GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycanda repertuardan yayınan toyxana sahiblərinə “toy tutacaqlar”...

Azərbaycanda repertuardan yayınan toyxana sahiblərinə “toy tutacaqlar”...

Tarix: 9-11-2017, 11:06 Bölmə :Cəmiyyət Baxış: 303
Azərbaycanda repertuardan yayınan toyxana sahiblərinə “toy tutacaqlar”...


Bundan sonra Azərbaycanda hər toy və şadlıq mərasimində müğənnilər tərəfindən ifa olunan mahnılara, tamadalar tərəfindən deyilən şerə görə müəllif qonorarı ödəniləcək. Bu qonorarı ödəməyənləri isə 50 min manata qədər cərimə və hətta icbari cəzalar gözləyir.

Buna səbəb Nazirlər Kabinetinin 1997-ci il 2 may tarixli 38 nömrəli qərarında dəyişikliklər edilməsi barədə 20 oktyabr 2017-ci il tarixli, 466 nömrəli Qərarıdır. Həmin qərarın tətbiqi ilə bağlı məsələlərə dair bu günlərdə Müəllif Hüquqları Agentliyi məlumat yayıb.

Agentlik Nazirlər Kabinetinin həmin qərarının necə tətbiq olunacağına izahat verərək göstərir ki, bundan sonra kafe, restoran, bar və digər obyektlərin sahibləri ay ərzində həmin obyektdə səsləndirilən musiqili əsərlərinin siyahısını Müəllif Agentliyinə təqdim etməlidirlər.

Çünki Nazirlər Kabinetinin 466 saylı qərarına əsasən, “Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı”na edilən dəyişikliyə görə, klublarda, kafelərdə, restoranlarda və digər ictimai yerlərdə mətnli, yaxud mətnsiz musiqili əsərlərin (istər artist-ifaçıların ifasında, istərsə də mexaniki yazma şəklində) istifadəsinə görə həmin obyektlərin sahibləri hər ay Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 60 manat, digər şəhər və rayonlar üzrə 50 manat həcmində müəllif qonorarı odəməlidirlər.

Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir. Lakin Agentlik bildirir ki, bu qayda, yəni aylıq müəllif qonorarlarının ödənilməsi toy mərasimlərinə və kütləvi konsert tədbirlərinə şamil olunmur.

Qərara əsasən kafelərin, restoranların, barların və digər obyektlərin sahibləri (mülkiyyətçiləri) hesablanmış qonorarı kollektiv idarəetmə təşkilatının hesabına köçürməklə yanaşı, ay ərzində həmin obyektdə səsləndirilən musiqili əsərlərin siyahısını (repertuarını) da təqdim etməlidirlər.

Qərarda həmçinin göstərilir ki, mətnli, yaxud mətnsiz musiqili əsərlərin şadlıq evlərində, kafelərdə və restoranlarda keçirilən toy mərasimlərində istifadəsinə görə, həmin obyektlərin sahibləri tərəfindən toy mərasiminin keçirildiyi hər gün üçün Bakı, Sumqayıt və Gəncə şəhərləri üzrə 25 manat, digər şəhər və rayonlar üzrə 20 manat qonorar ödənilməlidir. Həmin obyektlərin icarəyə verildiyi hallarda icarə müqaviləsində qonorarın kim tərəfindən ödənilməsi göstərilməlidir.

Qanunu pozanları isə müəllif qonorarını ödəməkdən yayınmaya görə istifadəçiləri ciddi mülki, inzibati və cinayət məsuliyyəti gözləyir. Müəllif qonorarını ödəməkdən imtinaya görə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödəməlidir.

Tutaq ki, repertuar hazırlandı, amma qonaqlar buna əməl etmədi

Cinayət Məcəlləsinin 165-ci maddəsinə əsasən, müəlliflik hüquqlarını və ya əlaqəli hüquqları pozmaya görə əgər bu əməllər nəticəsində xeyli miqdarda ziyan vurulmuşsa, min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər ilə cəzalandırma nəzərdə tutulub.

Bəs bu qaydaların tətbiqi nə dərəcədə realdır? Toyxana, restoran sahibləri məclisdə hansı mahnıların ifa olunacağını necə əvvəlcədən müəyyən edəcəklər və siyahını necə hazırlayıb təqdim edəcəklər? Tutaq ki, şadlıq evinin mülkiyyətçisi vətəndaş “X”in sifariş verdiyi toy məclisində müğənni “Y”lə əvvəlcədən repertuarı razılaşdırdı, lakin mərasimin gedişində iştirakçılar repertuardan kənar mahnılar sifariş verdilər (hansı ki, Azərbaycan toylarında bu qaçılmazdır), o zaman Nazirlər Kabinetinin qərarının tətbiqi, yəni şadlıq evinin sahibinin iri məbləğdə cərimələnməsi qaçılmaz olmayacaqmı?

Virtualaz.org bu qərar və Müəllif Hüquqları Agentliyinin onunla bağlı izahedici bəyanatı ilə bağlı Bakının bəzi şadlıq evlərinin işçilərinin fikirlərini öyrənib. Məlum olub ki, artıq şadlıq sarayları və restoranlarda yeni qərardan xəbərdardırlar.

“Mən hardan bilim o nə oxuyacaq?”

“Ay işığı” restoranın administratoru Rauf Əliyev virtualaz.org-a açıqlamasında əslində həmin ödənişi onların deyil, musiqiçilərin ödəməli olduğunu dedi: “Musiqiçini toya mən dəvət etmirəm axı. Onları toya məclis sahibi çağırır. Mən haradan bilim ki, o nə mahnı ifa edəcək? Həmin qonorarı restoran deyil, musiqiçilər ödəməlidirlər”.

“Yeganə” şadlıq sarayının Azər adlı əməkdaşı isə Nazirlər Kabinetinin bu qərarının şadlıq saraylarının işini çətinləşdirəcəyini deyir. Onun sözlərinə görə, bir neçə gün əvvəl onlara bu qərarla bağlı məlumat verilsə də, hələ necə icra olunması haqqında heç kim heç nə deməyib.

“Bizə bir neçə gündür bu barədə məlumat veriblər. Lakin hələ də tətbiqi sual altındadır, necə icra olunacaq bilinmir. Bilmirik necə edək, düşək hər gələndən pul alıb yazaq? Yeni qərar şadlıq saraylarının işini çətinləşdirəcək. Çünki çox anlaşılmaz qərardır. Gərək bizə öz nümayəndələrini versinlər, onlar özləri işə nəzarət eləsinlər”.

Vergilər Nazirliyi bütün toylara tamaşa edir

Həmsöhbətimiz deyir ki, vergidən yayınmanın qarşısını almaq üçün şadlıq sarayında bütün toylara Vergilər Nazirliyi tərəfindən internet üzərindən birbaşa nəzarət olunur. Onsuz da, heç kim ödənişi etməkdən yayına bilməz: “Vergilər Nazirliyi toylarımıza canlı nəzarət edir. Hətta bəzən internetlə bağlı texniki problem olduqda tez bizə nümayəndə göndərirlər. Yəni onların nəzarətindən kənar qalmaq mümkün deyil. Onsuz da kameralar çəkir, yəqin ki, qaydalara əməl etməyəni cərimələyəcəklər”.

“Bəstəkara verməyə pul var? Xalq mahnılarına keçəcəyik...”

“Tərlan” şadlıq sarayının Əli adlı əməkdaşı isə bildirir ki, belə getsə, restoranlarda bəstəkar mahnılarından imtina olunacaq. Bütün səslənən mahnılar konkret müəllifi olmayan xalq musiqiləri olacaq.

“Belə çıxır ki, musiqiçilər milyoner olacaqlar. Bundan sonra biz ancaq xalq mahnıları oxuyacağıq. Restoranımızda “haxışta-maxışta” kimi mahnılar səslənəcək. Bəstəkar mahnılarına verməyə pulumuz var?”-şadlıq sarayının işçisi deyir.

Müsahibimiz qərarla bağlı ətraflı məlumata malik olmadığını, şadlıq sarayına dəyişikliklə bağlı rəsmi məlumat göndərilmədiyini dedi: “Mənim qərardan tam olaraq məlumatım yoxdur, bu barədə eşitmişəm. Hökumət necə desə, biz də vətəndaş kimi ona əməl edəcəyik, başqa nə edə bilərik ki?”

Hərə ağlına gələn şeiri yazıb səsləndirəcək

Tamada Nazilə Səfərli isə bildirir ki, yeni qərar tətbiq olunarsa, hər kəs ağlına gələni oxuyub-oynayacaq: “Toy çərçivəyə salınmayan el adətidir. Toy hər kəsin öz el-obasının adətinə görə, qonaqlarına görə, düzənlənir. Nazirlər Kabinetində ağıllı insanlar əyləşiblər, hər halda qərar bizim xeyrimizə olar. Çünki bir çox məclislərdə mənim şeirlərimi səsləndirirlər, amma adımı çəkmirlər. Düzdür, mən şeirlərimi satmıram, amma adımın səsldirmələrini istəyirəm. Bu baxımdan, qərarla haradasa razıyam. Amma o ki qaldı siyahı təqdim etməyə… Mənim səsləndirdiyim şeirlərin 90 faizi özümündür. Özümdən özümə qonorar ayıra bilmərəm. Amma digər müəlliflərin Məsələn, Ramiz Rövşənin, Musa Yaqubun və ya digərlərinin şeirlərini məclislərdə hamı səsləndirir. Əgər qonorar ödəmək məcburi olsa, onda hərə ağlına gələni oxuyacaq. Onsuz da musiqilərimizi son zamanlar cılızlaşdırıblar. İndi hərə özü üçün ağlına gələn şeirlər yazacaq, ağlına gələn musiqiləri ifa edəcək”.

Müəllif Hüquqları Agentliyindən isə deyiblər ki, Nazirlər Kabinetinin qərarının tətbiqi ilə bağlı məsələlər onların açıqlamasında ətraflı yer alıb. Bu səbəbdən əlavə nəsə deyə bilməzlər.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Azərbaycanda qonorarlarla bağlı mühüm - Qərar

    ​Azərbaycanda qonorarlarla bağlı mühüm - Qərar ...

    22-10-2017, 22:39

  • 
  • 6 qurumun adı hökumətin rəsmi saytından niyə silinib?

    6 qurumun adı hökumətin rəsmi saytından niyə ...

    10-12-2013, 18:43

  • 
  • Azərbaycanda piratçılığın səviyyəsi açıqlanıb

    Azərbaycanda piratçılığın səviyyəsi açıqlanıb ...

    24-12-2012, 12:36

  • 
  • Azərbaycanda yay vaxtına keçid ləğv olundu

    Azərbaycanda yay vaxtına keçid ləğv olundu ...

    17-03-2016, 14:18

  • 
  • Bu gecə qış vaxtına keçirik

    Bu gecə qış vaxtına keçirik ...

    25-10-2014, 13:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (30)
İyul 2025 (586)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu