Bu gün BMM-də bir qrur məcburi köçkünlər mətbut konfransı keçirərək bildiriblər ki, “məcburiyyət qarşısnda qalıb mətbuata və Prezidentə təcili olaraq son ümidimiz kimi müraciət edirik. 1993-cü ildən Qubadlı rayonundan 40-a yaxn məcburi köçkün olaraq Sumqayıt şəhəri 20/21-ci mikrorayon ev 777-də məskunlaşmışıq.
Bir qrup dələdıız məmurlar, eyni zamanda Sumqayitda qanunsuz torpaq alveri ilə məşğul olan Elvin və Elçin Əhmədov qardaşları və onlara havadarlıq edən Ədliyyə Nazirliyinin yuxarı vəzifəli şəxsləri, birbaşa Sumqayıt İcra İdarəsinin rəisi Fuad Nəbiyev “cənablarının” təşkilatçılığı və himayəsi ilə vəzifə səlahiyyətlərini aşaraq, ondan sui- istifadə edərək, erməni işğalçılarının etdiyi əməlləri təkrarlayaraq 2- ci dəfə biz məcburi köçkünləri (müharibə veteranlarını) öz torpaqlarımızdan, evimizdən çıxarırlar. Bizim üçün həmişə dahi rəhbər olan Ümummilli liderimiz Heydər Əliyev demişdir: "İşğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqn və köçkün vəziyyətində yaşayan vətəndaşlarn problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir”.
Cənab Prezident! Sizdən xahiş edirik ki, haqqımızda keçirilən silsilə məhkəmələrin qanunsuz və ədalətsiz qətnamələrinin icrasının dayandırılmasnı, prosesə sizin nəzarətinizlə yenidən araşdılmasına, Ali Məhkəmənin Plenumuna verdiyimiz şikayət məktubunun icrata qəbul olunmasna və dövlətimizin bu gərgin dönəmində bizim üçün süni şəkildə yaranmış problemimizin ədalətlə həll olunmasına köməklik göstərəsiniz”
Hörmətlə: Cümşüdov Yadulla Fətulla oğlu və 40-a yaxm məcburi köçkün
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?