Yasamal rayonu H. Zərdabi küçəsində tikilməkdə olan hündürmərtəbəli binada fəhlə işləyən, 1966-cı il təvəllüdlü Əlövsət Xəlilov liftin şaxtasına düşüb. Ə. Xəlilov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Cinayət Məcəlləsinin 222.3-cü (tikintidə təhlükəsizlik qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir./apa
Sorğu
Yeni dizaynımız necədir?