GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı prosedura başladı

Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı prosedura başladı

Tarix: 7-12-2017, 13:00 Bölmə :Cəmiyyət Baxış: 313
Avropa Şurası İlqar Məmmədovla bağlı Azərbaycana qarşı prosedura başladı


Fazil Mustafa: “Bir şəxslə bağlı bu qədər israr edilməsi açıq şəkildə qərəzin göstəricisidir”; Azər Qasımlı: “Ölkə üçün mənfi nəticələr meydana çıxa bilər”

Dekabrın 5-də 47 üzvdən ibarət olan Avropa Şurasının Nazirlər Komitəsi REAL hərəkatının lideri İlqar Məmmədovun şərtsiz azad edilməsi çağırışına riayət etmədiyinə görə, Azərbaycana qarşı prosedur başladıb. Bu barədə “Turan” İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd edək ki, 2010-ci ildə ilk prosedur zamanı komitə rəsmən məhkəməyə hökumətin bu işlə bağlı məhkəmənin qərarlarına təsirinin araşdırılmasını istəmişdi.

Avropa İnsan Hüquqları Məhkəməsi bu qənaətə gəlib ki, İ. Məmmədova qarşı tədbir onun susdurulması və cəzalandırılması məqsədi daşıyır.

İ. Məmmədovdan başqa digər bütün müttəhimlər konvensiyaya əsasən azadlığa buraxılıb.

2014-cü il dekabrın 14-dən bəri Nazirlər Komitəsi dəfələrlə qərarlar və qətnamələr qəbul edib, İ.Məmmədovun təcili və şərtsiz azadlığa buraxılmasını tələb edib.

Ancaq İ. Məmmədov hələ də həbsdədir. Odur ki, Nazirlər Komitəsi işin Avropa İnsan Hüquqları Məhkəməsinə qaytarılması prosedurunun başlanması haqda qərar qəbul edib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, BQP başqanı Fazil Mustafa daha çox rəsmi Bakının səsvermə hüququndan məhrum edilə biləcəyini düşünür: “Əvvəla deyim ki, bunların bir şəxs üzərindən həyata keçirilməsi nümunəsi ümumiyyətlə yoxdur. Dövlətlərin təməl prinsiplərinin pozulması ilə bağlı addımları varsa, o zaman AŞ PA bu istiqamətdə addımlar ata bilər. Bir şəxslə bağlı bu qədər israr edilməsi açıq şəkildə qərəzin göstəricisidir. Baxın, Rusiyaya qarşı sanksiyalar tətbiq olunanda, bu ölkə səsvermə hüququndan məhrum ediləndə Rusiyanın Krımı işğal etməsi əsas götürülürdü. Əgər prinsip götürülürsə, o zaman Ermənistan Azərbaycan ərazisinin 25 ildən çoxdur işğal edib. O zaman bu prinsipi əsas götürsünlər, onda israrçı olsunlar. Biri var İlqar Məmmədovu azad etmək, biri də var ki, 20% ərazini işğaldan qurtarıb, bir milyon insanı azad etmək. Demək istədiyim odur ki, bu birbaşa Azərbaycanı hədəfə almaq, təzyiq altında saxlamaq istəyidir. Buna da haqlı olaraq Azərbaycanın reaksiyası sərtdir. Bu gün Azərbaycanı, səhəri gün Türkiyəni sıxışdırın, qalacaqsınız özünüzlə baş-başa. Əgər belə edəcəkdinizsə, o zaman bizi niyə ora çağırırdınız? Mən İlqar Məmmədov və onların tanıdıqları məhbusların azad edilməsinin tərəfdarıyam. Bunların həbsxanada saxlanılıb, xüsusi bir məşhurluq qazanmalarına rəvac verməyin heç bir mənası yoxdur. Bütün hallarda Azərbaycanın mövqeyi normal qarşılanmalıdır. Proseduranın necə olacağına özləri qərar verəcəklər. Amma hər halda Azərbaycan əleyhinə verilən qərar Avropa Şurasının ziyanına olacaq. Hesab edirəm ki, daha çox Azərbaycanın səsvermə hüququndan məhrum edilməsi yoluna daha çox üstünlük verə bilərlər. Çünki qurumdan çıxarılma tam absurd bir qərar olar. Bu müəyyən problemlər yarada bilər. Avropa Şurasının qərəzli mövqeyinə qarşı ortaya qoyduğumuz mövqeyimizi haqlı hesab edirəm. Sən axı kim olursan ki, işğalı tanımırsan, Ermənistana bir söz demirsən, mənə bir nəfərə görə təzyiq göstərirsən? Bunun izahı nədir?!”.

REAL hərəkatının idarə heyətinin üzvü Azər Qasımlı isə dedi: “İlk təhlükə budur ki, Avropa İnsan Haqlarına Məhkəməsinə sorğu göndərilsin. Sorğuya cavabda məhkəmə tərəfindən Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi təsbit olunacaqsa, bunun iki nəticəsi ola bilər. Birincisi, ən pis nəticə odur ki, Azərbaycanı AŞ üzvlüyündən tamamilə çıxara bilərlər. İkinci daha yumşaq ola bilər. Üzvlükdən çıxarmasalar da, səsvermə hüququnu əlindən almış olacaqlar, yəni AŞ PA-da ölkənin üzvlüyünü dondurmuş olacaqlar. Bu ölkə adına bizə çox ciddi zərbələr vura bilər. Oradakı ermənilərin qərarlara təsir etmə imkanları artacaq, lobbiçilik fəaliyyətlərini genişləndirəcəklər. Bizimkilər də bunun qarşısını ala bilməyəcəklər. İstənilən halda ölkə üçün mənfi nəticələr meydana çıxa bilər. Ölkəmizi AŞ-dan çıxarsalar, Azərbaycan xarici siyasətinə yenidən baxmalı olacaq. Çünki bu baş versə, Azərbaycan Qərb dünyasından qopacaq. Nəticədə Avropa Birliyi, Amerika və digər Avropa ölkələri ilə münasibətlər korlanacaq. Maliyyə, Dağlıq Qarabağ və digər məsələlərdə bunun mənfi təsirləri olacaq. Faktın özü ürəkaçan deyil. Hesab edirəm ki, Azərbaycan iqtidarı o vaxta qədər İlqar Məmmədovu azadlığa buraxacaq, hansısa bir şəkildə. Biz istərdik ki, İlqar tamamilə bəraət qazansın. Çünki Avropa Məhkəməsinin tələbi budur. Ümidimiz odur ki, bu il İlqar azad olunacaq, özü də bəraət alaraq”./musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Məhkəməsi İlqar Məmmədovun 2-ci ərizəsi üzrə qərarını elan edəcək

    Avropa Məhkəməsi İlqar Məmmədovun 2-ci ərizəsi ...

    30-10-2017, 18:45

  • 
  • ​İlqar Məmmədov azad edilə bilər

    ​İlqar Məmmədov azad edilə bilər ...

    29-11-2017, 18:20

  • 
  • Avropa məhkəməsi İlqar Məmmədovla bağlı ikinci qərarını açıqlayıb

    Avropa məhkəməsi İlqar Məmmədovla bağlı ikinci ...

    16-11-2017, 18:36

  • 
  • Avropa Şurası NK-si İlqar Məmmədov barədə Azərbaycana xəbərdarlıq edib

    Avropa Şurası NK-si İlqar Məmmədov barədə ...

    29-10-2017, 17:15

  • 
  • Avropa Şurası Azərbaycanla bağlı misli görünməmiş məhkəmə prosedurlarına başlayır

    Avropa Şurası Azərbaycanla bağlı misli görünməmiş ...

    28-10-2017, 11:41


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (370)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu