GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Türk ordu generalı Qarabağda - Bakıdan mühüm ismarış

Türk ordu generalı Qarabağda - Bakıdan mühüm ismarış

Tarix: 2-12-2017, 11:22 Bölmə :Cəmiyyət Baxış: 377
Türk ordu generalı Qarabağda - Bakıdan mühüm ismarış


Azərbaycan mühüm siyasi olayların episentrində; Ölkə düşmən yuxusu qaçıran mötəbər tədbirlərə ev sahibliyi edir; Azərbaycan “ayağını” yerə getdikcə daha möhkəm dirəyir - düşmənə yeni mesaj...

Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Hasan Küçükakyüzün başçılıq elədiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Nümayəndə heyətini artıq müdafiə naziri Zakir Həsənov qəbul edib. Görüş zamanı iki qardaş dövlət arasında hərbi-texniki və təhlükəsizlik sahələri üzrə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaq barədə razılıq əldə edilib.

Söhbət həm də Azərbaycan ordusunun döyüş hazırlığını daha da artırmaq üçün türkiyəli hərbi mütəxəssislərin potensialından geniş istifadə olunmasından, ortaq hərbi təlimlərin sayının artırılmasından, xüsusən də qardaş ölkənin hərbi-hava qüvvələri sahəsində malik olduğu böyük təcrübəni bölüşməkdən gedir. Bu isə dağlıq ərazi olan Qarabağda uğurlu hərbi əməliyyatlar üçün mühüm önəm kəsb edir.

Təsadüfi deyil ki, dünən müdafiə nazirinin müavini, Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ordu generalı Hasan Küçükakyüzün rəhbərlik etdiyi nümayəndə heyəti ilə ayrıca görüşüb. Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, görüşdə Azərbaycanın və Türkiyənin Hərbi Hava qüvvələri arasında əməkdaşlığın hazırkı vəziyyəti, genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb. Türkiyəli qonaqlar Azərbaycanın Hərbi Hava Qüvvələrinin aviabazalarını da ziyarət edib. Qonaqlara aviabazaların fəaliyyəti barədə ətraflı məlumat verilib.

Hərbi təhlükəsizlik məsələsinə görə bu bazaların harda yerləşdirildiyi deyilməsə də, onlardan bəzilərinin cəbhə bölgəsində, Qarabağın coğrafi ərazisində yerləşməsi istisna deyil. Ən əsası odur ki, türk generallar üçün Azərbaycan artıq ikinci Vətən statusundadır. Buna onların Dağlıq Qarabağ mövzusunda vaxtaşırı verdikləri bəyanatlar şübhə yeri saxlamır.

Az öncə isə Türkiyənin müdafiə nazir Nurəddin Canikli Bakıda işğalçı Ermənistanı nəzərdə tutaraq bildirmişdi ki, “Azərbaycan xalqının istəyi bizim üçün əmrdir”. Sitat: “Azərbaycan və Türkiyə qardaş dövlətlərdir. Bizim bir-birimizə ehtiyacımız var. Azərbaycan xalqının istəyi bizim üçün əmrdir, lazım olan addımı atırıq”.

*****

Bakıdakı görüş və tədbirlərə gəlincə, diqqətçəkicidir ki, son günlər, ümumiyyətlə, Qarabağa məsələsinə birbaşa dəxli olan və Azərbaycanın episentrdə olduğu bir neçə mühüm hadisə baş verməkdədir. Elə Türkiyə ordu generalının Bakıda olduğu günlərdə Azərbaycan paytaxtında ilk dəfə üç qardaş məmləkət - Türkiyə, Pakistan və Azərbaycanın xarici işlər nazirlərinin sammiti keçirildi. Həmin sammiti çərçivəsində üçtərəfli əməkdaşlığı, o cümlədən hərbi-texniki sahədə əməkdaşlığı inkişaf etdirməyin yeni “Yol xəritəsi” cızıldı, ortaq bəyanat qəbul edildi - hansı sənəddə ki, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin toxunulmazlığı qabarıq şəkildə təsbit edilib.

Daha vacibi, üçlü sammit çərçivəsində Azərbaycan, Türkiyə və Pakistan arasında ortaq hərbi müəssisələrin yaradılması haqda ilkin razılıq əldə edildi. Bu isə ərazisinin 20%-i erməni işğalı altında olan Azərbaycanın hərbi və döyüş hazırlığı üçün az əhəmiyyət kəsb eləmir. Türkiyə və Pakistan dövlətləri bu sammitlə bir daha Dağlıq Qarabağ məsələsində birmənalı şəkildə ölkəmizin yanında olduğunu nümayiş etdirdi.

Bu kimi gəlişmələr, Bakıda reallaşan beynəlxalq tədbirlər, o sırada türk ordu generalının hərbi hava qüvvələrinin bazasına baş çəkməsi sözsüz ki, öncə işğalçı Ermənistana aydın bir ismarışdır. Təbii ki, davamı da gələcək. Bu gün türk generalı Qarabağ münaqişəsi zonasına, hərbi bazalarımıza sərbəst şəkildə baş çəkirsə, günün birində Azərbaycanda, Naxçıvanda erməniyə göz dağı olacaq və çəkindirici təsir edəcək Türkiyə hərbi bazalarının yerləşdirilməsinin də şahidi olacağıq.

Bu, Azərbaycanın təbii haqqıdır. Çünki beynəlxalq hüquqa görə, Bakı məruz qaldığı təcavüzə qarşı istənilən üsulla mübarizə aparmaq, öz ərazi bütövlüyünü bərpa etmək haqqına sahibdir. NATO üzvü Türkiyənin Azərbaycanda hərbi baza qurmasının mümkünsüzlüyünə gəlincə, əgər qardaş ölkə Alyans üzvü olmayan Qətərdə belə bazalar saxlayırsa, demək, Azərbaycanda da mümkündür. Üstəlik, Qars müqaviləsi var - hansı ki, qardaş ölkəyə belə imkanı tanıyır.

Naxçıvanın Türkiyə hesabına təhlükəsizliyinin daha yüksək səviyyəyə qaldırılması isə mümkün Qarabağ savaşında Azərbaycana imkan verəcək ki, bütün hərbi gücünü Qarabağdakı işğalçı qüvvələrə qarşı yönəltsin. Təbii ki, əlverişli siyasi şərtlər yetişən kimi Azərbaycan işğalçıya ən sərt üzünü göstərəcək. Buna kimsənin şübhəsi olmasın.

Prezident İlham Əliyevin dünən Bakıda öz işinə başlamış daha bir mötəbər regional tədbirdə - “Asiyanın Qəlbi” - İstanbul Prosesi çərçivəsində, “Güclü Asiyanın Qəlbi regionu naminə təhlükəsizlik və bağlılıq” mövzusunda keçirilən Nazirlər Konfransında çıxışı zamanı söylədiyi fikirlər də Azərbaycanın işğal rejimi ilə barışmayacağının növbəti anonsu hesab edilə bilər.

Sitat: “Azərbaycan ərazilərinin 1/5-i işğal olunub. Ermənistan işğal olunmuş ərazilərdə etnik təmizləmə həyata keçirib. ATƏT iki dəfə işğal olunmuş ərazilərə missiya göndərib. Bizim yaşayış məntəqələri, məscidlər dağıdılıb. Status-kvo dəyişməlidir, həmsədrlər də bunu dəfələrlə vurğulayıblar. Dağlıq Qarabağ münaqişəsi BMT Təhlükəsizlik Şurasının qətnamələri, beynəlxalq hüquq normaları çərçivəsində həll olunmalıdır”.

Status-kvonu dəyişməyin bir yolu da əlbəttə ki, hərb variantlıdır, müharibədir. Hər halda Azərbaycanın səbri sonsuz deyil və savaş haqqını da heç kim ondan almayıb. Ortada BMT Nizamnaməsi, BMT TŞ-nin qətnamələri var. Müharibə haqqından özümüz imtina eləməsək, heç kim onu əlimizdən ala bilməz. Bakıda reallaşan son mötəbər törənlərdən İrəvana çatası bir mesaj da budur.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı Azərbaycanda səfərdədir

    Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ...

    29-11-2017, 12:45

  • 
  • Azərbaycan Türkiyənin təklifini qəbul etdi

    Azərbaycan Türkiyənin təklifini qəbul etdi ...

    6-05-2016, 02:26

  • 
  • Türkiyə Bakıdan İrəvanı hədələdi - “Qarşınızda bizi görəcəksiniz, əgər...”

    Türkiyə Bakıdan İrəvanı hədələdi - “Qarşınızda ...

    29-09-2017, 10:58

  • 
  • Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-İran Birgə İşçi Qrupunun ilk iclası başlayıb

    Bakıda hərbi əməkdaşlıq üzrə Azərbaycan-İran ...

    24-10-2017, 22:00

  • 
  • Türkiyə generalları yenidən Bakıda

    Türkiyə generalları yenidən Bakıda ...

    4-02-2014, 13:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu