Rusiyanın Ermənistanın Gümrü rayonundakı hərbi bazasından iki hərbçi itkin düşüb.
gundemxeber.az xəbər verir ki, bununla yanaşı Ermənistan polisi bu barədə məlumatsız olduğunu deyir.
Siyasətçi Qaqik Ambaryan bildirir ki, müqavilə ilə xidmət göstərən hərbçilər bir neçə gün əvvəl itkin düşüb. Ambaryan deyir: "Mətbuatın bu barədə xəbəri yoxdur. Mən bunu iki gün əvvəl bildim. Çünki rus əsgərləri itkin düşən hərbçilərin fotolarını restoran, gecə klublarına, qısa sözlə, rus əsgərlərin vaxt keçirdiyi obyektlərə asırlar". Rus hərbi bazası isə məlumatı təsdiqləmir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?