərdi. Həmin insanlar dünən kəndin mərkəzində yığışıb deyiblər ki, bu, müəllimə atılacaq şər deyil.

- Uşağın valideynləriylə qohumluğunuz varmı?

- Xeyr, qohum deyilik.

- Ailəni tanıyırsınız?

- Atasını, babasını tanıyıram, bizim kənddə bağları var. Başqa əlaqəmiz yoxdur.

- Uşağın anası göz yaşları tökür...

- Gəlin belə danışaq da. Orada şərlənən təkcə Gülfəz müəllim deyil. İndi də İlkin adlı bədən tərbiyəsi müəllimi haqda xoşagəlməz şayiələr çıxarıblar.

- Söhbət nədən gedir?

- Bizim kənddən o kəndə dərs keçməyə gedən müəllimləri kütləvi şəkildə şərləməyə çalışırlar. Guya İlkin müəllim ayaqyolunun pəncərəsindən qızlara baxırmış. Bu böhtanlar müəllim adıyla bir araya sığmır. Hətta iddia edirlər ki, İlkin müəllim idman dərslərində qızlara qarşı xoşagəlməz hərəkətlər edir. Bu da böhtandı.

- Bu da təzə söhbətdi?

- Bəli. Gülfəz müəllim haqda çıxan şayiələrdən sonranın məsələsidir. Halbuki camaat İlkin müəllimin başına and içir. Hamısı ürəkbulandırıcı sözlərdi.

- İlkin müəllim də məktəbə getmir?

- Əlbəttə, gedir. Alnıaçıq adamdır, niyə getməsin ki? O da 13 ilin müəllimidir./teref.info
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şagirdə qarşı əxlaqsız hərəkət etməkdə təqsirləndirilən direktor həbs olundu

    Şagirdə qarşı əxlaqsız hərəkət etməkdə ...

    3-11-2017, 13:13

  • 
  • ​Əxlaqsızlıqda ittiham edilən məktəb direktoruna qarşı CİNAYƏT İŞİ BAŞLANDI

    ​Əxlaqsızlıqda ittiham edilən məktəb direktoruna ...

    2-11-2017, 12:22

  • 
  • Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsızlıq edən məktəb direktoru prokurorluğa çağırıldı

    Xaçmazda 12 yaşlı şagirdə qarşı əxlaqsızlıq edən ...

    1-11-2017, 17:47

  • 
  • Bakı Şəhər Prokurorluğunun böyük müstəntiqi həbs olundu

    Bakı Şəhər Prokurorluğunun böyük müstəntiqi həbs ...

    10-08-2017, 11:18

  • 
  • Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimi həbs olundu

    Heydər Əliyev adına Ali Hərbi Məktəbin müəllimi ...

    12-12-2012, 13:59


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (32)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu