GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Zərrabla iş birliyi şayiəsi “Sığorta Mamed”in bankir oğlunu bitirə bilər

Zərrabla iş birliyi şayiəsi “Sığorta Mamed”in bankir oğlunu bitirə bilər

Tarix: 6-12-2017, 21:12 Bölmə :Cəmiyyət Baxış: 338
Zərrabla iş birliyi şayiəsi “Sığorta Mamed”in bankir oğlunu bitirə bilər


Hüquqşünas: “ABŞ mütləq onlarla bağlı Azərbaycana müraciət edəcək”

Nyu-Yorkda məhkəmə önünə çıxarılan Güney Azərbaycan əsilli iş adamı Rza Zərrabın dava dosyesində 3 nəfər azərbaycanlının adının keçməsi barədə məlumat vermişdik. Xatırladaq ki, R.Zərrab əvvəlcə müttəhim kimi prosesə cəlb olunsa da, sonradan şahid qismində iştirak etməyə başlayıb. Onun şahid ifadələri əsasında tərtib olunan 300-dən yuxarı dosye üzrə prosesdə adı keçən şəxslərin siyahısı 11 səhifəni əhatə edir. İttiham tərəfinin məhkəməyə təqdim etdiyi siyahıda həm şahid, həm zərərçəkmiş, həm də ittiham olunan şəxslərin adları əksini tapıb.

gundemxeber.az musavat.com-a istinadla bildirir ki, R.Zərrab işində adı keçən azərbaycanlılardan biri – Vidadi Bədəlovun adı 2013-cü ilin dekabrında Zərrabın Türkiyədə həbsindən sonra onunla ortaqlıqda keçmişdi. Həmin zaman R.Zərrab Türkiyədə 2 nazir oğlu da daxil olmaqla, 72 nəfərlik bir qrupun üzvü kimi saxlanmışdı. Onu 2009-2012-ci illərdə gizli yollarla İrandan Türkiyəyə 87 milyard avronun transferinin təşkilində ittiham edirdilər. Həbslə bağlı yayılan məlumatlardan aydın olurdu ki, A. Nizami, H. Surxay və B. Vidadi adlı azərbaycanlıların da daxil olduğu 4 nəfərlik qrup gizli şəkildə Rusiyaya on milyonlarla avro və dollar daşıyıblar. Daha sonra Türkiyədə kağız üzərində qurulan 3 xəyali şirkəti araşdıran maliyyə müfəttişləri İrandan çox böyük miqdarda pul transferinin gerçəkləşdirildiyini ortaya çıxarıblar. Həmin şirkətlərin sahibləri Adəm Gelgeç adlı Türkiyə vətəndaşı və Vidadi Bədəlov olub. Onların ortaqlı qurduqları “Cihan Kiymetli Madenler”, “Deniz Kiymetli Madenler” və “Kapital Kiymetli Madenler” adlı bu şirkətlərə 2009-2012-ci illər ərzində İran Millət Bankı vasitəsilə 87 milyard avro köçürüldüyü, şirkətləri R. Zərrabın qurdurduğu və idarə etdiyi ortaya çıxmışdı. Şirkətlərin “Garanti”, “Küveyt Türk” bankları, “Denizbank” və “Aktif Bank”dakı hesabları araşdırılıb və bu hesabların hər birinə gündə təxminən 5 milyon avro köçürüldüyü bəlli olub. Vergi idarələrində bu şirkətlərin heç bir borcunun olmaması müfəttişləri təəccübləndirmişdi. Bundan başqa, müfəttişlər bu şirkətlərin bank qeydiyyatlarını dərindən analiz etmək üçün xüsusi komissiya qurub və soruşdurma komissiyası tərəfindən əlavə bir çalışma ilə iş adamları Adəm Gəlgəç və Vidadi Bədəlov tərəfindən qurulan şirkətlərin sayının 11 olduğunu ortaya çıxarıb. 2013-cü ilin fevralında ifadə verən Gəlgəç transferləri İrandan apardığını etiraf edib.
Rza Zərrab açıqlamada əməliyyatlar üçün əmrlərin İran və Azərbaycandan gəldiyini, ancaq bu əmrlərin kim tərəfindən verildiyini deməyib. Daha sonrakı araşdırmalarda isə bu şirkətlərin Zərraba aid olduğu məlum olub.

Türkiyə prokurorluğu çirkli pulların yuyulmasında adı keçən hər 3 azərbaycanlının adını beynəlxalq axtarışa versə də, sonradan R.Zərrabın azad olması ilə axtarış da götürülmüşdü.

R.Zərrab davasında adı keçən digər 2 azərbaycanlı- Əhməd Məmmədov və Şamil Məmmədov adlı şəxslərdir. Bunlardan birinicisinin Dövlət Sığorta Kommersiya Şirkətinin İdarə Heyətinin sədri Məmməd Məmmədovun (“Sığorta Mamed” kimi məşhurdur-red.) kiçik oğlu Əhməd Məmmədov olduğu iddia olunur. Xatırladaq ki, Ə.Məmmədov “Azər-Türk” Bankın “Mərkəz” filialının müdiridir. Onun R.Zərrabla əlaqələrinin olduğuna dair ölkə mətbuatında məlumatlar yayılmaqdadır. Baxmayaraq ki, onun özü bu barədə təkzib yayaraq, “mən deyiləm”, tipli açıqlama verib. Lakin bu cür açıqlama ictimai və mətbu rəyi qane edəcək səviyyədə deyil. Daha inandırıcı təkziblər gəlməyincə, onun ünvanına iddialar davam edəcək.

Zərrab davasında adları keçən azərbaycanlıların günahı isbatlanarsa, onların ABŞ tərəfindən Azərbaycandan istənilməsi mümkündürmü? Bu şəxsləri hansı cəzalar gözləyə bilər? Ümumiyyətlə, Azərbaycanda İran pullarının yuyulması iddiaları özünü doğruldarsa, hansı problemlər yarana bilər?

Hüquqşünas, bank sahəsi üzrə mütəxəssis Əkrəm Həsənov deyir ki, ABŞ hökuməti Azərbaycandan öz vətəndaşlarının onlara təhvil verilməsini istəyə bilməz: “Azərbaycanın elə bir hüquqi öhdəliyi ola bilməz ki, öz vətəndaşını başqa bir ölkədə məhkum olunması üçün təhvil versin. Üzv olduğumuz beynəlxalq konvensiyalarda da belə öhdəliklər nəzərdə tutulmur. Yəni heç bir halda ABŞ Azərbaycandan vətəndaşlarını ona təhvil verməyi tələb edə bilməz. Lakin Azərbaycandan kənarda onlar həbs olunaraq Amerikaya ekstradisiya oluna bilərlər. Burada mümkün yol budur ki, Azərbaycanın hüquq-mühafizə orqanları ABŞ tərəfinin iddiası əsasında araşdırma başladıb, günahları sübuta yetirildiyi təqdirdə onları həbs edə bilər”.

Azərbaycan çirkli pulların yuyulmasına qarşı beynəlxalq konvensiyalara qoşulsa da, Ə.Həsənovun dediyinə görə, onlara əməl olunması sahəsində vəziyyət ürəkaçan deyil: “Əvvəla, ona görə ki, çirkli pulların yuyulmasına nəzarət orqanı – Maliyyə Monitorinqi Mərkəzi müstəqil qurum deyil. Bu qurum əvvəl Mərkəzi Bankın nəzdində idi, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatasının bir şöbəsinə çevrilib. Halbuki konvensiyaların birinci tələbi bu cür qurumların tam müstəqil fəaliyyətinin təmin olunmasıdır. Digər tərəfdən, konvensiyaların digər tələbi budur ki, bank öz müştərisini tanımalıdır. Lakin Azərbaycanda bu tələbə də əməl olunmur. Sadə bir misal: əmək haqqı və pensiya kartları verilərkən hər bir kart sahibi ilə bank arasında müqavilə bağlanmalı, vətəndaş üçün kart hesabı açılmalıdır. Lakin Azərbaycanda bunu işəgötürənlər, bir də Dövlət Sosial Müdafiə Fondu tərəfindən mərkəzləşmiş qaydada həyata keçirilir. Yəni bank kimə maaş, pensiya köçürdüyünü bilmir. Görün, təkcə bu iki sahədə çirkli pul yuyulması imkanları nə qədərdir”...

Ə. Həsənovun sözlərinə görə, çirkli pulları yuyulmasına qarşı ölkə qanunvericiliyinin müddəaları da mübarizənin effektiv aparılmasına imkan vermir: “Müddəalar elədir ki, hər 2 bank əməliyyatından biri onun əhatəsinə düşür. Bunun nəticəsidir ki, 2008-ci ildə işə başlayan Maliyyə Monitorinqi Mərkəzinin işi çox qısa zamanda iflic oldu – hər gün banklardan yüzlərlə həmin müddəaların təsirinə düşərək şübhəli sayılan əməliyyat barədə məlumat gəlirsə, onların hamısını necə incələyib doğruluğunu yoxlamaq olar?

Buna görə də biz təklif etdik ki, ölkə qanunvericiliyini beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdıraq – şübhəlilik meyarlarını beynəlxalq standartlardan götürək. Məndə ciddi şübhələr var ki, meyarları qəsdən belə ediblər ki, iş görülməsin. Dəqiq meyarlar olsaydı, o xidmət işini normal qura biləcəkdi. Siz indiyədək görmüsünüz kimsə çirkli pulları yuyulması ittihamı ilə həbs olunsun?

Rusiyada son illərdə 200-dən çox bank məhz çirkli pulların yuyulmasına görə bağlandı, yüzlərlə insan həbs olundu. Dünyanın ən sivil ölkələrində belə hər il bu ittihamla neçə-neçə insan həbs olunur. Azərbaycanda korrupsiyanın olduğu bir şəraitdə bu maddə ilə kiminsə tutulmaması nə deməkdir”...

Hüquqşünas deyir ki, Zərrab davasında adı keçən 3 şəxslə bağlı iddialar sübuta yetirilsə, ABŞ tərəfindən Azərbaycan hökumətinə mütləq müraciət daxil olacaq: “ABŞ kimi dövlətin müraciəti nəzərə alınmaya bilməz. Ən azından ona görə ki, ABŞ-ın sanksiya imkanları çox genişdir. Digər tərəfdən, düşünürəm ki, bu məsələ çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində Azərbaycandakı vəziyyəti diqqət mərkəzinə gətirəcək. Bu isə beynəlxalq konvensiyalara əməl olunmamasımı üzə çıxaracaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İran prezidenti Rza Zərrabın həbsindən danışdı

    İran prezidenti Rza Zərrabın həbsindən danışdı ...

    24-01-2014, 12:28

  • 
  • Rza Zərrab nazirə rüşvət verdiyini etiraf etdi - 45-50 MİLYON AVRO

    Rza Zərrab nazirə rüşvət verdiyini etiraf etdi - ...

    30-11-2017, 13:57

  • 
  • ​Zərrab ailəsinin məhkəmə başlamadan Türkiyədən qaçdığı ortaya çıxdı

    ​Zərrab ailəsinin məhkəmə başlamadan Türkiyədən ...

    4-12-2017, 13:15

  • 
  • Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ediləcək

    Rza Zərrabın rüşvət verdiyi nazirlər sorğu-sual ...

    8-10-2014, 13:42

  • 
  • “Rza Zərrab Azərbaycandakı rəfiqələrimi də aldatdı...”

    “Rza Zərrab Azərbaycandakı rəfiqələrimi də ...

    25-12-2013, 16:06


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu