Son vaxtlar “Buta Airways” aviaşirkətinin təklif etdiyi xidmətlər barədə şikayətlər çoxalıb.
Son vaxtlar ölkə mətbuatında və bir sıra sosial şəbəkələrdə “Buta Airways” aviaşirkətinin müştəriləri aldatdığı qeyd edilir. Bildirilir ki, şirkətin xidmətindən yararlanan müştərilərin bəziləri ziyana gedir. Belə şikayətlərdən biri də, dekabrın 8-də Fidan Afər adlı “Facebook” istifadəçisindən edilib. Şikayətdə vurğulanıb ki, “Buta Airways” aviaşirkəti razılaşmaya əsasən satdığı biletin dəyişdirilməsi üçün 50 faiz cərimə əvəzinə 60 faiz əlavə pul tutublar. “Deməli, “Buta Airways” rəsmən insanlara kələk gəlir. Belə ki, öncədən bileti alanda, şərtləri yazır ki, dəyişsəniz 50 faiz pulunuzdan tutulacaq. Ancaq, bileti dəyişmişik və 50 faiz yerinə 60 faiz pul tuturlar. Deməli, 48 dollarlıq bileti 24 dollar pul tutmaqla dəyişməlidirlərsə, bunlar 36 dollar pul kəsirlər. Səbəb olaraq, isə o günə yer yox idi və s. Amma, yalandır. Yer yox idisə, ayın 31-nə necə bilet aldıq, bəs? Axı bileti alanda, niyə 50 faiz deyirsiniz? Digər tərəfdən isə ev yoldaşım 47 dollarlıq online bilet alıb və baxıb ki, bank hesabından 58 dollar bilet pulu çıxıblar. Belə də, “moşennik”lik olar? Dəyərli həmkarlar, bu tək bizdə deyil, bir çox sərnişinlərdə yaşanıb. Xahiş edirəm, bunların saxtakarlıqlarını araşdırın”, - deyə Fidan Afər bildirib./muxalifet.az
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?