"Dövlət qulluğuna qəbul üçün yeni test bankı hazırlanıb".
Bunu Dövlət İmtahan Mərkəzinin icraçı direktoru Vəfadar Misirov keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, vəzifə qrupları üzrə 20 yeni test proqramı hazırlanıb: "Əvvəlki qəbul imtahanlarından fərqli olaraq, yeni modeldə dünyagörüşü bloku ləğv edilib, onun yerinə Azərbaycan dili bloku salınıb. Test imtahanı modeli kifayət qədər mürəkkəbləşdirilsə də bir o qədər çevikləşib. Yeni modelin yoxlanılması məqsədilə artıq oktyabrın 5-dən dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün sınaq imtahanları keçirilib”. V.Misirov əlavə edib ki, test imtahanlarının məzmununda da yeniliklər mövcuddur: "Əvvəlki imtahanlardan fərqli olaraq, test imtahanları vakant vəzifələr üzrə deyil, vəzifə qrupları üzrə keçirilir. Hənçinin dövlət qulluğunda yüksəliş üçün ümumi müsahibə də nəzərdə tutulub".
Mərkəzin icraçı direktoru vurğulayıb ki, DİM-in bazasında ləğv olunmuş dövlət orqanlarında çalışmış 333 namizəd ehtiyat kadr kimi saxlanılır: "Ehtiyatda olanlardan artıq 44 nəfər vəzifəyə təyinat alıb".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?