ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına raket əleyhinə 15 milyard dollarlıq "THAAD" kompleksinin satışına razılıq verib.
Bu barədə Pentaqondan məlumat verilib. Bildirilib ki, müqavilənin məbləği 15 milyard təşkil edir.
“Bu satış ABŞ-ın milli təhlükəsizliyinə töhfə verir və xarici siyasət üçün maraqlı razılaşmadır”, - deyə məlumatda bildirilib. Qeyd edək ki, bu ilin mayında Ər Riyadda ABŞ və Səudiyyə Ərəbistanı arasında ümumi dəyəri 110 mlrd. dollar olan bir neçə hərbi kontrakt imzalanıb. Ağ Ev nümayəndələri müqavilələrin İranın təhdidləri qarşısında Səudiyyə Ərəbistanı və Fars körfəzi regionunda təhlükəsizliyinin təmin edilməsinə kömək olacağını bildiriblər. Səudiyyə Ərəbistanı hərbi xərclərin həcminə görə ABŞ və Çindən sonra üçüncü yerdədir.
ABŞ prezidenti Donald Tramp və Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül-Əziz Əl Səud monarxın Vaşinqtona səfərini razılaşdırıblar.
Sorğu
Yeni dizaynımız necədir?