GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ​ELDAR MAHMUDOVA “GÜLLƏ KİMİ” SÖZLƏR – “Üzünə tüpürüb, ona lənət oxuyublar”

​ELDAR MAHMUDOVA “GÜLLƏ KİMİ” SÖZLƏR – “Üzünə tüpürüb, ona lənət oxuyublar”

Tarix: 16-11-2017, 12:00 Bölmə :Cəmiyyət Baxış: 326
​ELDAR MAHMUDOVA “GÜLLƏ KİMİ” SÖZLƏR – “Üzünə tüpürüb, ona lənət oxuyublar”



Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılaraq dindirilməkdədir.Artıq sabiq nazir 3 dəfə istintaqçıların sualalrını cavablandırmaq zorunda qalıb. E.Mahmudov sonuncu dəfə istintaqda dindiriləndən sonra onun İstintaq İdarəsinin önündə “MTN işi” üzrə zərəçəkənlərin az bir qismi qarşılayıb. Sabiq nazirə çox ağır sözlər deyiblər.

E.Mahmudovun nazirliyi dövründə incidilən, əsassız olara həbs edilən, mal-mülkü əlindən alınanların sayı itib.
Onlardan biri də həmkarımız Pərviz Həşimlidir. Deyir ki, həbsdən azad ediləndən sonra Eldar Mahmudova telefon açıb, ona sözlərini deyib: “Bu haqda mətbuatda da yazmışdım. Amma onunla danışığımızın təfərrüatlarını açıqlamamışdım. Mən Eldar Mahmudova zəng edəndə israrla kim olduğumu soruşurdu. Deyirdim ki, səbr eləyin, deyəcəyəm. Ona sual verdim ki, niyə Milli Təhlükəsizlik Nazirliyini cinayət yuvasına çevirmişdin. O hey deyirdi ki, kimdir danışan. Ona dedim ki, əməllərinizə görə akademik atanızın büstləri götürülüb. Sizin kimi övlad o ataya layiq deyil. Ürək sözlərimizi çatdırdım, sonda dedim ki, şərləyərək tutdurduğun, heç bir günahı olmadan başına qara torba keçirdib həbs etdirdiyin Pərviz Həşimlidir danışan. Ona onun üçün xoş olmayan suallar və sözlər yazıb sms-lə yolladım. Cavab vermədi. Nə cavab verə bilərdi ki? Mənə qarşı, mənim kimi yüzlərlə insana qarşı şəxsi maraqlarına görə cinayət edib”.
P.Həşimli Eldar Mahmudovla görüşmək üçün Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər Üzrə İstintaq İdarəsinin önünə də getdiyini deyib: “Mən ora çatanda artıq Eldar Mahmudov ifadə verib getmişdi. Orada olan zərərçəkənlərdən öyrəndim ki, üzünə tüpürüb, ona lənət oxuyublar”.
P.Həşimli deyir ki, həbsindən 1 ay öncədən MTN-in barəsində qətimkan tədbiri seçdirməyə çalışdığını bilib: “Ölkənin siyasi rəhbərliyinə də məktub yazmışdım ki, xüsusi xidmət orqanları məni qanunsuz olaraq həbs etmək istəyir. Buna görə də ölkə rəhbərliyinə yalan məlumatlar ötürür. Eldar Mahmudov siyasi rəhbərliyə yalan raportlar yazdırmaqla məni ləkələməyə çalışırdı. İndi isə həmin çirkablar ki, bizə atmağa yığmışdı öz üst-başını bulaşdırıb”.
P.Həşimli deyir ki, E.Mahmudovla üz-üzə gəlmək üçün məqam axtarır: “İstintaq İdarəsinin önündə onunla görüşməyə hazıram. Deyəcəklərim var ona. Mən işdə zərərçəkən kimi tanınmam üçün də müraciət etmişəm. Bununla yanaşı Avropa İnsan haqları Məhkəməsinin də qərarını gözləyirəm. Qərardan sonra bəraət almam üçün də addımlar atacağam”.
“MTN” işi üzrə zərərçəkən kimi tanınanlardan biri də iş adamı Maqsud Mahmudovdur. Deyir ki, Eldar Mahmudova deyəcək sözləri var: “Əmisi oğlu olan köməkçisi Vüqar Mahmudov məndən 170 min dollar alıb və Eldar Mahmudova verib. Eldar Mahmudovla görüşsəm ondan soruşacağam ki, gecələr rahat yata bilirsən? Bizdən hədə-qorxu ilə aldığın pullara tikdirdiyin imarət sənə dar gəlmir, sıxmır səni? Bizim pulumuzla aldığı o bahalı maşınlar, evlər ona haramdır, qanla qusacaq hamısını. Olmaz belə pul qazanmaq, görsəm deyəcəyəm ki, pulu kişi kimi qazanmaq lazımdır. Şərlə-şantajla adam tutub, böhtan atmaqla həbs etdirib pul qazanmağın sonu bu gün düşdüyü vəziyyətdir”.
M.Mahmudov İstintaq İdarəsinin qarşısına getməyəcəyini dedi: “Hansısa məclisdə, harda olsa üz-üzə gəlsəm ona bir kəlmə deyəcəyəm – adam kişi olar, pulu da kişi kimi qazanar. Şantaj yolu ilə pul qazanmaq kişiyə yaraşan hərəkət deyil. Bunu hamının yanında deyərdim”.
“Karvansaray” ticarət mərkəzinin payçılarından biri olmuş Elşən Kərəm oğlu da deyir ki, sabiq nazirə deyəcək sözləri çoxdur: “Üz-üzə gəlsəm Nizami Quliyevi niyə xəstə salıb ölümünə bais olduğunu xəbər alacağam. ”Karvansaray” ticarət mərkəzini Nizami Quliyev tikdirirdi. Biz də ətrafında olan payçılardan idik, ora pul qoyurduq. Eldar Mahmudov Akif Çovdarovu, Hilal Əsədovu üstümüzə göndərib əvvəlcə 20 dükan istədi. Sonaradn 40 dükan aldı. Sonra isə Nizami Quliyevi 8 ay MTN-ə hər gün çağırıb üstünə qışqırır, başına qalmayan oyunu açırdılar. Hər gün səhər 7-də MTN-ə çağırırdılar. Saat 10-a qədər orada gözlədirdilər. Keflərinə düşəndə qəbul edib kabinetdə təhqir edir, söyür, başına oyun açırdılar. Yayın ortasında kondisioneri maksimal istiliyə qoyub kabinetdən çıxırdılar. Bunu küçədə 40 dərəcə isti olanda edirdilər. Qapı bağlı olduğundan o, həmin kabinetdən çıxa bilmirdi. Bütün bu işgəncələrdən sonra Nizami müəllim “Karvansaray”ın təsisçiliyindən imtina etdi. Ticarət mərkəzi Eldar Mahmudovun əmisi qızı Dilrübə Məhəmməd qızı İmranovanın adına keçirildi. Nizami müəllim Eldar Mahmudovun ona yaşatdığı dəhşətlərin sonucu olaraq ağır xəstəlik tapdı. Sapsağlam adam idi. Dəfələrlə əməliyyat olundu, 2016-cı ilin iyununda dünyasını dəyişdi. Onun ölümü Eldar Mahmudovun vicdanındadır. Biz payçıları da məhv edib. Bu gün onunla üz-üzə gəlsəm hamı kimi mən də üzünə tüpürərdim. Bizim başımıza nə gəlibsə, hamısı Eldar Mahmudovun başçılığı altında olub. Biz bu gün də özümüzə gələ bilməmişik. 5 il əvvəl başımıza açdıqları müsibətləri xatırlayanda özümü çox pis hiss edirəm Bizə ən böyük pisliyi edən Eldar Mahmudov olub”.
E.Kərəmoğlu deyir ki, sabiq nazirə zərərçəkənlərin İstintaq İdarəsinin qarşısında dedikləri fikirlərlə razıdır: “Məni də onun işi üzrə zərərçəkən kimi tanınmaq üçün müraciət etmişəm. Mətbuatdan zərərçəkənlərin ona dedikləri sözləri oxumuşdum. Elə həmin sözlərə şərikəm”. /Musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov istintaqda saatlarla dindirilib -YENİLƏNİB

    Eldar Mahmudov istintaqda saatlarla dindirilib ...

    10-11-2017, 14:01

  • 
  • Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı

    Eldar Mahmudov Baş Prokurorluğa çağırıldı ...

    4-11-2017, 15:14

  • 
  • Eldar Mahmudovun əmisi oğlu həbs olunub

    Eldar Mahmudovun əmisi oğlu həbs olunub ...

    4-11-2017, 10:59

  • 
  • Eldar Mahmudov Baş Prokurorluqda - Yeni fotolar

    Eldar Mahmudov Baş Prokurorluqda - Yeni fotolar ...

    6-11-2017, 21:10

  • 
  • Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR

    Eldar Mahmudova cinayət işi açıldı — QƏRAR ...

    10-07-2017, 16:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (162)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu