Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş MTN-in daha bir generalı Elçin Quliyev və onun əməkdaşı polkovnik Azər Mehdiyevin məhkəməsi davam etdirilib.
Hakim Elbəyi Allahverdiyevin icraatında olan prosesdə təqsirləndirilən şəxslərə son sözlərini demək üçün çıxış verilib.
Proses davam edir.
Ötən iclasda dövlət ittihamçısı çıxış edərək E.Quliyevin 15 il, A.Mehtiyevin 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin E.Quliyevdən general, A.Mehdiyevdən polkovnik rütbəsinin alınması üçün təqdimat verilməyini və əmlaklarının müsadirə edilməsini istəyib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?