Noyabrın 13-də vəkil Cavad Cavadov Qobustan qapalı həbsxanasında dövlət qeydiyyatı olmayan İslam Partiyasının lideri Mövsüm Səmədov və ”Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırov, onun müavini Abbas Hüseynovla görüşüb. Bun barədə vəkilin mətbuat üçün açıqlamasında deyilir.
Mövsüm Səmədov 2011-ci ildə hakimiyyətin zorla ələ keçirilməsinə və dövlət quruluşunun dəyişdirilməsinə cəhd ittihamı ilə 12 il azadlıqdan məhrum edilib. Onun həbsi dövlət rəhbərlərini kəskin tənqisdindən sonraya təsadüf edir.
2015-ci ilin noyabrında hüquq mühafizə orqanlarının Nardaranda keçirdiyi xüsusi əməliyyat zamanı ikisi polis olmaqla 6 nəfər həlak olub. Hadisələrdən sonra 70-dən çox insan həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə il yarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.
Üç qrupa ayrılan cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Artıq "Müsəlman Birliyi" Hərəkatının sədri T.Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. T.Bağırov, Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19 il, digərlərinə isə 10 ildən 19 ilədək həbs cəzası verilib. Vəkil Cavad Cavadov noyabrın 13-dəki görüşündəən sonra bildirib ki, Abbas Hüseynovun əhvalı yaxşıdır və saxlanılma şəraitində müəyyən dəyişiklik baş verib.
“O tavanı tökülən və bərbad durumda olan kameradan nisbətən təmirli, lakin beş nəfərlik kameraya keçirilib. Bununla belə ümumən əvvəlki problemlər də qalmaqdadır. Əvvəlki kamerada və həbsxanada olan digər kameralarda ayaq yolu hər hansı arakəsmə olmadan kameranın daxilində yerləşir. Su sutkada üç dəfə 2-3 saat verildiyindən və verilən andan bütün həbsxana sudan istifadə etməyə başladığından suyun təzyiqi çox aşağı düşür, su ehtiyatı yığmaqda ciddi çətinlik yaranır”.
Abbas Hüseynov bildirib ki, onun gündəlik bir saatlıq gəzintində də probelmlər var. Belə ki, o hər gün başqa-başqa vaxtlarda gəzintiyə çıxarılır.
“Hüseynov buna etirazını bildirb və buna görə ona əsassız töhmət verilib”.
Abbas Hüseynovun ailəsinin yaşadığı ünvana göndərdiyi üç məktub poçt tərəfindən geri qytarılıb ki, evdə adam yoxdur. “Halbu ki, evlərində daimi kimsə olur!, vəkil qeyd edib.
Taleh Bağırov mütaliə ilə məşğuldur.
“Bildirdiyinə görə Henri Kissingerin “Diplomatiya”, ondan əvvəl Lev Trotskinin “Məktublar və gündəliklər” kitabını oxuyub bitirib”
Vəkil yazır ki, Qobustanda yerləşən həbsxanada məhkumların saxlanılma şəraitində olan problemlərlə bağlı müdiriyyət bildirib ki, bunlar binanın köhnə olması və infrastruktur problemləri ilə bağlıdır. Hazırda Bakının Umbakı qəsəbəsində yeni həbsxana inşa olunur, lakin nə vaxt hazır olacağı ilə bağlı konkret vaxt deyilmir./amerikaninsesi.org
Sorğu
Yeni dizaynımız necədir?