GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “AST Telman”a şok ittiham: “silah baronu” və Abbas Abbasov...

“AST Telman”a şok ittiham: “silah baronu” və Abbas Abbasov...

Tarix: 13-11-2017, 12:15 Bölmə :Cəmiyyət Baxış: 435
“AST Telman”a şok ittiham: “silah baronu” və Abbas Abbasov...


Azərbaycan kökənli milyarder iş adamı qatilmi? Əgər bu ittiham təsdiqlənərsə, Telman İsmayılovu heç bir ölkə müdafiə edə bilməyəcək; beynəlxalq axtarışa verilən iş adamı harada gizlənir?..

Moskvanın Basman Rayon Məhkəməsinin “AST” Şirkətlər Qrupunun qurucusu, daha çox bağlanmış “Çerkizov” bazarının sahibi kimi tanınan Telman İsmayılovun (“AST Telman”) həbsinə dair qərar çıxarması əslində gözlənilən idi. Çünki bir müddətdir ki, onun barəsində Rusiya KİV-lərində ciddi ittihamların yer aldığı yazılar dərc olunur. Qərar noyabrın 11-də üzə çıxsa da, məlum olub ki, əslində həbs qərarı bir neçə gün əvvəldən var və hətta iş adamının vəkilləri qərardan apelyasiya şikayəti belə veriblər.

T.İsmayılovun vəkili Marina Rusakova təsdiq edib ki, həbs qərarı oktyabrın 30-da verilib: “Qanunsuz qərar 30 oktyabrda qəbul edilib. Bu qərar haqda artıq Moskva Şəhər Məhkəməsinə şikayət verilib. 15 noyabrda apelyasiya məsələsinə baxılacaq”.

Vəkil deyib ki, T. İsmayılov 2 qətldə təqsirləndirilir. “Yeni Müsavat” bildirir ki, qətllərdən biri 2016-cı ilin mayında baş verib. Məlumdur ki, “AST Telman”ın hazırda həbsdə olan qardaşı Rafiq İsmayılov şəriki Vladimir Savkinin qətlində suçlanır. Belə ki, onların şərikli ticarət kompleksi olub. Sonradan şərikli biznes satılıb və 10 milyon dollar gəlir əldə olunub. Amma R.İsmayılov şərikinə çatmalı olan 5.6 milyon dolları verməyib. İstintaqçılar hesab edirlər ki, R.İsmayılov pulu Savkinə verməmək üçün onu aradan götürmək qərarına gəlib. Bunun üçün əvvəllər məhkum olunmuş Mehman Kərimova Savkinin qətli sifariş olunub. Hadisə zamanı Savkin təsadüfən biznesmen tanışı ilə birlikdə olduğundan killer onu da öldürüb.

Qətldən az sonra R.İsmayılov saxlanılsa da, qardaşı Telman İsmayılov hüquq-mühafizə orqanlarındakı əlaqələri sayəsində onu həbsdən buraxdırıb. Savkinin oğlunun davamlı şikayətlərindən sonra isə məsələyə Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin qarışıb və yeni müstəntiq işin üstünü bir neçə günə açıb. Bu qətllə bağlı daha öncə “AST Telman”ın qardaşı Rafiq və killer Mehman Kərimov həbs ediliblər. T.İsmayılovun vəkili isə iddia edir ki, killer istintaqla danışığa gedib və müdafiə etdiyi iş adamına şər atır.

T.İsmayılova ikinci ittiham “Lyublino motors” şirkətinin təsisçisi Yuri Brilyovun öldürülməsi faktı ilə bağlıdır. Qeyd edək ki, “AST Telman”ın daha bir qardaşı- Vaqif İsmayılov da 2 nəfərin qətl işi üzrə əsas fiqurantdır.

Vəkili “AST Telman”ın şərləndiyini desə də, qardaşları “satan” təkcə həbsdə olan killer deyil. Məlumdur ki, cinayət işi üzrə T.İsmayılovun əleyhinə ifadə verənlərdən biri də onun 15 il köməkçisi işləmiş Sergey Qavryuşindir. Qavryuşinin ifadələrindən sonra T.İsmayılovun Moskvadakı evlərində axtarış aparılmasına qərar verilib. Bildirilir ki, Qavryuşin İsmayılov qardaşlarına “kölgələri” qədər yaxın olduğundan ondan heç nə gizlətməyiblər və qurduqları planlardan onun da xəbəri olub. Qavryuşin hazırda dövlətin təminatı altındadır və cinayət işində vacib şahid kimi qorunur.

Qavryuşindən əvvəl isə İsmayılovların əleyhinə daha bir yaxın adamı-Harri Boleçerkovski ifadə vermişdi. Beloçerkovskinin iddiasına görə, sifarişli qətllər məhz 2000-2016-cı illərdə İsmayılov qardaşlarının iştirakı ilə törədilib.

Daha bir sensasion məqam isə T.İsmayılovun qanunsuz silah satışında əli olması ilə bağlıdır. Vəkili bu barədə desə də, əlavə bilgi verməyib. Bu, çox ciddi ittihamdır və yəqin ki, əlavə təffərrüat tezliklə açıqlanacaq. Əgər bu ittiham təsdiqlənərsə, onu “silah baronu” kimi heç bir ölkə müdafiə edə bilməyəcək. İstisna etmək olmaz ki, ittiham məhz onu istənilən ölkədə həbs etmək üçün ortaya atıla bilər...

Vəkilin dediyindən belə anlaşılır ki, T.İsmayılov barəsində qətimkan tədbiri gizli şəraitdə qəbul olunub. Nə vəkili, nə T.İsmayılov məhkəməyə dəvət edilməyiblər, ittiham haqda xəbərləri belə olmayıb.

İndi ən çox maraq edilən mövzu T.İsmayılovun harada olmasıdır. T.İsmayılovun çevrəsinə yaxın mənbələrdən biri deyib ki, iş adamı bir neçə aydır ki, Rusiyaya getmirmiş. “Bu, məhz həbs təhlükəsi ilə bağlı idi”, deyən mənbə T.İsmayılovun İsraildə olduğunu iddia edib. Vəkili isə iddia edir ki, müvəkkili heç vaxt gizlənməyib: “Onu heç kim, heç yerə çağırmayıb. Hətta məhkəmədə belə vəkil təyinatla çıxış edib”, deyə, Marina Rusakova bildirib. Vəkilin sözlərinə görə, T İsmayılov özü sözügedən heç bir cinayətdə özünü təqsirli hesab etmir.

“İsmayılov qətllərlə bağlı qərarlara qadir adam deyil. O, biznesdə sülhə meylli insandır”. Moskvanın keçmiş meri Yuri Lujkov T.İsmayılovun qətllərdə ittihamına münasibət bildirərkən belə deyib. Xəbəri “Qovorit Moskva” radiosu yayıb. Lujkovun T.İsmayılovun hazırda nə ilə məşğul olmasından xəbərsiz olduğunu deyib.

T.İsmayilov haqda Lujkovdan mövqe öyrənilməsi əlbəttə ki, təsadüfi deyil. 2010-cu ilin payızında Rusiya hakim elitası daxilində baş verən çəkişmələr Moskvanın 18 illik meri, ölkə siyasətinin aparıcı fiqurlarından və hakim “Vahid Rusiya” Partiyasını yaradanlardan biri Yuri Lujkovun işdən qovulması ilə nəticələndi. Kreml “qırğıları” Lujkova qarşı kompromat müharibəsinə başladılar və sabiq merin himayə etdiyi iş adamları da hədəfə gəldi. Burada isə T.İsmayılov ön sırada oldu. Lujkovun istefasından sonra onun T.İsmayılovla münasibətləri haqda geniş materiallar TV-lərə ötürüldü. Lujkov T.İsmayılovla əlbir olmaqda və uzun müddət onun “Çerkizov” bazarında hökm sürən qanunsuzluqlara şərait yaratmaqda ittiham edildi. Bildirilirdi ki, Lujkovla dostluğundan istifadə edən “AST Telman” şirkətlərini vergidən yayındırıb. Lujkov siyasi səhnədən çəkilən kimi “Çerkizov” bazarı bağlandı, T.İsmasyılovun çöküşü başlandı və indi həbsi gündəmdədir.

Lujkov “AST Telman”ı müdafiə etsə də, uzun illər “AST” Şirkətlər Qrupunda vitse-prezident olmuş Abbas Abbasov hələ də susur. Yada salaq ki, 2006-cı ildə Azərbaycanda baş nazirin birinci müavini postundan uzaqlaşdırılandan sonra ona T.İsmayılov sahib çıxdı. Moskvaya gedən Abbas Abbasov üçün şirkətdə vitse-prezident postu boşaldıldı. A.Abbasov köhnə dostu ilə şirkətdə fəaliyyətə başladı. AST Şirkətlər Qrupunda işləməsindən məmnun olan A.Abbasov Telman İsmayılovun ən qatı müdafiəçilərindən biri kimi tanınırdı. İndi isə A.Abbasov israrla susur. Əcəba, niyə? Bu sual da T.İsmayılovun sonrakı taleyi qədər aktualdır...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanlı biznesmen haqda şok qərar - Telman İsmayılov qətldə təqsirli bilinib

    Azərbaycanlı biznesmen haqda şok qərar - Telman ...

    12-11-2017, 11:33

  • 
  • Telman İsmayılovun həbsinə qərar verildi – KEÇMİŞ MİLYARDER AXTARIŞA VERİLDİ - YENİLƏNİB

    Telman İsmayılovun həbsinə qərar verildi – KEÇMİŞ ...

    11-11-2017, 13:48

  • 
  • "AST-Telman" Azərbaycanda siyasətə cəlb edilmək istənilib

    "AST-Telman" Azərbaycanda siyasətə cəlb ...

    22-07-2013, 13:20

  • 
  • VTB Telman İsmayılovun əfsanəvi restoranını satışa çıxardı

    VTB Telman İsmayılovun əfsanəvi restoranını ...

    10-12-2015, 14:11

  • 
  • “AST Telman”a Kremlin yanında otel tikməyə icazə vermədilər

    “AST Telman”a Kremlin yanında otel tikməyə icazə ...

    26-09-2013, 12:47


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu