1 saylı Kliniki Tibbi Mərkəz bıcaqlanan müğənninin səhhəti ilə ağlı açıqlama verib.
Klinikanın həkimi Kamil Hacıyev aznews.az-a açıqlamasında “Murad” şadlıq evində bıçaqlanan Vüsal Cəfərovun müğənni olmadığını vurğulayıb: “Vüsal xəstəxanaya gətiriləndə onu maşın vurduğunu deyib. Atası isə oğlunun burada qalmasını istəmədi. İlkin tibbi yardım göstəriləndən sonra atası onu özü ilə evə apardı. Amma xəstənin vəziyyətində ağırlıq vardı. O, müğənni deyil, avaranın biridir. Heç yerdə işləmir, özünə iş axtarırdı." Qeyd edək ki, Abşeron rayonunun Xocahəsən qəsəbəsində bıçaqlanma hadisəsi baş verib. 1992-ci il təvəllüdlü Cəfərov Vüsal Vüqar oğlu "Murad" şadlıq evində müğənnilik fəaliyyəti ilə məşğul olan zaman budundan bıçaqlanıb. Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?