GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Milli maddə”də dəyişiklik varlı uşaqlarını həbsdən qurtarır

“Milli maddə”də dəyişiklik varlı uşaqlarını həbsdən qurtarır

Tarix: 17-11-2017, 12:20 Bölmə :Cəmiyyət Baxış: 382
“Milli maddə”də dəyişiklik varlı uşaqlarını həbsdən qurtarır


234-cü maddənin yumşaldılması narkotik asılılığından əziyyət çəkən imkanlı övladlarını da “qoruyacaq”

Azərbaycanda cəza çəkənlərin əgər yarısı deyilsə də, xeyli hissəsi narkotiklə əlaqəli tutulanlardır. Türmələrdə məhbusların “milli maddə” adlandırdıqları CM-in 234.1-ci - (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə) bir müddət əvvəl bir qədər “yumşaldılıb”. Hümanistləşdirilən təkcə “milli maddə” deyil. Milli Məclisə cinayət qanunvericiliyinə çoxsaylı dəyişikliklərlə bağlı təkliflər paketi təqdim edilib və oktyabrın 20-də qanun lahiyəsi təsdiqlənib. CM-ə təklif edilən dəyişiklər çoxdur, bir qismi cinayət məsuliyyətindən və cəzadan azad olunmaya aiddir.

Belə dəyişikliklərdən biri də “Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətdən azad etmə” adlanır. Yeni 74-1-ci maddəyə görə, CM-in 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma) maddəsində nəzərdə tutulmuş cinayəti törətmiş, əməlində başqa cinayət tərkibi olmayan və narkomaniya xəstəliyinə düçar olmuş şəxs barəsində bu xəstəliklə əlaqədar stasionar qaydada tibbi xarakterli məcburi tədbirləri tətbiq edilir.

Yəni satış məqsədi olmadan narkotikdən şəxsi istehlak üçünistifadə edən şəxs hüquq mühafizə orqanı əməkdaşı tərəfindən saxlanıldığı halda həbsə deyil, məcburi müalicəyə göndəriləcək. Şəxs tam sağalması nəticəsində tibbi xarakterli məcburi tədbirlər ləğv edilərək məhkəmə tərəfindən cinayət məsuliyyətdən azad olunacaq. Qanunvericiliyin bu sahədə liberallaşdırılmasının vacibliyi barədə illərlə müzakirələr aparılıb. CM-ə edilən əlavə bu istiqamətdə ilk addımlardan biridir. Narkomaniyanın sosial, iqtisadi və digər səbəbləri var. Mövcüd dəyişikliklər bu bəlanın kökünü kəsmək üçün yetərli deyil. Belə fikirlər də var ki, varlı uşaqlarının azadlıqdan məhrum edilmələrinin qarşısının alınmasına da müəyyən mənada xidmət edir.

2010-ci ildə narkoman məmur övladları haqda “Qaçqınkom” sədri, eyni zamanda Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının rəhbəri Əli Həsənovun açıqlaması da olmuşdu.

O dövrdə böyük rezonans doğurmuş açıqlamadan sitat:

“Mən milli təhlükəsizlik nazirindən xahiş edəcəyəm ki, çox ciddi bir arayışın hazırlanması barədə tapşırıq versin. Bir gün o uşaqların da siyahısını çıxaracağam. Narkotik istifadəçilərinin kimlərin uşaqları olduğunu açıqlayacağam. Əmin olun ki, çalışıb çıxaracağam. Valideynlər də öz uşaqları ilə məşğul olmalıdırlar. İmkansızlar narkotik ala bilməz. Çünki narkotiklər ucuz deyil, çox bahadır”.

Ucuz olmayan, kasıb balasının ala bilməyəcəyi narkotiklərin alıcıları varlıların övladlarıdır.

Deməli, dəyişikliklərdən də ilk növbədə varlı uşaqları yararlanacağı haqda fikirlər də əbəs deyil.

Tanınmış vəkil Əsabəli Mustafayev CM-nə, xüsusilə də 234.1 maddasəinə dəyişiklikləri müsbət qiymətləndirənlərdəndir.

Image result for Tanınmış vəkil Əsabəli Mustafayev

Ə.Mustafayev deyir ki, əhalinin hansı kateqoriyasını əhatə etməsindən asılı olmayaraq mövcud dəyişikliklər narkotik aslılığı xəstəlindən əziyyət çəkənlərin vəziyyətini yaxşılaşdırır və müalicə olunmasına yol açır: “Biz vəkillər, həkimləd həmişə demişik ki, əgər şəxs narkomandırsa, bu xəstəlikdən əziyyət çəkirsə, belə bir şəxsi xəbsxana əvəzinə müalicəyə göndərmək daha məqsədəmüvafiqdir. Narkomanı həbsxanaya göndərməklə onun vəziyyəti daha da pisləşir. Özü də narkomaların həbsdə saxlanması digər məhbuslara da neqativ təsir göstərir. Narkomaniya psixoloji cəhətdən keçicidir. Belə şəxsləri müalicə etmək lazımdır. Dəri zöhrəvi, QİÇS xəstəliyinə tutulan şəxslər həbsə göndərilmədiyi kimi narkomaniyadan əziyyət çəkənləri də həbsə göndərmək düzgün deyil. Xəstə müalicə olunmalıdır. Xəstəni cəzalandırmaq xəstəliyin müalicəsi demək deyil. Narkomanları müalicə edib cəmiyyətə göndərmək lazımdır”.

Ə.Mustafayev deyir ki, mövcud dəyişikliklələ nəzərdə tutulur ki, narkotikdən istifadə edən şəxs ilk dəfə saxlanılırsa, müalicəyə göndərilir. Vəkil bildirir ki, belə şəxslər qanunun verdiyi şansdan sui-istifadə edəcəklərsə, 2 dəfə eyni əmələ görə real həbsə göndəriləcəklər. Ə.Mustafayev hesab edir ki, qanun bir qədər də humanistləşdirilməlidir: “Yəqin ki, hazırda qanunun tətbiqindən sonra durum təhlil olunacaq və görülsə ki, qanunun bu şəkildə tətbiqi real nəticələr verdi, mümkündür ki, gələcəkdə yenə də CM-ə dəyişikliklər olacaq. 2-ci dəfə narkotikə qurşananlara da bu şans veriləcək”.

Qeyd edək ki, prezidentin cinayət qanunvericiliyinə təklif etdiyi çoxsaylı dəyişikliklər Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsini əhatə edib. Konkret olaraq, Cinayət Prosessual Məcəlləsinin 25-dən, Cinayət Məcəlləsinin ümumi hissəsinə 30-dan, xüsusi hissəsinə isə 70-dən çox dəyişiklik Milli Məclis tərəfindən təsdiqlənib. Ümumən dəyişiklilklərin əksəriyyəti normaldır, cəzaların yüngülləşdirilməsinə xidmət etdiyi haqda fikirlər var./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda narkomanlar HƏBS EDİLMƏYƏCƏK - Qanun dəyişdirilir

    Azərbaycanda narkomanlar HƏBS EDİLMƏYƏCƏK - Qanun ...

    25-09-2017, 15:45

  • 
  • Baş Prokurorluq narkotik istifadəçiləri ilə bağlı təklifə etiraz edir

    Baş Prokurorluq narkotik istifadəçiləri ilə bağlı ...

    29-09-2017, 16:28

  • 
  • İlqar Rzayev azad edildi

    İlqar Rzayev azad edildi ...

    26-07-2013, 15:21

  • 
  • Ağır məhkəmələr başladı - fotolar

    Ağır məhkəmələr başladı - fotolar ...

    7-11-2013, 11:48

  • 
  • İlhamə Quliyevanın oğlu həbs edildi

    İlhamə Quliyevanın oğlu həbs edildi ...

    14-01-2016, 16:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (216)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu