GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hüquq müdafiəçiləri-Nümayəndəlik İnstitunun ləğvi problemlər yaradacaq

Hüquq müdafiəçiləri-Nümayəndəlik İnstitunun ləğvi problemlər yaradacaq

Tarix: 14-11-2017, 13:23 Bölmə :Cəmiyyət Baxış: 335
Hüquq müdafiəçiləri-Nümayəndəlik İnstitunun ləğvi problemlər yaradacaq


Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanununa dəyişikliklərlə bağlı dəyirmi masa keçirib.

Hüquq müdafiəçisi Səadət Bənəniyarlı bildirib ki, qanundan nümayəndəklik institutunun çıxarılması vətəndaşı pis duruma salacaq. Onun sözlərinə görə, qanunda nümayəndəlik institute faktiki ləğv edilsə də, heç kim vəkillik institutunda islahatlar haqqında danışmır:
“Minlərlə gənc hüquq fakultəsini bitirir və diplom alır. Ancaq gənc mütəxəssislər özlərinə iş tapa bilmir. Buyurub bu gənclərə şərait yaratsınlar. Gənc hüquqşünas da gedib özlərinə Vəkil Ofisləri açsın, sadə yolla lizensiya əldə edib fəaliyyət göstərsin. Üstəlik dövlətə də vergisini ödəsin. Həm də vətəndaş da istədiyi vəkilə müraciət edə bilsin. Vəkillər arasında rəqabət olsa, qiymət artımı baş verməz. Həm də bəllidir ki, vəkilin xidmətinə görə, dövlət rüsumu var. Vəkili olmayan şəxsə dövlət vəkil verirsə, həmin vəkilə də müəyyən qədər pul ödənilir. Bu pul böyük məbləğ deyil. İmkan yaransın gənclər vəkilliyə gəlsinlər”.
Səadət Bənəniyarlı qeyd edib ki, qanundan nümayəndəlik institutunun çıxarılması onların fəaliyyətinə ciddi təsir göstərəcək:
“Düzdür, biz insanlara kömək etməkdə davam edəcəyik. Ancaq daha gedib məhkəmədə birbaşa iştirak etmək, çıxış etmək imkanımız olmayacaq. Bununla belə vətəndaşlara hüquqi yardım göstərəcəyik”.

Hüquq müdafiəçiləri-Nümayəndəlik İnstitunun ləğvi problemlər yaradacaq


Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, ölkədə vəkillərin sayı çox azdır:
“Bizim əməkdaşlar rayonlara gedir və sadə insanları müdafiə edirlər. Mənimlə razılaşarsınız ki, bu gün vəkillik həm də məhkəmə ilə vətəndaş arasında vasitəçiyə çevrilib. İnsan hüquqları komitələri, təşkilatları niyə yaranmışdı? Ona görə yaranmışdı ki, bu prosesdə iştirak etsin, nəzarət həyata keçirin. Bizdə elə işlər olub ki, vəkil sonda bizimlə çəkişənin tərəfinə keçib. Son dəyişiklik onu deməyə əsas verir ki, bizim kimi təşkilatlar məhkəmələrdə insanların hüquqlarını qoruya bilməyəcək. Bununla da, biz faktiki olaraq məhkəmə sistemində iştirakçılığımızdan çıxarılırıq. Təsəvvür edin ki, hazırda sadə insanlardan bizə 100 müraciət daxil olub. Bu şəxslərin vəkilləri olub, ancaq məhkəmə prosesini uda bilməyiblər. Bizim nümayəndələr çıxdıqları məhkəmə proseslərində işlərin 75 faizini udurdu. Əlbəttə, bizim əməkdaşlar ictimai əsaslarla əsasən mülkü işlərdə nümayəndə kimi çıxırdı. Əsasən boşanmalar, uşaq üzərində valideynlik hüququnun bərpa edilməsi, aliment problem və s. Biz təşkilatımıza müraciət edən yüzlərlə xanımlara dəstək vermişik. Vəkil bir iddia ərizəsini azı 100 manata yazır. Ancaq bizim əməkdaşlarımız bunu pulsuz yazırlar. Bizə məhkəmədə qadınların hüququnu müdafiə etməyə görə, 1 manat pul verilmir. Təsəvvür edin ki, vəkili rayona göndərsən yüksək əmək haqqı, yol xərci vermək lazım gəlir. QHT-lər bunu edə bilməz”.
Novella Cəfəroğlu əlavə edib ki, bu qanunun qəbul edilməsi ilə Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycandan müraciətlərin sayı 5 dəfə artacaq: “İndiyə qədər QHT-lər müəyyən qədər bu prosesi tənzimləyirdi. Xüsusilə mülkü işləri. Biz burada pis-yaxşı insanları müdafiə edir, barışdırırdıq. Amma indi Avropa Məhkəməsinə daha çox şikayət gedəcək. Bu yaxşıdır, yap is?. Bu gün deputatların əmək haqlarının artırılmasından danışırlar. Lakin müəllimlərin, təqaüdçülərin maaşı haqqında danışmırlar”.
Hüquq müdafiəçisi qeyd edib ki, indiyə qədər Vəkillər Kollegiyasının evini yıxıblar: “Bizə gənc hüquqşünaslar gəlirdi və deyirdilər ki, bizə iş verin nümayəndə qismində məhkəməyə çıxaq. Dünyada vəkildən yaxşı pul qazanan və yaşayan yoxdur. Bizdə 100 min vətəndaşa cəmi 8 vəkil düşür. Mən hesab edirəm ki, bu qanuna yenidən baxmaq lazımdır”.

Hüquq müdafiəçiləri-Nümayəndəlik İnstitunun ləğvi problemlər yaradacaq


Hüquq müdafiəçisi Səidə Qocamanlı qeyd edib ki, Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklərdən ən vacibi olan vəkillik institunun təkimlləşdirməlidir:
“Biz 17 ildir Avropa Şurasının üzvüyük. Bu müddətdə qeyd etdiyim sahədə yenilik yoxdur. Azərbaycanda cəmi 1000 vəkil var. Bu o deməkdir ki, Vəkillər Kolleegisyanın fəaliyyəti mənfi olub və yeni nəsil hazırlanmayıb.
Əlbəttə, bu qanunu dəyişməkdə bir məqsəddə arada gəzən, havayı pul qazanan, insanlara vəkillik adı ilə sıranan şəxslərə bir sədd qomaq olub. Ancaq bununla belə qanunu qəbul etməklə həm də ictimai əsaslarla işləyən, insanlara hüquqi yardım edən ictimai təşkilatları pis vəziyyətə qoydular. Fikrimcə, qanunda boşluq mövcuddur. Məncə, qanunda dəyişiklik edərkən vətəndaş cəmiyyəti nümayəndələrini nəzərə almaq lazım idi. Əgər siz “juliqlərə” qarşı bu addımı atırsınızsa çox gözəl, ancaq bu vətəndaş cəmiyyətinin fəaliyyətini də iflic edir. Bu gün məhkəmələrdə mülkü işlər qalaq-qalaq toplanıb. Biz Hüquq Müdafiəçilərinin Monitorinq Qrupu olaraq hesab edirik ki, qanunda ciddi boşluq var. Bu boşluq da onunla bağlıdır ki, QHT-lərin ictimai əsaslarla insanlara etdiyi hüquqi dəstəyin qarşısı alınır”.

İçtimai Maraqların Müdafiə Mərkəzinin rəhbəri Nemət Orucov da, qanunda dəyişikliyin effektiv olmayacağı qənaətini bölüşüb. Deyib ki, ölkədə vətəndaşların sayı ilə müqayisədə vəkillərin sayı çox azdır:
“Ölkədə cəmi 943 vəkil var. İlk öncə vəkillərin sayını artırmaq vacib idi. Həm də söhbət kəmiyyətdən deyil, keyfiyyətdən getməlidir. İndi məhkəmələrdə çoxlu sayda mülki işlər var. Bu işlərə əsasən nümayəndələr çıxırdı. Güman edirəm ki, bu məhkəmələr üçün də problem yaradacaq. Odur ki, nümayəndəlik institutunu ləğv etmək deyil, onun peşəkarlığının artırılmasına nail olmaq lazım idi”.

HÜSEYN
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AŞPA təmsilçisi məhkəmələrdə nümayəndəlik institutunun məhdudlaşdırılmasını pisləyib

    AŞPA təmsilçisi məhkəmələrdə nümayəndəlik ...

    12-11-2017, 21:16

  • 
  • Azərbaycanda vəkillər etiraz mitinqi keçirməyə qərar verdilər –Məhsul stadionunda

    Azərbaycanda vəkillər etiraz mitinqi keçirməyə ...

    6-11-2017, 17:48

  • 
  • AŞPA komitəsində Azərbaycanda vəkillik məsələsi müzakirə ediləcək

    AŞPA komitəsində Azərbaycanda vəkillik məsələsi ...

    11-11-2017, 15:44

  • 
  • Prokurorluq vəkilə təcavüz edən hüquqşünası axtarıb, amma…

    Prokurorluq vəkilə təcavüz edən hüquqşünası ...

    4-02-2014, 15:40

  • 
  • Aslan İsmayılovun vəkillik statusu ləğv edildi

    Aslan İsmayılovun vəkillik statusu ləğv edildi ...

    10-09-2013, 14:37


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (114)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu