Elmira Axundovanın sürücüsü danışdı; Dənizdə sirli şəkildə batan model haqda yeni məlumatlar; Günel Mirzəyeva ana olmağa hazırlaşırmış; Azərbaycanlı model, “Miss Lafarella” internet yarışmasının iştirakçısı Günel Rəşid qızı Mirzəyevanın ölüm işi ilə bağlı yeni-yeni nüanslar ortaya çıxmaqdadır.
Modelin deputat Elmira Axundovanın oğlu Həbib Axundova məxsus yaxta ilə dənizdə gəzintiyə çıxması, suda batması, hadisə vaxtı yaxta sahibinin da orada olması faktını Fövqəladə Hallar Nazirliyi təsdiqlədikdən sonra daha bir detal üzə çıxıb. GundemXeberAz ın azeuronews.com–a istinadən əldə etdiyi məlumata görə, G.Mirzəyeva suya düşərkən yaxtada digər şəxslər də olub. Onların arasında G.Mirzəyevadan başqa 2 xanım, H.Axundovdan başqa 2 oğlan olublar. Xanımların kimliyi müəyyən edilməsə də, oğlanlardan birinin mərhum müğənni İlhamənin oğulluğu Orxan Nadirov və Eynar Səlimxan oğlu olması iddia edilir. Yaxtada olan 6 nəfərdən yalnız Günel Mirzəyeva müəmmalı şəkildə suda bataraq həyatla vidalaşıb. O.Nadirov və Eynar Səlimxan oğlunun H.Axundovun dostları olduğu deyilir. Onların Günel Mirzəyevanın cansız cəsədi sudan çıxarılandan sonra Lənkəranda keçirilən dəfn mərasimində iştirak etdikləri də gələn məlumatlar sırasındadır. G.Mirzəyevanın anası lənkəranlı, atası bakılıdır. Amma nədənsə gənc model Bakıda deyil, Lənkəranda torpağa tapşırılıb. Buna da bax: Deputat oğlunun adının çəkildiyi modelin ölümü: Nazirlikdən gələn sirli məktub - VİDEO G.Mirzəyevanın ölümü ilə bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (124.1) maddəsi ilə cinayət işi başlanıb. Qeyd edək ki, Criminal.az saytının sorğusunu cavablandıran FHN yaxtanın hadisədən sonra H.Axundovun adından çıxarılmasını təsdiqləyib. Sitat: “26 iyun 2017-ci il tarixdə Mirzəyeva Günel Rəşid qızının ölümü ilə nəticələnən bədbəxt hadisə K-45 adlı ABB 1278 bort nömrəli Yamaha 242 Limited S tipli gəzinti katerin dənizdə olması zamanı baş vermişdir. Göstərilən gəmi 01 iyul 2016-cı il tarixdə keçirilmiş texniki baxışın nəticələrinə əsasən Axundov Həbib Ramiz oğlunun adına dövlət qeydiyyatına alınmışdır. 17 iyul 2017-ci il tarixdə notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən gəmi H.Axundovun adından dövlət qeydiyyatından çıxarılmışdır. Müəmmalı hadisə baş verən zaman gəminin sahibi H.Axundov gəmidə olub. Gəmi sahibi H.Axundov imtahan verərək 04 iyul 2016-cı il tarixdə Xidmətdən katerləri idarə etmək hüququ verən sürücülük vəsiqəsi almışdır”. Buna da bax: Deputat oğlu ilə müəmmalı şəkildə ölən modelin əlaqələri olub, yalanları təkzib edən gizlinlər!!! - FOTOFAKTLAR E.Axundova isə yenicag.az-a açıqlamasında nazirliyin rəsmi şəkildə medianın sorğusuna cavab olaraq verdiyi açıqlamaları təkzib edib: “Oğlum hadisə yerində olmayıb. Orada olan şəxs onun dostu olub. Haqqında yayılan məlumat isə doğru deyil. Oğlum bu hadisədən sonra orada olmadığı üçün heyfsləndiyini bildirib. Əgər orada olsaydı, batan qızı xilas edərdi. Çünki 15 il üzgüçülüklə məşğul olub. Bu, sadəcə, bədbəxt hadisədir. Burada nə Həbibin, nə də onun dostunun günahı var. Xəzərdə hər yay minlərlə adam boğulub, dünyasını dəyişir. Ümumiyyətlə, Həbibin heç yaxtası olmayıb”. Buna da bax: “Həbib Axundovun adını hallandırmayın…” - FOTO Criminal.az-ın aparıdğı araşdırma, sorğulara aldığı cavablar əksini söyləməyə əsas verir. H.Axundovun yaxtası olub və G.Mirzəyeva dənizdə batandan sonra özgəninkiləşdirlib. Bundan başqa belə iddialar da var ki, G.Mirzəyeva 2017-ci il iyunun 27-də müəmmalı şəkildə yaxtadan dənizə düşüb boğulandan sonra onun yaşadığı ünvanın qarşısında Fərrux Adnayevin “Kia Rio” markalı, ağ rəngli, Az 90 GS 111 nömrə nişanlı maşını bir neçə gün dayanıb. F.Adnayev E.Axundovanın sürücüsüdür, eyni zamanda ailənin digər üzvlərinin də tapşırıqlarını yerinə yetirir. Məlumdur ki, G.Mirzəyeva dənizdə müəmmalı şəkildə boğulandan sonra FHN dalğıcları 3 gün müddətində onun cəsədini yorulmadan axtarıblar. İddialara görə həmin günlər ərzində deputatın sürücüsü F.Adnayev G.Mirzəyevanın yaşadığı Bakı şəhəri, Səbayel rayonu, B.Sərdarov küçəsi ev 20 ünvanının qarşısında olub. İddiaları dəqiqləşdirmək üçün F.Adnayevlə əlaqə saxladıq. Deputatın sürücüsü məlumatı nə təsdiq, nə də təkzib etmədi. Əksinə suallarımızı cavablandırmaqdan yayındı. Bundan başqa G.Mirzəyeva məşhurlaşdığı “Miss Lafarella” müsabiqəsinə qatılan zaman özü haqda anketdə yazır ki, ailə qurmaq və ana olmaq istəyir. Belə ehtimallar da var ki, G.Mirzəyeva müəmmalı şəkildə dünyasını dəyişərkən də ana olmağa hazırlaşırmış. Xatırladaq ki, Criminal.az saytı G.Mirzəyevanın sirli ölümü ilə bağlı Baş Prokurorluğa sorğu ilə müraciət edib. Baş Prokurorluqdan saytımıza daxil olan rəsmi cavabda bildirilir ki, müraciətimiz artıq qeydiyyata götürülüb. Müraciət barədə ətraflı məlumat veriləcək. Araşdırmalarımız davam edir.
Sorğu
Yeni dizaynımız necədir?