Tanınmış aparıcı Günel Hümbətova "İdeal” mağazalar şəbəkəsini sərt tənqid edib.
O, sözügedən mağazada ""Black Friday” endirimlərindən yararlanmaq istəyənlərin arzusunun ürəyində qalacağını vurğulayıb: "Bəzi şeylər almaq üçün "Park Bulvara” gəldim. İlk olaraq "İdeal” mağazasına girdim. Stendə 3 dənə kosmetikanı yığıblar ki, endirim ancaq bunlaradır. Biabır olasız, "Black Friday” sizlik deyil . Çoxdan sizdən imtina etmək istəyirdim . Bu da səbəblərdən biri oldu .
Digər səbəblər haqda gələn dəfə. Minlərlə manatlıq alış-veriş edən daha bir müştərinizi itirdiniz. "Gold Cart”ımı kim istəsə hədiyyə edə bilərəm.Ya da yox , dənizə atacam”.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?