GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Avtomobilləri qaçıran gənc polis tərəfindən şərləndiyini açıqladı

Avtomobilləri qaçıran gənc polis tərəfindən şərləndiyini açıqladı

Tarix: 27-11-2017, 21:14 Bölmə :Cəmiyyət Baxış: 432
Avtomobilləri qaçıran gənc polis tərəfindən şərləndiyini açıqladı


“Müstəntiqin imzalatdırdığı sənədlərin nə sənədlər olduğunu bilməmişəm”

Avto-nəqliyyat vasitəsinin qaçırılmasında təqsirli bilinərək həbs edilən Xaçmaz rayon sakini, 1990-cı il təvəllüdlü Kamil Təhməzovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, Kamil Təhməzov 7 may 2016-cı il tarixdə, saat 04 radələrində sərxoş vəziyyətdə talama məqsədi olmadan Xaçmaz şəhəri, H.Zərdabi küçəsindən Bəhruz Novruzova məxsus Vaz 21011 markalı avtomobili qaçırıb. O, həmin avtomobili idarə edərkən Xaçmaz-Xudat avtomobil yolunun Köhnə-Xaçmaz kəndi ərazisindən keçən hissəsində yol kənarında olan yol nişanı dirəyinə vurub. Bununla da Bəhruz Novruzova 552 manat məbləğində maddi ziyan dəyib.
Daha sonra Kamil Təhməzov həmin gün saat 05 radələrində sərxoş vəziyyətdə talama məqsədi olmadan Xaçmaz şəhəri, N.Nərimanov küçəsində, 76 saylı binanın qarşısından Abgül İsayevə məxsus Vaz 21061 markalı avtomobili qaçırıb. O, avtomobillə Xaçmaz rayonu, Xaspolad-oba kənd yoluna gəlib və orada avtomobili ataraq qaçıb.
Polis tərəfindən həbs edilən Kamil Təhməzovun əvvəllər dəfələrlə məhkum olunduğu üzə çıxıb. O, ilk dəfə 2011-ci ildə məhkum olunub. Dəfələrlə məhkəmə tərəfindən islah işləri, cərimə cəzalarına məhkum olunmasına baxmayaraq, Kamil Təhməzov islah olunmayıb.
İstintaq orqanı tərəfindən növbəti dəfə Kamil Təhməzova Cinayət Məcəlləsinin 185.2.2-ci (talama məqsədi olmadan qanunsuz olaraq təkrar avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə) maddəsi ilə ittiham elan edilib. Onun barəsində olan cinayət işi Xaçmaz rayon Məhkəməsində araşdırılıb. Məhkəmənin hökmü ilə Kamil Təhməzov 2 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Kamil Təhməzov apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi kollegiyada araşdırılıb.
Təqsirləndirilən Kamil Təhməzov bildirib ki, 25 dekabr 1990-cı ildə Xaçmaz şəhərində anadan olub, 8 may 2016-cı ildə Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirli bilinərək Xaçmaz rayon polis şöbəsi tərəfindən həbs olunub: “Bu maddəyə əsasən Xaçmaz rayon Məhkəməsinin 30 noyabr 2016-cı il tarixli hökmü ilə 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşam. Birinci instansiya məhkəməsi tərəfindən işimə düzgün baxılmayıb. Xaçmaz rayon Məhkəməsinin hökmünü qanunsuz və ədalətsiz hesab edirəm. Heç bir şahid və sübut olmadan həbs olunmuşam. Mənim bu cinayətlə əlaqəm yoxdur və bu cinayəti törətməmişəm”.
Kamil Təhməzovun sözlərinə görə, əvvəllər bu maddə ilə təqsirli bilinərək 2 dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, qeyd edib ki, sonuncu cinayət baş verən vaxt evdə olub və heç bir maşını qaçırmayıb: “İbtidai istintaq vaxtı ifadəmdə nə yazılıb, onu bilmirəm. Mənə ifadəmdə nə
yazıldığını deməyiblər. Müstəntiq mənə 1-2 sənəd imzalatdırıb. Həmin sənədləri imzalayarkən bu sənədlərin nə sənədlər olduğunu bilməmişəm. Sənədlərə nə yazmışdılarsa onuda imzalamışam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, məhkəmədə yox, ibtidai istintaq vaxtı həbs olunub: “Qaçırdığım iddia olunan maşınlardan birinə ziyan dəyib və həmin ziyanı anam məndən xəbərsiz ödəyib. Səbəb isə mənim tutulmamağım olub. Pulun ödənməsindən heç bir xəbərim olmayıb. Sonradan bilmişəm ki, anam pulu ödəyib. Həmin gün telefonum üstümdə olub. Onsuz telefonum həmişə üstümdə olur. Hadisə baş verən gün evdə olmuşam və bacımın yoldaşı ilə evdə yeyib-içmişik. Aparılan maşınların birinin olduğu yer bizim evdən təxminən 3 kilometr, o biri maşının aparıldığı yer isə 9 kilometr aralıdır. Birinci instansiya məhkəməsində radarları tələb eləmişəm. Çünki maşınlar aparılan yerdə təhlükəsizlik kameraları və radar var. Ancaq buna əhəmiyyət verilmədiyini və məhkəmənin hökmü ilə mənə təyin olunmuş cəzanı çox ağır hesab etdiyini bildirirəm”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verən günü anasi, bacısı, yeznəsi və özü bir yerdə olublar: “Həmin gün gecə saat 3-də bacım mənə zəng vurub, ancaq telefonu yatdığım üçün açmamışam. Gecə bacım bizə gəldiyinə görə, mənə zəng vururub. Bacım kafedə işləyir. Kafe də bizim evə yaxındır. Çox gec olanda bacım öz evlərinə getmir, bizə gəlir. Zəng vururmuşdu ki, qapını bağlamayım, açıq qoyum. Bacımda telefona cavab vermədiyimə görə, narahat olub, sonra da bizə gəlib və hara getdiyimi anasından soruşub.
Anamda bacıma mənim yatdığımı deyib. Bundan sonra bacımda qapıdan baxanda görüb ki, evdəyəm. Bacısıgil də Xaçmazda yaşayır. Bacımgilin evi bizim evdən təxminən 2 kilometr aralı olar”.
Kamil Təhməzovun sözlərinə görə, səhər sahə müvəkkili onlara gəlib və onu şöbəyə aparıb: “Şöbədə Valik adlı polis işçisi məndən gecə saat 3-də harda olduğumu soruşdu. Ona evdə olduğumu və gecə böyük yeznəm-qaynım Tofiq Usubovla birlikdə araq içdiyimi dedim. İşlətdiyim telefon balaca yeznəm Tamerlanın adınadır.Mənə zəng vuran bacım Kəmalə olub. Evimiz 2 otaqlıdır. Mən yeznəmlə içəri otaqda yatırıq. Bacım ilə anam da o biri otaqda yatır”.
Kamil Təhməzov bildirib ki, Xaçmaz rayon Məhkəməsinin hökmü dəyişdirilərək barəsində yüngül cəza təyin edilməlidir.
Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Kamil Təhməzovun apelyasiya şikayəti təmin edilməyib.

Aslan
"Gündəm Xəbər"
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xaçmazda yol qəzası: ölən var

    Xaçmazda yol qəzası: ölən var ...

    19-07-2014, 03:49

  • 
  • Avtomobil 56 yaşlı kişini vurub

    Avtomobil 56 yaşlı kişini vurub ...

    6-02-2017, 23:38

  • 
  • Qəbələ sakini qaçırdığı maşınla 4 avtomobili və iki piyadanı vurdu

    Qəbələ sakini qaçırdığı maşınla 4 avtomobili və ...

    6-10-2017, 13:58

  • 
  • Quba-Xaçmaz yolunda ağır qəza: yaralılar var

    Quba-Xaçmaz yolunda ağır qəza: yaralılar var ...

    13-02-2017, 14:20

  • 
  • Üç maşın toqquşub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb

    Üç maşın toqquşub, 1 nəfər ölüb, 5 nəfər yaralanıb ...

    18-02-2016, 01:17


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu