"Zaman Press" qəzetinin baş redaktoru Gündüz Hüseynovun məhkəməsi başlayır.
gundemxeber.az-ın “qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, öz işçilərinə qarşı dələduzluq edərək 200 min manat mənimsəməkdə təqsirləndirilən G.Hüseynovun cinayət işi üzrə istintaq başa çatıb. İş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Eldar İsmayılovun icraatında verilib. İlkin hazırlıq iclası noyabrın 21-də keçiriləcək. G.Hüseynov həmçinin rüşvət verməkdə iştirak etməkdə ittiham edilir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?