Kərbəlaya zəvvar aparan qrup rəhbəri Təvəkkül Həsənov onların 30 min manatını yeyib həmin insanları yolda qoyub.
Bu barədə zəvvarlardan biri Amid Boradigahlı özünün “facebook” səhifəsində status paylaşıb. Məlumata görə, Təvəkkül Vaqif oğlu Həsənov Azərbaycanda zəvvarlardan 250 dollardan pul yığaraq Kərbəlaya Ərbəinə aparıb. Lakin o, zəvvarları Kərbəlada qoyub aradan çıxıb. Təvəkkül Həsənov zəvvarların 30 min manatını mənimsəyib. İndi zəvvarların Azərbacana qayıtmaq imkanı yoxdur. 230 nəfər zəvvar İraq çöllərində çarəsiz qalıb. Onu da qeyd etmək lazımdır ki, Təvəkkül Həsənov ilə gedən zəvvarlar dəfələrlə bu kimi hallar ilə qarşılaşıblar.
Sorğu
Yeni dizaynımız necədir?