Xalq artisti Ramiz Məlik sosial şəbəkədə ünvanına təhqiramiz sözlər yazaraq onu təhdid edən həmkarı Ramiz Novruzun oğlu Cavidan Novruza cavab verib.
Ramiz Məlik ona “Atamı 3 illik tutduracaqmış... Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim!” deyən Cavidan Novruzla intriqaya girmək istəmədiyini deyib: “Bu sözləri Ramiz Novruzun oğlu deyib, niyə belə yazdığını ondan soruşmaq lazımdır. Ümumiyyətlə, bu barədə heç nə danışmaq istəmirəm”. Məlumat üçün bildirək ki, Cavidan Novruzu Ramiz Məlikin "Ramiz Novruzu 3 illik həbs etdirərdim, amma mən onu bağışladım” deməsi hiddətləndirib. Atasını müdafiə edən C.Novruz R.Məliklə bağlı fikirlərini sosial şəbəkədə paylaşıb. O, instaqramda bunları yazıb: "Sən kimsən Ramiz Novruzu bağışlayasan? Hələ bir 3 illik həbs etdirəsən... Sən Ramiz Novruzu 3 illik tutdursaydın, onun oğulları səni yaşatmazdı. Ramiz Novruz səndən fərqli olaraq, nəvə-nəticə yiyəsidir, şərəflə hörmətini qoruyur. Bir ayağınız gorda ola-ola oturub yaşınıza uyğun olmayan şərhlər yazırsınız. Müdrik olmağı bacarmadınız. O teatrda sənin kimi bir-iki nəfər var ki, heç vaxt Ramiz Novruz, Fəxrəddin Manafov, Fuad Poladov, Rasim Balayev ola bilməyəcəksiniz. İşiniz teatrda insanların torbasını tikməkdir. Atamı 3 illik tutduracaqmış... Onun sonrasını düşün sən. Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim”. Xatırladaq ki, hazırda Xalq artisti Məleykə Əsədova ilə məhkəməlik olan Ramiz Məlik 2015-ci ildə Xalq artisti Ramiz Novruzla dava etmiş və həmkarı barəsində polisə şikayət ərizəsi yazmışdı./publika.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?