GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Ermənistan bayraqları qaldırılan TANKLAR Azərbaycan ərazilərində

Ermənistan bayraqları qaldırılan TANKLAR Azərbaycan ərazilərində

Tarix: 3-12-2017, 15:52 Bölmə :Cəmiyyət Baxış: 386
Ermənistan bayraqları qaldırılan TANKLAR Azərbaycan ərazilərində


Azərbaycan ordusu cənub istiqamətində təmas xəttini yarır, Ermənistandan köməyə tanklar göndərilir...

Ermənistan ordusunun "ilk dəfə” Dağlıq Qarabağ erməni silahlı birləşmələri ilə birlikdə işğal altındakı ərazilərdə manevrlər keçirməsində məqsəd nədir?

Ötən gün Ermənistan işğalçı qüvvələri işğal altında olan Füzuli-Cəbrayıl rayonları ərazisində genişmiqyaslı hərbi təlimlər keçirib. Ermənistan prezidenti Serj Sərkisyanın şəxsən izlədiyi hərbi təlimlərə "ilk dəfə” Ermənistan ordusunun bölmələri və qondarma "dqr ordusu”nun qüvvələri birlikdə qatılıb. Üzərində Ermənistan bayraqları qaldırılan tanklar və digər zirehli texnika işğal altındakı Azərbaycan ərazilərində görünüb.
"Birləşmiş” qoşun qruplaşmasının komananı Tiqran Parvanyan bildirib ki, təlimlərin ssenarisinə əsasən düşmən təmas xəttini yarıb keçir və bu zaman birləşmiş qruplaşma onun irəliləməsini dayandırmalı, əks hücuma keçməli və məhv etməlidir. "Təlimlərdə bütün qoşun növləri, bir neçə yüz texnika iştirak edib, birləşmiş qruplaşmanın bu miqyasda təlimləri ilk dəfə keçirilir”-o deyib.

Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi Movses Akopyan da bildirib ki, ("İnterfaks”) təlimlərdə ilk dəfə Ermənistan ordusunun birləşmələri ilə "dqr” hərbçiləri birlikdə iştirak ediblər. Onun sözlərinə görə, təlimlərdə şərti düşmənin "Dağlıq Qarabağ ərazisinə müdaxiləsinə” birgə reaksiyalar sınaqdan keçirilib.
Azərbaycan ərazilərini işğal altında saxlayan hərbi qüvvələrin məhz Ermənistan ordusundan və Dağlıq Qarabağ ermənilərindən formalaşdırılmış birləşmiş işğalçı qüvvələr olduğu on illərdir beynəlxalq institutlar tərəfindən də təsbit edilmiş faktdır. Bəs o zaman Ermənistan prezidenti Serj Sərkisyan nədən belə görüntü yaratmağa çalışır? Ermənistan ordusunun "ilk dəfə” Dağlıq Qarabağ erməni silahlı birləşmələri ilə birlikdə işğal altındakı ərazilərdə manevrlər keçirməsində məqsəd nədir?

Bu suallara cavab axtarmazdan əvvəl Ermənistan KİV-lərində təlimlərdən yayılmış görüntüləri qısa analiz etməkdə fayda var. Biz bu kadrlara baxanda nə görürük? İşğlaçılar hansı qeyri-adi taktika və ya yeni texnika, silah növləri nümayiş etdiriblər? Axı bu kadrlarda çoxdan köhnəlmiş və Azərbaycanın malik olduğu tank əleyhinə silah sistemləri qarşısında tamamilə müdafiəsiz olan T-72 tanklarından, BMP-2 piyada döyüş maşınlarından və sınıq-salxaq QAZ-53 avtomobillərindən başqa ciddi nəsə gözə dəymir?
Bu "birləşmiş qruplaşma” Azərbaycan silahlı qüvvələrinin il ərzində bir-birinin ardınca keçirdiyi hərbi təlimlərdə nümayiş etdirilən armada ilə müqayisə belə edilə bilməz. "Birləşmiş qruplaşma” heç Azərbaycanın Naxçıvanda cəmləşdirilmiş əlahiddə ümumqoşun ordusunun qüvvələri ilə müqayisəyə gəlmir.
Digər tərəfdən ötən ilin aprelində erməni işğalçı qüvvələrinin təxminən 40 kilometr enində müdafiə xəttini cəmi bir neçə saata silib-süpürəndə həmin mövqeləri əks hücumla geri almaq cəhdi tamamilə iflasa uğramışdı. Erməni ordusu cənub istiqamətində tank hücumu təşkil etməyə çalışsa da Azərbaycan ordusunun "Spike” raketlərinin zərbələri ilə bir gündə 16-ya yaxın tank itirərək itirilmiş mövqelərin geri qaytarılmasının qeyri-mümkünlüyünü anlamışdı. Həmin vaxtdan bu yana nə dəyişib?

Azərbaycan ordusu Rusiyadan "tank qatili” kimi tanınan "Xrizantema-S” idarəolunan raket sistemlərinin iri partiyasını, İsraildən yolsuzluq şəraitində yüksək manevr və sürətli hərəkət qabiliyyətinə malik olan, üzərində "Spike” raketləri daşıyan çoxsaylı "Sandcat” zirehli maşınları əldə edib. Digər tərəfdən Azərbaycan ordusunun hücum vertolyotları çoxdan İsrail istehsalı olan yüksək dəqiqlikli tank əleyhinə raketlərlə təchiz olunub. Hansı ki, bu silahların tətbiqi lap üzərində Ermənistan bayraqları qaldırılsa belə, işağlçı ordunun 80-ci illərdən qalmış zirehli texnikasına heç bir şans buraxmır.
Ermənistan bayraqları qaldırılan TANKLAR Azərbaycan ərazilərində
Belə görünür ki, Ermənistan rəhbərliyi Azərbaycan ordusunun dalbadal keçirilən döyüş təlimlərindən ciddi narahatlıq keçirərək bu "birləşmiş qruplaşmanı” cənub-şərq istiqamətinə çıxarıb. Bu, Azərbaycan ordusunun tank hücumu üçün iki ən münasib istiqamətdən biridir. Habelə Serj Sərkisyan belə mesaj verməyə çalışır ki, Azərbaycan hücuma keçsə Ermənistandan köməyə qüvvələr göndərəcək. Lakin Ermənistandan ötən ilin aprelində də Dağlıq Qarabağa əlavə qüvvələrin göndərildiyi məlumdur, internetdə bunun görüntüləri də var. Axı Azərbaycan heç vaxt yaddan çıxarmayıb ki, onun ərazilərini işğal edən Ermənistan ordusu və dolayısı ilə ona dəstək verən məlum dövlətdir./Virtualaz.org
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Qarabağda orduya əmr verildi Azərbaycanın işğal olunmuş ərazilərində irimiqyaslı hərbi təlimlərə start verilib.

    Qarabağda orduya əmr verildi Azərbaycanın işğal ...

    17-04-2015, 15:34

  • 
  • Ermənilər işğal altında olan Azərbaycan ərazilərində hərbi təlimlər keçir

    Ermənilər işğal altında olan Azərbaycan ...

    14-12-2016, 23:44

  • 
  • Suriya erməniləri Qarabağda

    Suriya erməniləri Qarabağda ...

    26-12-2012, 16:37

  • 
  • Ermənistan ordusu Naxçıvanla sərhəddə təlimə başlayır

    Ermənistan ordusu Naxçıvanla sərhəddə təlimə ...

    6-09-2013, 03:02

  • 
  • Ermənistan Qarabağda itki verdi

    Ermənistan Qarabağda itki verdi ...

    14-08-2017, 16:33


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu