GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Vergilər Nazirliyi "Turan"a qarşı iddiaların geri götürülməsi haqda sənədi vermir

Vergilər Nazirliyi "Turan"a qarşı iddiaların geri götürülməsi haqda sənədi vermir

Tarix: 29-11-2017, 12:40 Bölmə :Cəmiyyət Baxış: 404
Vergilər Nazirliyi "Turan"a qarşı iddiaların geri götürülməsi haqda sənədi vermir


Noyabrın 27-də məhkəmə iclasında Vergilər Nazirliyinin nümayəndəsi 2017-ci il avqustun 7-də "Turan" agentliyinə irəli sürülən 38 min manat vergi borcunun və cərimənin "ləğv edilməsi"nin səbəblərini izah edə bilməyib.


Agentliyin direktoru Mehman Əliyev borcun silinməsini təqdir edərək Vergilər Nazirliyinin borcun ləğv edilməsi barədə rəsmi qərarı verməsini istəyib. Öz növbəsində nazirliyin nümayəndəsi ləğv olunmanı borcun "tədricən" azalması ilə izah edib.

Hakim Şərafət Məmmədovanın "əgər ləğvetmə baş veribsə, qərarın olması nə dərəcədə vacibdir?" sualının cavabında M.Əliyev deyib ki, Vergilər Nazirliyinin hərəkəti inam doğurmur.

"Mayda bizə qarşı 2016-cı ilə görə 3 min manat vergidən yayınma barədə ittiham irəli sürdülər, ancaq araşdırma olmadan 2 min manat cərimə etdilər və agentliyin bank hesabından 5 min manat götürdülər. Biz vergilər nazirinə müraciət etdik və o da cavab olaraq yoxlama təyin etdi. Yoxlama zamanı əvvəlki qərar yeni qərarla ləğv edildi və yeni qərarla hər hansı borcun olmadığı müəyyən edildi.

Bir ay sonra 2016-cı ilə görə 9 min manat, 2014-2017-ci illər üçün 27 min manat və 10 min manat isə cərimə müəyyən etdilər. Sentyabrın 11-də borc və cərimənin olması barədə qərarı ləğv etdilər. Sentyabrın 15-də borc və cəriməni bərpa etdilər. Sonra bəyan etdilər ki, ləğv olunub.

Oktyabrın 2-də bank hesabını blokladılar. Oktyabrın 5-də bu barədə bəyanatımızdan sonra Vergilər Nazirliyi bildirdi ki, elektron sistemdə nasazlıq baş verib və bu da səhvən hesabın bağlanmasına səbəb olub. Hesab açılıb".

"Belə olan halda, kim zəmanət verə bilər ki, sabah Vergilər Nazirliyi borcu və cəriməni bərpa etməyəcək və "ləğvetmə"ni sistemin səhvi ilə izah etməyəcək?", - M.Əliyev hakimə sual edib.

Hakim Vergilər Nazirliyinin nümayəndəsindən xahiş edib ki, agentliyin borcunun "ləğv edilməsi" barədə açıqlamanı təqdim etsin. O, növbəti iclası noyabrın 30-na təyin edib.

Xatırladaq ki, noyabrın 8-də Vergilər Nazirliyi sistemində agentliyin poçt qutusuna 38 min manatdan çox vergidən yayınma və cəriməyə dair iddianın tam ləğv edilməsi barədə bildiriş, həmçinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 2010-2017-ci illər üçün səyyar vergi yoxlaması ilə bağlı 16 avqust tarixli qərarının ləğvi haqda nazir müavini İlkin Vəliyevin məktubu daxil olub.

Yoxlamanın ləğvi barədə 6 noyabr tarixli rəsmi qərar agentliyə noyabrın 13-də daxil olub.

Ancaq agentlik 38 min manatdan çox vergidən yayınma və cərimə barədə Lokal Vergilər Departamentinin qərarının ləğvi haqda rəsmi təsdiq məktubunu hələlik almayıb.

Xatırladaq ki, Lokal Gəlirlər Departamenti avqustun 7-də Turan agentliyini 2014-2016-cı illər üçün 27 min manat vergidən yayınmada ittiham edib. Cərimə ilə birlikdə ümumi məbləğ 38 min manatdan çox təşkil edib. Agentliyə qarşı cinayət işi açılıb.

Avqustun 24-də agentliyin direktoru Mehman Əliyev həbs edilib. Sentyabrın 11-də Bakı şəhərindən çıxmamaq haqqında iltizam alınaraq azad edilib.

Oktyabrın 30-da Vergilər Nazirliyi cinayət işinə xitam verib, noyabrın 2-də isə Baş Prokurorluq tərəfindən təsdiqlənib.

Qeyd etmək lazımdır ki, agentlik cinayət işinə xitam verilməsi barədə qərarı indiyədək almayıb, baxmayaraq ki, noyabrın 6-da Baş Prokurorluğa müraciət edib./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Turan”a qarşı cinayət işi LƏĞV OLUNDU

    “Turan”a qarşı cinayət işi LƏĞV OLUNDU ...

    18-09-2017, 18:33

  • 
  • ​VERGİLƏR NAZİRLİYİNDƏN ŞOK QƏRAR - “Turan”a qarşı sanksiya bərpa olundu!

    ​VERGİLƏR NAZİRLİYİNDƏN ŞOK QƏRAR - “Turan”a ...

    19-09-2017, 13:14

  • 
  • Vergilər Nazirliyi Turan agentliyinin şikayətini məhkəməyə verib

    Vergilər Nazirliyi Turan agentliyinin şikayətini ...

    20-09-2017, 17:30

  • 
  • “Turan” agentliyinin hesabları yenidən donduruldu

    “Turan” agentliyinin hesabları yenidən donduruldu ...

    5-10-2017, 11:47

  • 
  • “Turan”ın hesablarına yenidən həbs qoyula bilər

    “Turan”ın hesablarına yenidən həbs qoyula bilər ...

    19-09-2017, 13:09


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu