"Yuvelirnıy" kimi tanınan bina tarixin yaddaşına gedir...
Bakı şəhərində böyük bina yerlə yeksan edilir.Yasamal rayonu, Mətbuat prospektində yerləşən bina sökülür. Binanın sökülməsi üçün əraziyə ağır texnikalar cəlb edilib. Artıq binanın xeyli hissəsi sökülüb. Hazırda söküntü işləri davam etdirlir.
Yasamal rayon İcra Hakimiyyətindən verilən məlumata görə, sökülən tikili "yuvelirnıy" kimi tanınan “Zərgərlik sənayesi” istehsalat birliyinin binasıdır. Bina sökülərək yerində yaşayış binası inşa olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl də həmin binanın söküləcəyi ilə bağlı xəbər yayılmışdı. Həmin vaxt Yasamal rayon İcra Hakimiyyətindən binanın sökülməyəcəyi və rekonstruksiya işləri aparılacağı bildirilmişdi. Hazırda isə binanın böyük hissəsi söklülüb.
Sorğu
Yeni dizaynımız necədir?