Yəməndən raket atışından sonra Səudiyyə Ərəbistanı bu ölkəyə hava, avtomobil və dəniz yollarını bağlayıb
gundemxeber.az Trend-ə istinadən xəbər verir ki, bununla belə, humanitar yardımların Yəmənə daxil olmasına icazə veriləcək.
Həmçinin bildirilir ki, yolların bağlanmasında məqsəd İrandan Yəmənə silah göndərilməsinin qarşısını almaqdır.
Qeyd edək ki, noyabrın 4-də Yəməndən Səudiyyə Ərəbistanına uzaq mənzilli raketlər atılıb və paytaxt ər-Riyadın Kral Xalid hava limanının yaxınlığında boş əraziyə düşüb. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?