GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Dedilər dövlətin layihəsidir, çıxmalısınız...” - NƏRİMANOVDA TARİXİ BİNANIN SONU + FOTOLAR

“Dedilər dövlətin layihəsidir, çıxmalısınız...” - NƏRİMANOVDA TARİXİ BİNANIN SONU + FOTOLAR

Tarix: 22-11-2017, 11:37 Bölmə :Cəmiyyət Baxış: 330
“Dedilər dövlətin layihəsidir, çıxmalısınız...” - NƏRİMANOVDA TARİXİ BİNANIN SONU + FOTOLAR


Xəbər verdiyimiz kimi Bakının Nərimanov rayonu, Tələt Şıxəliyev küçəsi 13-15 ünvanında tarixi tikili kimi qorunan 5 mərtəbəli yaşayış binası Mədəniyyət və Turizm Nazirliyinin rəsmi xəbərdarlıqlarına baxmayaraq sökülüb. Bu barədə fotoları ötən buraxılışmızda dərc etmişdik və nazirlik açıqlamışdı ki, binanın sökülməsinin yolverilməz olduğu barədə Nərimanov rayon İcra Hakimiyyətinə iki dəfə xəbərdarlıq edilib. Ancaq İcra Hakimiyyətinin sifarişçisi ilə podratçı şirkət binanı sökməyi dayandırmayıb.

gundemxeber.az bildirir ki, bu gün tarixi binanın sökülməsindən hiddətlənən sakinlərin virtualaz.org-un redaksiyasına şikayəti əsasında söküntü gedən ünvana yollandıq. Binanın söküntüsünü “Çarbağ” MMC adlı şirkət aparır. Şirkət tərəfindən hasarlanan ərazidə buldozerlər işləyir, özül qazılır.

Lakin sakinlər binanı çoxdan tərk edib. Təkcə Aqşin adlı sakindən başqa heç kimi görmədik. Onun sözlərinə görə, binada yaşayanlara dövlət layihəsi əsasında binanın söküldüyünü deyərək evlərindən çıxmağa məcbur ediblər.

“Təxminən bir ay əvvəl başladılar sökməyə...”

“Bu binada 30 ailə yaşayırdı. Təxminən bir ay əvvəl başladılar buraları sökməyə. Bizə də dedilər ki, dövlətin "pilot layihə"dir, bizimlə razılaşmalısınız. Bu binanı söküb yerində çoxmərtəbəli bina tikəcəyik, çıxın buradan. Başqa çarəmiz yox idi. Biz özümüz də bu binanın qorunan tarixi bina olduğunu təzə öyrənmişik. Bizə vəd veriblər ki, evimizin sahəsindən 20 faiz artıq sahədə mənzil veriləcək. Amma bununla bağlı notariusda təsdiq olunmuş hər hansı sənəd verməyiblər. Ona görə narahatıq, necə olacaq, bilmirik”-əşyalarını yır-yığış etməklə məşğul olan sonuncu sakin deyir.

Sonuncu «mogikan” Mehparə

Həmsöhbətimiz hamının köçdüyünü, yalnız bir sakinin – Mehparə adlı qadının razılaşmayaraq hələ də binada yaşadığını dedi. Ancaq həmin qadının qapısını nə qədər döysək də, açan olmadı. Qonşuluqdakı kafedə çalışanlardan öyrəndik ki, həmin qadını buradan çıxara bilmədiklərindən hələ binanı tam dağıda bilmirlər.

Məlum oldu ki, burada yaşamaq təhlükəli olduğundan ötən gecə onu qızı yanına aparıb.

“Burada yaşamaq çox təhlükəlidir, özünüz də görürsünüz ki, hər yeri uçururlar. Hamını aldadıb çıxardılar, bircə o qadın razılaşıb çıxmırdı. Onun da evinin qazı, suyu, işığı kəsilib. Buldozerlər işləyir, bina xarabalığa dönüb. Yəqin qızı da qorxduğuna görə ötən gecə gəlib anasını buradan apardı. Amma o qadın çıxmaq istəmir, harada olsa indi gələr”, - deyə kafenin işçiləri bildirirlər.

Həqiqətən də mənzildə yaşamaq çox təhlükəli idi. Elə qapını döyərkən bayıra açılan kiçik pəncərədən içəriyə dolmuş kəskin qaz iyini hiss etdik. Qapıdan aralanmağa imkan tapmamış tikinti şirkətinin əməkdaşları başımızın üstünü kəsdirdi.

Özünü şirkətin əməkdaşı kimi təqdim edən Sadiq Vəliyev bildirdi ki, bütün sənədlər qaydasındadır və sakinlərlə aralarında heç bir narazılıq yoxdur.

“Özü də burada erməni yaşayıb...”

“Axı Mədəniyyət və Turizm Nazirliyi bu binanın söküntüsünün yolverilməz olduğunu bəyan edib”, “Bəs binanın tarixi tikili olduğunu bilirdinizmi?”, sualına isə şirkət rəsmisi burada heç bir tarixi tikili görmədiyini dedi: “Bəs nazirlik bizə niyə bu barədə bildirmir? Tarixi bina deyəndə burada əvvəllər cəmi bir mərtəbə olub və “JEK” yerləşib. Özü də burada erməni yaşayıb. Sonradan üstünü tikiblər. Bu "pilot layihə"dir, bina söküləcək, yerində daha gözəl, əzəmətli bina tikiəcəyik”.

S. Vəliyev deyir ki, tikintiyə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən icazə verilib: “"Pilot layihə"dir, icazə verməsələr, şəhərin ortasında necə söküntü apara bilərik? Bizə dövlət icazə verib, Nərimanov Rayon İcra Hakimiyyəti icazə verib”.

Şirkət rəsmisi bizə əvvəlcə tikinti şirkətinin rəhbərliyi ilə danışmağı məsləhət görür: “Siz əgər araşdırmağa gəlmisinizsə, yaxınlaşın rəhbərliyə ondan sonra şəkil çəkin”.

Burada niyə şəkil çəkmək olmaz ki?

Biz də elə rəhbərliklə görüşmək istədiyimizi dedik. Elə bunu demişdik ki, şirkətin özünü təqdim etməyən digər bir əməkdaşı kobud şəkildə üzərimizə şığıdı: “Siz niyə burada şəkil çəkirsiniz? Burada şəkil çəkmək olmaz. Çıxın gedin buradan. Rəhbərlikdən də heç kim yoxdur”.

Həmin işçi kobud tərzdə tikintiyə rəsmi icazələrinin olduğunu, lakin onu bizə göstərməyəcəyini dedi: “Biz sizə niyə icazəni göstərməliyik ki? Sizin kimi bura yüz nəfər adam gəlir. Çıxın gedin buradan, dünən çəkmisiniz də”, - deyə bildirdi.

Lakin aydın olmur ki, Bakının mərkəzində tarixi əhəmiyyətli binanın söküntüsünü çəkmək niyə qadağan imiş. Axı burada hansısa hərbi təyinatlı obyektdən söhbət getmir.

Beləcə Bakının daha bir tarixi binası tarixə qovuşmaqdadır və yəqin ki, tezliklə onun yerində daş-daş üstə qalmayacaq, əvəzində hansısa göydələn ucalacaq...

“Dedilər dövlətin layihəsidir, çıxmalısınız...” - NƏRİMANOVDA TARİXİ BİNANIN SONU + FOTOLAR
“Dedilər dövlətin layihəsidir, çıxmalısınız...” - NƏRİMANOVDA TARİXİ BİNANIN SONU + FOTOLAR
“Dedilər dövlətin layihəsidir, çıxmalısınız...” - NƏRİMANOVDA TARİXİ BİNANIN SONU + FOTOLAR
“Dedilər dövlətin layihəsidir, çıxmalısınız...” - NƏRİMANOVDA TARİXİ BİNANIN SONU + FOTOLAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mədəniyyət nazirliyi: “Abdin Fərzəliyevə tarixi evi sökməyi qadağan etmişdik, bizi dinləmədilər”

    Mədəniyyət nazirliyi: “Abdin Fərzəliyevə tarixi ...

    21-11-2017, 11:00

  • 
  • Daha bir qondarma MMC Bakıda sakinləri evlərindən qovur - "Bizim ailə" kimin ailəsidir?

    Daha bir qondarma MMC Bakıda sakinləri evlərindən ...

    13-11-2017, 22:22

  • 
  • Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu bağladı

    Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu ...

    7-07-2017, 19:43

  • 
  • Bakı qızıllarının xatirəsi sökülür - FOTO

    Bakı qızıllarının xatirəsi sökülür - FOTO ...

    10-07-2013, 00:38

  • 
  • Yasamalda daha bir qalmaqal: etiraz edən sakinlərə polis “əzələ” göstərir

    Yasamalda daha bir qalmaqal: etiraz edən ...

    18-02-2014, 15:53


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (298)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu