GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sürücülər arasına şayiə buraxılıb, artıq “tələ”yə düşənlər də var

Sürücülər arasına şayiə buraxılıb, artıq “tələ”yə düşənlər də var

Tarix: 3-12-2017, 20:15 Bölmə :Cəmiyyət Baxış: 326
Sürücülər arasına şayiə buraxılıb, artıq “tələ”yə düşənlər də var


Bakı-Sumqayıt yolunda səhər və axşam saatlarında müşahidə edilən tıxac minlərlə insanın kabusuna çevrilib. Yolda “butılka effekti”nin olması, nəqliyyat vasitələrinin intensiv hərəkətinə səbəb olmaqla yanaşı, sürücüləri də aqressivləşdirir.

“Beynəlxalq Avtovağzalın qarşısında bir həftə ərzində mənə hər biri 40 manat məbləğində 7 elektron protokol tərtib edilib”.

gundemxeber.az-ın xəbərinə görə, bu sözləri Sputnik Azərbaycan-a deyən taksi sürücü Akif Əliyev bildirib ki, səhər saatlarında Sumqayıt-Bakı yolunda hər zaman sıxlıq olduğu üçün bir çox avtomobillər sağ yolla hərəkət edib, sonradan sol yola daxil olur.

“”20 Yanvar” istiqamətində hərəkət edirlər. Əvvəllər yola çəkilmiş istiqamətləndirici xətlərdə sola keçid üçün qırıq xətt olsa da, sonrada həmin xətt götürülüb və yalnız sol yoldan sağ yola keçmək istəyən sürücülər üçün keçid xətti qoyulub. Səhər saatlarında yollarda olan xətlər heç kimi maraqlandırmır. Kim necə istəyirsə, elə də hərəkət edir. Hətta sürücülər deyirlər ki, səhər saat 8.00-10.00 arası ərazidə olan nəzarət kameraları işləmir. Ancaq mənə göndərilən elektron protokollar bir daha sübut edir ki, həmin yolda səhər saatlarında olan tıxac və sürücülərin vəziyyəti heç kimi maraqlandırmır” — A. Əliyev danışıb.
Sürücü qeyd edib ki, ərazidə sol yola da, sağ yola da eyni olaraq üç zolaq ayrılıb: “Halbuki, sağ yolla avtovağzal tərəfə çox az avtomobil hərəkət edir. Bununla yanaşı, ərazidə olan təpəcik də nəqliyyat vasitələrinin hərəkətinə mane olur”.

Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (RBDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyevin Sputnik Azərbaycan-a verdiyi açıqlamaya görə, sürücü qayda pozmasa, kimsə ona cərimə yazmaz: “Avtovağzalın qarşısına gələn yolda radarların başladığı ərazidən yol nişanları qoyulub. Bu yol nişanları istiqaməti bildirir və sürücü həmin nişanlara görə bilir ki, hansı yolla hara getmək olar”.

“Bəzən özünü ağıllı və çevik hesab edən bəzi sürücülər sağdan sürətlə gəlib sola, hərəkətdə olan nəqliyyat vasitəsinin qarşısına girməklə qayda pozmaqla yanaşı, öz yolunda hərəkət edən avtomobillərin hərəkətində problem yaradırlar. Bu, digər sürücülərin də aqressiyasına səbəb olur. Digər sürücü düşünür ki, hansısa taksi sürücüsü məndən ağıllı çıxıb niyə mənim yoluma girməlidir?” — K. Əliyev bildirib.

“Hər bir sürücü bilməlidir ki, harada olursa olsun, qayda pozacaqsa, cərimə ediləcək. Əgər sürücü Sumqayıtdan Bakı istiqamətinə — “20 Yanvar” istiqamətinə hərəkət edirsə, nəzərdə tutulmuş 3 zolaqla hərəkət etməlidir. Sağdan yola girmələr nəqliyyatın hərəkətində maneələr yaradır və nəqliyyat axınının sürəti azalır” — o, əlavə edib.

DYP təmsilçisinin sözlərinə görə, ərazidə olan təpəciklərin götürülməsi də yolda rahatlıq yaratmayacaq: “Çünki təpəciyə qədər olan yol 3 zolaqlı, təpəcikdən sonrakı yol isə 4 zolaqlıdır. 4-cü zolaq Bakı Beynəlxalq Avtovağzalı istiqamətindən hərəkət edən avtomobillər üçün nəzərdə tutulub”.

K.Əliyevin onu da vurğulayıb ki, həmin ərazidə səhər saatlarında şəhər istiqamətində, axşam saatlarında isə Sumqayıt istiqamətində axın olduğu üçün ərazidəki bütün kameralar 24 saat işləyir: “Yəni kimsə hansısa şayiəyə arxayın olub istədiyi kimi sürə bilməz. Kameralar günün bütün saatlarında işləyir və kimsə qayda pozursa, ona elektron protokol yazılır. Və həmin şəxs də yazılan cəriməni ödəmək məcburiyyətindədir”.

Kameraların çəkiliş məsafəsinə gəldikdə isə, şöbə rəisi bildirib ki, nəqliyyat vasitəsi görünüş dairəsinə nə qədər yaxındırsa, kamera bir o qədər aydın çəkir: “Kamera həmin avtomobilin dövlət nömrə nişanının daha görünən olması üçün onu bir neçə parametrdən çəkə bilər. Kameralar həmin avtomobili izləyir və dövlət nömrə nişanını böyük planda çəkir”.

“Kameralar təkcə görüntü deyil, həm də video çəkir. Kimsə şəkillərlə qane olmursa, həmin şəxslərə video fayllar da təqdim olunur. Bundan əlavə, sürücülər AsanPay və yaxud e-xidmet.mia.gov.az/ saytında qeydiyyatdan keçib video və foto görüntülərə baxa bilərlər” — Əliyev vurğulayıb.

“Jurnalistika və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri, yol-nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlının sözlərinə görə, “Stop” xətti varsa, qaydalara əməl etmək lazımdır: “Narazılıq varsa, məsələ ilə bağlı aidiyyatı qurumlara şikayət etmək, məsələni ictimailəşdirmək lazımdır. Sürücünün xoşuna gəlmir deyə “Stop” xəttini keçmək düzgün yanaşma deyil. Artıq təhlükəsiz şəhər kameraları həmin inzibati xətaları da qeydə alır və həmin sürücülərə 40 manat məbləğində cərimə tətbiq edilir”.

Kameraların səhər saatlarında işləməməsi məsələsinə gəldikdə isə, Muradlı deyib ki, müşahidə kameraları günün bütün saatlarında işləyir: “Kimsə sizə “kameralar səhər işləmir, günorta işləyir və yaxud gecə işləmir, gündüz işləyir” desə, inanmayın. Çünki kameraların işləyib-işləməməsinə Daxili İşlər Nazirliyi rəhbərliyi qərar verir”.

“Kameralar mütəmadi olaraq təmir edilir və daim çalışır. Texniki problemlər, elektrik enerjisinin verilməsində olan fasilə və s. bu kimi hallar istisna olmaqla təhlükəsiz şəhər kameraları bütün gün çalışır. Buna görə də deyilənlərə inanmadan qaydalara riayət etmək lazımdır. Və “Stop” xətti keçilməməlidir. Belə halların baş verməsi sürücü mədəniyyətsizliyindən xəbər verir” — mütəxəssis bildirib.

O, qeyd edib ki, məsələ ilə bağlı sürücülər şikayət və təkliflərini aidiyyatı orqanlara bildirə bilərlər.

Bakı–Sumqayıt yolunda, tikilmə səbəbi bəlli olmayan və hərəkətə mane olan təpəciklərə gəlincə Muradlı deyib: “Təpəciklər ümumiyyətlə yol hərəkətinin təşkilində nəzərdə tutulmayıb. Yolların kənarında yaradılan təpəciklər Binəqədi Rayon İcra Hakimiyyətinin fantaziyasının məhsuludur. Bakı-Sumqayıt yolunda belə təpəciklər qoyulsa da, sonradan sökülüb”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakı-Sumqayıt yolunda körpü uçurduldu

    Bakı-Sumqayıt yolunda körpü uçurduldu ...

    20-10-2014, 14:55

  • 
  • Bakı-Sumqayıt yolunda dəhşətli qəza - VİDEO

    Bakı-Sumqayıt yolunda dəhşətli qəza - VİDEO ...

    28-10-2015, 16:44

  • 
  • YOL POLİSİNİN YENİ “TƏLƏSİ”, YOXSA…? – Bu dairədə hərəkət dəyişdi

    YOL POLİSİNİN YENİ “TƏLƏSİ”, YOXSA…? – Bu dairədə ...

    8-01-2017, 21:33

  • 
  • Rusiya vətəndaşları Xaçmazda qəzaya düşdülər

    Rusiya vətəndaşları Xaçmazda qəzaya düşdülər ...

    14-09-2016, 10:00

  • 
  • Sürücülərin nəzərinə - "Avtobus zolaqları" ilə bağlı bilmədikləriniz

    Sürücülərin nəzərinə - "Avtobus ...

    31-03-2017, 11:38


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu