GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Dünya » Türkiyə Bakıdan İrəvanı hədələdi - “Qarşınızda bizi görəcəksiniz, əgər...”

Türkiyə Bakıdan İrəvanı hədələdi - “Qarşınızda bizi görəcəksiniz, əgər...”

Tarix: 29-09-2017, 10:58 Bölmə :Dünya Baxış: 427
Türkiyə Bakıdan İrəvanı hədələdi - “Qarşınızda bizi görəcəksiniz, əgər...”


Türkiyənin hərb nazirindən işğalçı ölkəyə sərt ismarış: “Azərbaycana hər dəstəyi verəcəyik..., iki ölkənin orduları vahiddir”; “Daşnaksütyun”dan xoflu bəyanat gəldi: “Bakı böyük hərbi əməliyyatlara hazırlaşır...”

Türkiyənin müdafiə naziri Nurəddin Canikli böyük bir nümayəndə heyəti ilə birgə Azərbaycanda səfərdədir. Xəbər verdiyimiz kimi, bu gün hərbi nazir iki qardaş ölkənin sentyabrın 18-də başlamış və Hərbi-Hava Qüvvələrinin kontingentlərinin qatıldığı birgə təlimlərin bağlanış mərasiminə qatılacaq. Dünən isə o, səfər çərçivəsində Bakıda rəsmi xarakterli bir sıra mühüm görüşlər keçirib, önəmli açıqlamalar verib.

“Azərbaycan ərazisi olan Qarabağın işğaldan azad edilməsi qaçılmazdır”. Musavat.com-un məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında türkiyəli nazir deyib. N.Canikli əmindir ki, Azərbaycan əraziləri gec-tez erməni işğalından azad ediləcək. Bakı ilə Ankara arasında hərbi-texniki əməkdaşlığın mövcud durumundan danışan qonaq daha sonra deyib: “Türkiyə və Azərbaycan ən ağır məqamlarda xarici dövlətlərdən silah alınması problemi ilə üzləşib. Ona görə də biz müdafiə sənayesi sahəsində səylərimizi gücləndirməliyik”.

Nazir həmçinin iki ölkə arasında ortaq hərbi təlimlər praktikasının davam etdiriləcəyinə diqqət çəkib. “Biz Azərbaycanla vahid dövlət kimi hərəkət edirik. Bizim gücümüz - Azərbaycanın gücü, Azərbaycanlın gücü - Türkiyənin gücüdür. Hərbi təlimlər əməkdaşlığımızın yalnız bir hissəsidir. Belə təlimlər daha böyük sayda hərbi qüvvə və texnikalar cəlb olunmaqla artacaq və davam edəcək. Biz Azərbaycana bütün sahələrdə dəstək verməyə hazırıq. Azərbaycan və Türkiyə Silahlı Qüvvələri vahiddir. Bunu hər kəs bilməlidir. Silahlı Qüvvələrimiz lazım gələn anda bir-birinə hər cür dəstək verməyə hazırdır”.

*****

Nazirin yuxarıdakı açıqlamalarında ən azı, üç məqam xüsusi diqqət çəkir və onların hamısı əslində işğalçı Ermənistanı ayıldıcı mesaj qismindədir.

Bunlardan biri - iki qardaş ölkənin xaricdən silah asılılığını aradan qaldırmaq üçün hərbi-sənayenin inkişafına xüsusi diqqət verməsinin vacibliyinin qeyd edilməsidir. Nə yaxşı ki, bu yöndə görülən işlər getdikcə daha böyük bəhrələr verməkdədir. Hər necə olmasa, silah ticarətinin o biri “başı” da var - alıcı satıcının hərbi sənayesindən, demək, həm də siyasi iradəsindən asılı duruma düşmüş olur.
İkincisi, nazirin Türkiyənin Azərbaycana hər cür dəstək verməyə hazır olmasının vurğulamasıdır. Təbii ki, bura hərbi və hərbi-texniki dəstək də daxildir. Söz düşmüşkən, qardaş ölkə onsuz da hərbi təlimatçılar səviyyəsində, ikitərəfli razılaşmalar və müqavilələrin imkan verdiyi digər forma(t)larda Azərbaycan ordusunun daha modern hala gəlməsi üçün bizə kömək edir. Türkiyədən müasir hərbi texnika və döyüş sistemlərinin (məsələn, “Qasırğa” və s.) alınması, o sırada məxsusən Naxçıvanın müdafiə qabiliyyətinin gücləndirilməsi, getdikcə daha geniş miqyas alacaq birgə hərbi təlimlərin intensivləşməsi də öz yerində.

Üçüncüsü və daha önəmlisi isə N. Cankilinin Türkiyə və Azərbaycanın vahid tamın tərkib hissəsi olmasını xüsusi vurğulayaraq, “Bizim gücümüz - Azərbaycanın gücü, Azərbaycanın gücü - Türkiyənin gücüdür” deməsidir. İki qardaş ölkənin silahlı qüvvələrini də vahid tamın tərkib hissəsi kimi təqdim eləməsidir.

*****

İkitərəfli münasibətlərdəki bu və digər mühüm nüanslar dünən türkiyəli hərbi nazir və onun başçılıq elədiyi nümayəndə heyəti ilə Azərbaycan prezidenti İlham Əliyev arasında baş tutmuş yüksək səviyyəli görüşdə də diqqət mərkəzində olub. Dövlət başçısı öncə N.Caniklini Türkiyə milli müdafiə naziri kimi yüksək vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb (APA).
Azərbaycan prezidenti eyni zamanda N. Caniklinin yeni vəzifəyə təyin olunduqdan sonra qısa müddət ərzində Azərbaycana səfərə gəlməsindən məmnunluğunu ifadə edərək bildirib ki, ölkələrimiz qardaş ölkələrdir və o üzdən iki ölkə nazirləri ilk səfərlərini qardaş ölkələrə edirlər. İki qardaş ölkə arasında bütün sahələrdə, o cümlədən hərbi-texniki sahədə çox yaxşı əməkdaşlığın və iş birliyinin mövcud olduğunu vurğulayan Azərbaycan prezidenti hərbi-texniki sahədə birgə fəaliyyətin geniş olduğunu söyləyib.

Ölkə başçısı ardınca qeyd edib ki, hərbi texnikanın Türkiyədən alınması bizim gücümüzü daha da artırır. Həm Azərbaycanda, həm də Türkiyədə tez-tez birgə hərbi təlimlərin keçirilməsini yüksək qiymətləndirən İlham Əliyev bildirib ki, bu, Türkiyə-Azərbaycan birliyini daha da gücləndirir, habelə bölgədə sülhün və sabitliyin möhkəmləndirilməsi işinə xidmət edir.

Öz növbəsində qonaq Azərbaycanla Türkiyənin qardaş ölkələr olduğunu və əlaqələrimizin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq qeyd edib ki, məqsəd - bu əməkdaşlıq əlaqələrini daha da genişləndirmək və möhkəmləndirməkdir. N. Canikli Türkiyənin FETÖ ilə mübarizəsinə ölkəmizin verdiyi dəstəyə görə də minnətdarlıq bildirib. Prezident İlham Əliyev isə bu yaxınlarda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Nyu-Yorkdakı görüşünü məmnunluqla xatırlayıb.

*****

Həm türkiyəli nazirin, həm də Azərbaycan prezidentinin qeyd elədiyi kimi, iki qardaş ölkə arasında hərbi və hərbi-texniki sahədə strateji əməkdaşlığın güclənməsi, onların vahid dövlət kimi hərəkət eləməsi təbii ki, ən çox işğalçı Ermənistanı narahat edir. Bu xüsusda, yəni Türkiyə hərb nazirinin Bakı açıqlamaları fonunda “Daşnaksütyün” rəsmisi Kiro Manoyanın fikirləri diqqət çəkir.
Daşnak deyib: “Azərbaycan böyük hərbi əməliyyatlara hazırlaşır. Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Məclisində ”davakar çıxışı" (dırnaqlar bizimdir - A.X.), nəhayət, bizə əsas verir ki, Ermənistanla “Dağlıq Qarabağ Respublikası” arasında hərbi-siyasi müqavilə imzalayaq. Çünki bütün bu hazırlıqlar - hansını ki, onlar həm Naxçıvanda, həm də Ermənistanla sərhəddə və “DQR”lə təmas xəttində aparırlar, Bakının böyük miqyaslı hərbi əməliyyatlara hazırlıqlarından xəbər verir. Hərçənd, bu, hələ o demək deyil ki, müharibə mütləq olacaq".

*****

Müharibə doğrudan da olmaya bilər. Yalnız bir halda - türkiyəli nazirin də qeyd elədiyi kimi, əgər Azərbaycan əraziləri nə qədər gec deyil, işğaldan azad edilərsə. Əks halda, İrəvan sülhü deyil, müharibəni gözləməlidir - öz qarşısında Türkiyə ilə birgə.../musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycan Türkiyənin təklifini qəbul etdi

    Azərbaycan Türkiyənin təklifini qəbul etdi ...

    6-05-2016, 02:26

  • 
  • İran və Rusiya birgə hərbi təlimlərə hazırlaşır

    İran və Rusiya birgə hərbi təlimlərə hazırlaşır ...

    1-07-2013, 17:54

  • 
  • Qarsda birgə hərbi təlim başlayıb

    Qarsda birgə hərbi təlim başlayıb ...

    3-06-2016, 02:20

  • 
  • Azərbaycanın yeni naziri Türkiyəyə getdi

    Azərbaycanın yeni naziri Türkiyəyə getdi ...

    3-01-2014, 01:13

  • 
  • Türkiyə generalları yenidən Bakıda

    Türkiyə generalları yenidən Bakıda ...

    4-02-2014, 13:13


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (3)
Avqust 2025 (573)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu