Ermənistanın Gümrü şəhərində rus hərbçisinin bir ailənin altı üzvünü öldürməsi faktından sonra bu ölkədə fəaliyyət göstərən Rusiya hərbi bazaları ilə bağlı yeni faktlar üzə çıxıb.
"Qafqazinfo”-nun Rusiya KİV-nə istinadən xəbərinə görə, məlum olub ki, 2013-cü ilin sonlarından bəri Ermənistandakı rus hərbi bzalarından tez-tez şikayətlər daxil olur. Bu barədə Rusiya Əsgər Anaları Komissiyası, Müdafiə Nazirliyi yanında ictimai şuraının üzvü Valentina Melnikova məlumat verib.
Onun sözlərinə görə, 2009-2013-cü ilə qədər orada tam sakitlik hökm sürüb, əsgər və onların analarından heç bir şikayət daxil olmayıb: "Bilirsiniz ki, hərbi hissələrdə xidmət atmosferi çox şeydə komandirdən asılıdır. Hardasa 2013-cü ilin sonlarından başlayaraq həmin hərbi hissələrdən tez-tez şikayətlər daxil olmağa başladı. Deyə bilmərək ki, onlar kütləvi idi, lakin istənilən halda var idi. Əsasən şikayət edilirdi ki, hərbi qulluqçuların pullarını əllərindən alırlar, təhqir edirlər, vaxtında xəstəxanaya müalicə üçün göndərilmirlər. Bizə yardım üçün müraciət edən əsgərlər bunda öz yoldaşlarını, hərbi hissələrini deyil, məhz kiçik zabitləri günahlandırırdılar”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?