GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bakıda quldurluğa görə tutulan gənc futbolçu: “Karyeram bitmək üzrə idi” - TƏFƏRRÜAT

Bakıda quldurluğa görə tutulan gənc futbolçu: “Karyeram bitmək üzrə idi” - TƏFƏRRÜAT

Tarix: 5-11-2017, 13:26 Bölmə :Cəmiyyət Baxış: 295
Bakıda quldurluğa görə tutulan gənc futbolçu: “Karyeram bitmək üzrə idi” - TƏFƏRRÜAT



Bakıda İran vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi davam etdirilib. Onlardan biri gənc futbolçudur.

Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirləndirilən Bakı şəhər sakini Miqdar Məmmədov, Abşeron rayon sakinləri Orxan Atayev və Məhərrəm Məhərrəmovun cinayət işi üzrə növbəti məhkəmə iclası baş tutub.

Qeyd edək ki, 3 nəfərdən yalnız Məhərrəm Məhərrəmov barəsində həbs-qətimkan tədbiri seçilib və müttəhimlər kürsüsünə çıxarılıb. O.Atayev və M.Məmmədov barəsində istintaq dövründə həbs-qətimkan tədbiri seçilsə də onlar sonradan azadlığa buraxılıblar.

Gənclərin həbsi ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilirdi ki, bu ilin avqust ayının 1-də Binəqədi rayonunun Fatmayı qəsəbəsində 3 naməlum şəxs İran vətəndaşı Murtəza Azərə və Bakı şəhər sakini Sədi Məmiyevə zor tətbiq edərək onlardan 750 manat pul alıblar.

Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən adıçəkilən şəxsər saxlanılıb. Onlar İran vətəndaşının şikayəti əsasında cinayət məsuliyyətinə cəlb ediliblər.

Hazırda məhkəmələri davam edən gənclər əməllərindən peşman olduqlarını deyirlər.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən sonuncu məhkəmə prosesində təqsirləndirilən şəxslərə son söz verilib. Məhərrəm Məhərrəmov və Orxan Atayev son söz üçün məhkəmədən vaxt istəyib.

Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən Miqdar Məmmədov son sözünü deyib. O, futbolçu olduğunu, bu əməlinə görə karyerasında uğursuzluqla üzləşdiyini söyləyib.

M.Məmmədov bildirib ki, əməlindən çox peşmandır və bağışlanılmasını istəyib: “Bu hadisədən sonra bir neçə ay idmandan kənarda qaldım. Futbol karyeram bitmək üzrə idi. Amma yenidən məşqlərə başlayaraq əvvəlki vəziyyətə qayıtmağa çalışıram. Bu əməlimdən çox peşmanam. Böyük bir səhv etmişik. Məhkəmədən bizi bağışlamasını istəyirik”.

Məhkəmə prosesi davam edir. Növbəti prosesdə digər şəxslər də son sözlə çıxış edəcəklər və məhkəmə onlar barəsində hökm elan edəcək.

Baş verən quldurluq hadisəsinin təfərrüatı haqda bildirək ki, 3 gənc kafedə oturub çay içirmişlər. Tanımadıqları iki nəfər də kafeyə daxil olaraq yan masada əyləşiblər. Bir müddət sonra onlar arasında münasibət yaranıb və söhbət etməyə başlayıblar.

Daha sonra İran vətəndaşı Murtəza Azər və Bakı şəhər sakini Sədi Məmiyev gənclərdən onları daha yaxşı əylənə, yeyib-içə biləcəkləri bir məkana aparmalarını istəyiblər və bildiriblər ki, onların hesabını da ödəyəcəklər.

Bakıda məkanlardan birinə gələn şəxslər yeyib-içiblər. Hesabın 750 manat olması yeni tanışların necə deyərlər ləzzətini qaçırıb. Əsasən də İran vətəndaşının... O, bu qədər hesabı ödəməkdən imtina edib və yalnız özünün və tanışının payına düşən pulu ödəyib.

Gənclərdən Məhərrəm Məhərrəmov da telefonunu girov qoyaraq qalan məbləği gətirməyə gedib.

Onlar kafedən birlikdə çıxıblar. Binəqədi rayonunun Fatmayi qəsəbəsinə çatanda onlar mübahisə ediblər. 3 gənc dost Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək 750 manat pullarını alıblar. Polis əməkdaşları tərəfindən saxlanılan gənclər əməllərini etiraf ediblər.

Məlum olub ki, saxlanılanlardan Miqdar Məmmədov Məhərrəm Məhərəmovun qaynıdır. Məhərrəm Məhərrəmov saxlanılarkən cəmi 17 gün əvvəl toyu olubmuş.

O, ilk ifadəsində deyib ki, yeni tanış olduqları şəxslər hesabı verməyiblər və mübahisə də bu zaman yaranıb: “Dedilər ki, bizlik deyil, biz ikimizin pulunu verəcəyik. Sonra bunları götürüb, evlərinə apardıq. Mən telefonu "zalok" qoydum ki, pulu verib götürərəm. Yolda dedim ki, maşını saxlasın. Düşdük, onlarla dalaşdıq. İranlı pulu qaynıma verdi, mən də ondan götürdüm".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prokuror Seymur Həziyevə cəza istəyib

    Prokuror Seymur Həziyevə cəza istəyib ...

    22-01-2015, 20:53

  • 
  • Seymur Həziyevin həbsinə səbəb olan şəxs də həbs edildi...

    Seymur Həziyevin həbsinə səbəb olan şəxs də həbs ...

    6-09-2014, 13:09

  • 
  • Bakıda 84 yaşlı kişini öldürən dəstə üzvlərinə HÖKM OXUNDU

    Bakıda 84 yaşlı kişini öldürən dəstə üzvlərinə ...

    31-05-2017, 21:00

  • 
  • 22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə çıxarıldı

    22 nəfəri aldadan saxta “MTN-çilər” məhkəməyə ...

    31-07-2015, 00:04

  • 
  • Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə hökm oxundu - Siyahı

    Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslərə ...

    1-04-2016, 13:03


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu