GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Səudiyyə krallığında “ərəb payızı” başlayır...

Səudiyyə krallığında “ərəb payızı” başlayır...

Tarix: 11-11-2017, 11:35 Bölmə :Cəmiyyət Baxış: 387
Səudiyyə krallığında “ərəb payızı” başlayır...


Səudiyyə krallığında baş verən proseslər sürətlə regiona yayılır

Rubrika.az musavat.com-a istinadla bildirirki, otən həftə sonu Səudiyyə Ərəbistanında başlayan həbslər silsiləsi davam edir. Ötən gün daha bir həbs dalğası baş verib və bununla da saxlanılanların sayı 200 nəfəri ötüb. İlk dəfə qadın şahzadə də həbs olunub. 17 milyardlıq sərvətə sahib olan və həbslərin birinci dalğasında saxlanılmış Vəlid ibn Talalın qızı Rim bint əl-Vəlid də var. Bu, Krallıq tarixində bir ilkdir.

Krallığın baş prokuroru Şeyx Səud əl-Macub bildirib ki, 208 nəfər saxlanılıb, onlardan 7-si azad edilib. Eyni zamanda o deyib ki, həbslər davam edəcək. Çünki korrupsiyaya bulaşmış şəxs və qurumların sayı çoxdur. Söhbət azı 100 milyard dollar vəsaitin mənimsəməkdən gedir. Qeyd edək ki. həbsləri və korrupsiya istintaqını Korrupsiyaya qarşı Mübarizə Komitəsi aparır. Komitə ötən həftə kral fərmanı ilə yaradılıb və yarandıqdan bir neçə saat sonra həbslərə başlayıb. Komitəyə vəliəhd şahzadə Məhəmməd ibn Salman rəhbərlik edir. Baş prokuror deyib ki, qanun pozuntuları ilə bağlı əsaslı dəlillər var.

O da məlum olub ki, yalnız saxlanılan şəxslərin bank hesabları dondurulub. Onlara məxsus şirkət və banklar fəaliyyətlərini dayandırmayıb. Qeyd edək ki, ötən gün artıq həbs olunanların ümumi varidatının 800 milyard dollara çatdığı qeyd olunurdu. Çünki saxlanılan şəxslərin böyük əksəriyyəti kral ailəsinin üzvləri, böyük holdinqlərə, şirkətlərə rəhbərlik edən sərvət sahibi şəxslərdir.

Krallığın hüquq-mühafizə orqanları saxlanılan şəxslərlə qanun tələbləri çərçivəsində rəftar edildiyini, açıq, şəffaf məhkəmə keçiriləcəyini bildirib. Saxlanılan nüfuzlu ailə üzvləri isə həbsxanada deyil, ər-Riyadda yerləşən “Ritz Karlton” otelində saxlanılırlar.

Artıq həbslərdən bir həftə keçib və görünən odur ki, ölkə daxilində vəliəhdin həbslərinə qarşı hər hansı reaksiya yoxdur. Hətta BBC-nin məlumatına görə, bəzi gənclər həbsləri alqışlayır, korrupsiyaya uğramış, xalqı düşünmədən pulları dağıdan şəxslərin cəzalandırılmasından razıdır.

Ancaq indi bu həbslər bir sıra suallar yaradır. Aydın məsələdir ki, bu həbslər birdən birə baş vermədi. 2015-ci ildə taxta oturan Kral Salman bin Əbdüləzizi hazırda 32 yaşı olan oğlu Məhəmmədi sürətlə saray pillələrində irəliləməyə başladı. Əvvəlcə müdafiə naziri, ardınca ikinci vəliəhd, daha sonra islahatlar komissiyasının sədri və nəhayət vəliəhd şahzadə və daxili işlər naziri Məhəmməd ibn Naifi əvəzləyərək vəliəhd şahzadə postuna yüksəldi. Ötən şənbə isə atası tərəfindən Korrupsiyaya qarşı Mübarizə Komitəsinə sədr təyin olunan Məhəmməd ibn Salman bir həftə əvvəl özünün meqa layihəsini elan etmişdi. Şahzadə Məhəmməd layihəsinin təqdimat mərasimində elan etdi ki, ölkəsi radikal islamçılıqdan imtina edəcək və bütün dinlərə açıq bir ölkəyə çevrilməlidir. Təbii ki, şahzadənin yeni layihəsi də mülayimləşməni nəzərdə tuturdu, faktiki olaraq Səudiyyə Ərəbistanında ikinci Dubay yaradılması proyektindən söhbət gedir. Bu isə ərazisində kilsə tikintisinə icazə verməyən bir ölkə üçün kəskin dəyişiklikdir. İndi dünya mediası ən çox radikal islamçı dairələrin buna reaksiyasını maraqla gözləyir.

Daha bir maraqlı detal ondan ibarətdir ki, saxlanılan şəxslər yalnız iş dünyasından və ya dövlətin iqtisadi sferasından olan şəxslər deyil. Krallığın dəniz qüvvələrinin komandiri, o cümlədən əsas elit ordu hesab olunan Milli Qvardiyanın komandiri, şahzadə Muqrin ibn Abdullahın həbs olunması bu əməliyyatların yalnız korrupsiyaya qarşı əməliyyat olmadığı, həm də ölkə daxilində vəliəhdin mümkün rəqiblərini zərərsizləşdirmə prosesi olduğunu deməyə əsas verir. Heç şübhəsiz ki, vəliəhd Məhəmməd hakimiyyətə gedən yolda rəqiblərini sıradan çıxarır.

Ancaq maraqlı olan daha bir detal şahzadənin daxildə nüfuzlu rəqiblərini həbs etdirməklə yanaşı xarici siyasətdə, daha dəqiqi regional məsələdəki fəallığıdır. Krallıqda antikorrupsiya həbsləri ilə eyni günlərdə Livanın baş naziri, Səud ailəsinə bağlı olan Saad Həriri ər-Riyada səfər etdi və burada istefa verdiyini, İranın bölgə üçün təhlükə olduğunu bəyan etdi. Həmçinin Livan Hizbullahını da ittiham edən Həriri həyatına təhlükə olduğunu, atası kimi sui-qəsd oluna biləcəyinə işarə etdi. Ötən gün isə Səudiyyə Ərəbistanı öz vətəndaşlarına Livanı tərk etməyə, bu ölkəyə səfər etməməyə çağırıb. Eyni addımı daha sonra Küveyt, BƏƏ kimi ölkələr də atıb. Maraqlıdır ki, gözlənilmədən Fransa prezidenti Emmanuel Makron Səudiyyə Ərəbistanına səfər edib. Ərəbistanda Makron krallıq rəhbərləri, o cümlədən vəliəhd Məhəmmədlə yanaşı Livanın baş naziri ilə də görüşüb.

Bir sıra müşahidəçilərə görə, Livan ətrafında baş verənlər bu ölkəyə qarşı yeni hərbi əməliyyatın başlanması ilə bağlıdır. Şahzadənin daxilədki həbslərlə paralel olaraq Livan üzərindən İranla qarşıdurmaya girməsi sual doğurur ki, bu onun özünün planıdır. Yoxsa ABŞ və İsrailin də dəstəyi ilə həyata keçirilən böyük bir kombinasiyadır. Maraqlıdır ki, iki gün əvvəl Fələstin prezidenti Mahmud Abbas da gözlənilmədən ər-Riyada səfər edib. Səfərin səbəbi bilinməsə də, Abbas kral Salmanla görüşüb. Müşahidəçilər görüşün məhz Fələstində HƏMAS-Fəth barışığından sonra baş tutması və eləcə də son günlər HƏMAS daxilində İrana yaxın qrupla digər qrup arasında gərginlik müşahidə olunması bütün “oxların” Livanı göstərdiyinə işarədir.

Livan İranın Yaxın Şərqdə ən yaxın müttəfiqi, əsas silahlı gücü Hizbullahın mövcud olduğu ölkədir. İran Livan üzərindən Suriya, İraq. Yəmən, Fələstin kimi həssas münaqişəli bölgələrdə fəaliyyət göstərir. Suriya münaqişəsinin taleyini məhz Hizbullahın dəyişməsi də sirr deyil. Belə görünür ki, gənc şahzadə Yəməndə və Suriyadakı uğursuzluğun əvəzini Livanda yeni savaşda çıxmaq istəyir. Ancaq bunu tək edə bilməz, bu prosesdə Krallığı ABŞ və İsrail kimi İrana qarşı düşmən dövlətlərdən ən azı birinin dəstəkləməsi lazımdır. Məlum olduğu kimi Vaşinqton Trampın şəxsində Səudiyyədəki həbsləri alqışlayıb və şahzadəyə dəstək verib. İsrail də proseslərdən məmnundur. Üstəlik Livanda Səudiyyə tərəfindən savaşın başladılması İsrailin maraqlarına cavab verir. Ancaq siyasi baxımdan şahzadəyə əsas dəstəyin Vaşinqtondan olması lazımdır, çünki həm daxildə, həm də xaricdə bu qədər böyük əməliyyata ancaq super gücün dəstəyi ilə getmək mümkündür. Görünür ki, gənc şahzadə də bunu edir.

Maraqlıdır ki, son hadisələr Cənnət Sənədləri (Paradise Papers) adı verilmiş və əsasən ofşor hesabları barədə məlumatların mediaya sızdırılması hadisəsi ilə paralel baş verdi. Bazar günü yayılan reportajlar həftə ərzində açıqlanacaq məlumatların yalnız kiçik bir hissəsidir.

Onlardan bəzilərinin isə Britaniya ilə sıx əlaqəsi var. Bir sıra müşahidəçiləri bu iki hadisə arasında hansısa bağın olduğunu qeyd edirlər. Məsələ ondadır ki, 2010-cu ildə Wikileaks sənədləri açıqlandıqdan qısa müddət sonra “ərəb baharı” başladı. Oxşar situasiya olmasa da, Cənnət sənədlərinin açıqlanması ilə Səudiyyə Ərəbistanında həbslərin eyni dövrə təsadüf etməsi istər-istəməz sual yaradır: Növbəti “ərəb baharı” başlayır? Ancaq proseslər bu dəfə payızda başlayır. “Ərəb baharı” başa çatmamış yeni “ərəb payızı”nın başlamasına şahidlik edirik./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • 32 milyardlıq sərvəti olan və həbs edilən şahzadə kimdir? - FOTOLAR

    32 milyardlıq sərvəti olan və həbs edilən şahzadə ...

    6-11-2017, 17:11

  • 
  • Səudiyyə anti-korrupsiya araşdırması 100 milyard dollar mənimsəmə aşkarlayıb

    Səudiyyə anti-korrupsiya araşdırması 100 milyard ...

    10-11-2017, 15:25

  • 
  • Şahzadə Kral ailəsinə qarşı müxalifətə keçdi

    Şahzadə Kral ailəsinə qarşı müxalifətə keçdi ...

    29-07-2013, 00:25

  • 
  • Həbs olunan şahzadə Əbdüləziz ibn Fəhd öldü - SON DƏQİQƏ

    Həbs olunan şahzadə Əbdüləziz ibn Fəhd öldü - SON ...

    6-11-2017, 21:17

  • 
  • Kraldan şok əməliyyat: Şahzadələr həbs edildi

    Kraldan şok əməliyyat: Şahzadələr həbs edildi ...

    5-11-2017, 11:20


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu