GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Sabiq aparat rəhbəri kimləri komromatlarla qorxuya saldı və ya Zeynalovun cəzasını yüngülləşdirən səbəblər...

Sabiq aparat rəhbəri kimləri komromatlarla qorxuya saldı və ya Zeynalovun cəzasını yüngülləşdirən səbəblər...

Tarix: 8-12-2017, 14:56 Bölmə :Cəmiyyət Baxış: 352
Sabiq aparat rəhbəri kimləri komromatlarla qorxuya saldı və ya Zeynalovun cəzasını yüngülləşdirən səbəblər...


2015-ci ilin oktyabr ayında həbs edilən keçmiş Rabitə və Yüksək Texniogiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov tezliklə azadlığa buraxılacaq

Bu barədə sabiq aparat rəhbərinə yaxın şəxs məlumatlandırıb.

Onun sözlərinə görə, noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin kəsdiyi 13 il həbs cəzasını kəskin azaltmasından sonra Vidadi Zeynalov və ailəsinin ümidəri ciddi formada artıb:

"Bildiyiniz kimi, Apellyasiya Məhkəməsi sabiq aparat rəhbəri Vidadi Zeynalovun cəzasını 4 ilə endirilib. Vidadi Zeynalova verilən 4 il cəzasının istintaq müddətində iki ilindən çoxunu çəkib. Üstəlik, o, dövlətə vurduğu 7 milyon manatadan çox vəsaitin hamısını geri ödəyib. Məhz buna görə, onun müsadirə olunan əmlaklarının bir qismi özünə geri qaytarıldı. Yəni məhkəmə hökmü ilə müklərin üzərində olan həbs və müsadirə qərarı dəyişdirildi.

Bütün bunlar isə onun vəziyyətini yüngüləşdirən hallardır. Ancaq bundan da daha çox ortada əsas məsələ sayılan siyasi iradə var. Yəni Vidadi Zeynalovun azadlığa buraxılmasına siyasi elitanın etirazı yoxdur. Əksinə, kompromat qorxusu yaşayan bəzi vəzifəli şəxslər də məcbur olub, onun azadlığına çalışırlar. Ona görə də Zeynalovun Ali Məhkəmə tərəfindən buraxılacağını gözləyin. Artıq sabiq aparat rəhbərinin vəkilləri Ai Məhkəməyə şikayəti də veriblər”.

Məlumatlı şəxsin sözlərinə görə, Ali Məhkəmə ən uzağı qarşıdakı 3 ay ərzində şikayətə baxıb, Vidadi Zeynalovu elə məhkəmə zalından buraxacağı gözlənilir: "Ola bilər ki, onun indiyədək çəkdiyi cəza kifayət sayılacaq, yaxud da şərti cəza ilə sərbəstliyinə qovuşdurulacaq. Hər iki halda, o, uzağı 3 aya evində olacaq”.

Vidadi Zeynalovun üzərindən həbs götürülən əmlaklarna gəlincə isə, müsahibimiz deyir ki, həmin əmlakların hamısı ona geri verilməyib:

"Vidadi Zeynalov və yaxınlarının ümumi dəyəri 44 milyona yaxın olan 70-ə yaxın əmlaklarının üzərinə həbs qoyularaq, müsadirəsinə qərar verilmişdi. Bu barədə siyahı mətbuatda yayılmışdı. Böyük ehtimalla artıq həmin əmlakların böyük bir qismi satılıb, 7 milyondan çox zərərin ödənilməsinə sərf edilib. Bu, bir neçə gün əvvəl mətbuatda üzərindən həbs götürülən əmlaklarla bağlı açıqlanan siyahıdan da açıq görünür.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, müsadirə olunan əmakrdan yalnız Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində olan mənzil, Vidadi Zeynalovun bacısı Əminə Seyidovaya məxsus Nobel prospektində olan mənzil, qohumu Fuad Kərimova məxsus Bakı şəhərində olan iki mənzil, qohumu Bəxtiyar Nuriyevi adına olan Bakıda yerləşən 6 mənzil, bacısı Kəmaləyə məxsus bir mənzil, Vidadi Zeynalovun adına Səbail rayonunda olan üç mənzil, qızı Lalə Zeynalovaya məxsus 4 mənzil, bacısı Əminəyə məxsus bir mənzil və bir qeyri-yaşayış sahəsi, bacıları Kəmalə və Əminəyə məxsus daha bir neçə mənzil, oğlu Pərvizə məxsus İsmayıllıda yerləşən torpaq sahələri, qohumu Günel Hüseynlinin adına olan Xırdalanda yerləşən torpaq sahəsi özlərinə verilib. Yəni geri qaytarılan əmlakların böyük hissəsi qohumlarının olub. Oysa ki, müsadirə ediən mülklər arasında daha çox bahalı daşınmaz əmlaklar da vardı. Ancaq Zeynalovun daha dəyərli əmlaklarından söz açan yoxdur.

Hansı ki, məsələn, dəyəri 620 min hesablanan Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə 25 ünvanında yerləşən dəniz mənzərəli villa, dəyəri 135 min 400 manat hesablanan Qaradağ rayonu, Şanqar qəsəbəsində yerləşən 15 hektar torpaq sahəsi, dəyəri 1 milyon 500 min hesablanan Səngəçal qəsəbəsi, Əsas küçə 29 ünvanındakı torpaq sahəsi və üzərində yerləşən daha bir villa, həmçinin Bakı, Qəbələ və digər bölgələrdə yerləşən mülklərini Vidadi Zeynalov birdəfəlik itirib”.

Vidadi Zeynalovla bağlı qərarın kəskin dəyişməsinə təkcə əldən çıxan əmlaklarının deyil, eyni zamanda, onun israrlı şəkildə sabiq nazir Əli Abbasovla bərabər, bəzi vəzifəli şəxsləri də ağıllı formada hədəfə almasının böyük rol oynadığını iddia edən müsahibimiz deyir ki, bütün bunlar onun azadlığa çıxan yolunda sistemli "yol xəritəsi” olub:

"Bildiyiniz kimi, o, hər məhkəmə prosesində sabiq nazir Əi Abbasovla, hətta hazırkı nazir müavini İltimas Məmmədovla bağlı da sensasion əsaslı faktları açıqlayırdı. Və o, hər prosesdən prosesə kompromatlarn dozasını da artırırdı. Sözsüz ki, bu da çoxlarını narahat edirdi. Belə bir vəziyyətdə Vidadi Zeynalovun vurulan bütün zərəri ödəməyə hazır olması, əksər mülklərindən rahat imtina etməsi də gərginliyin yumşalmasına stimul verdi. Beləliklə, onun mərhələli şəkildə azad olunma planına "hə” deyildi. Noyabrın 8-də ikinci məhkəmə instansiyası 13 ildən 9 ilini götürdü, son məhkəmə instansiyası da yekun qərarı verəcək”.

"Bəs, BTRİB-in rəisi Beytulla Hüseynovun cəzası niyə 4 ilə yox, 7.6 ilə düşürülüdü” sualına gəldikdə isə, müsahibimiz deyib ki, Zeynalovla Hüseynovun nə statuslarını, nə də vəziyyətlərini müqayisə etmək doğru deyil:

"Ən əsası, bilirsiniz ki, o, sabiq MTN şefi Eldar Mahmudovla yaxın qohumdur. Üstəlik, onun xarakteri ilə Vidadi Zeynalovun xarakteri çox fərqlidir. Özündən həddən artıq müştəbeh olan Beytulla Hüseynovun 13 il cəzasının 7.6 ilə düşürülməsi belə, məncə, gözlənilməz idi. Görünür, həbs edilənlər haqda verilən ümumi qərar və onun da ödədiyi zərərin səviyyəsi bu qərara məcburi təsir edib. Sözsüz ki, o da digərləri kimi azadlığa qovuşmaq üçün çalışırdı, yenə də çalışır. Lakin şəxsən inanmıram ki, Ali Məhkəmə Eldar Mahmudovla bağlı qeyri-müəyyənliyin davam etdiyi bir ərəfədə onu azadlığa buraxsın. Ola bilər cəzasının 1-2 ilini götürə bilərlər. Başqa sözlə desək, son instansiya məhkəməsində onu azadlığa çıxma ehtimalı 5 faiz həddində deyil”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vidadi Zeynalov davasını davam etdirir - məhkəməyə müraciət edib

    Vidadi Zeynalov davasını davam etdirir - ...

    29-11-2017, 17:23

  • 
  • Vidadi Zeynalov və digərlərinin bəzi əmlaklarının üzərinə qoyulmuş həbs götürülüb

    Vidadi Zeynalov və digərlərinin bəzi əmlaklarının ...

    8-11-2017, 11:53

  • 
  • Vidadi Zeynalovun ailə üzvlərinin mülk davası

    Vidadi Zeynalovun ailə üzvlərinin mülk davası ...

    1-12-2017, 22:23

  • 
  • Vidadi Zeynalov və Beytulla Hüseynovun bu əmlakları üzərindən həbs götürülüb - SİYAHI

    Vidadi Zeynalov və Beytulla Hüseynovun bu ...

    22-11-2017, 13:46

  • 
  • Vidadi Zeynalov Rabitə Nazirliyinin balansında olan obyektləri də özəlləşdiribmiş - SİYAHI

    Vidadi Zeynalov Rabitə Nazirliyinin balansında ...

    29-10-2015, 20:48


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (381)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu