GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » SOCAR-ın vəzifəli şəxsindən ittihamedici ifadələr

SOCAR-ın vəzifəli şəxsindən ittihamedici ifadələr

Tarix: 13-12-2017, 16:25 Bölmə :Cəmiyyət Baxış: 420
SOCAR-ın vəzifəli şəxsindən ittihamedici ifadələr


Şabranda yeni ailə quran gəlinin dəm qazından zəhərlənərək ölməsində günahkar kimdir?

Məhkəmə xidmət rəisinə şərti cəza verdi, o, bəraət istədi


Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi Xaçmaz Regional Qaz İstismar İdarəsinin Şabran rayonu üzrə təbii qazın qəbulu və satış xidmətinin xidmət rəisi vəzifəsində işləyən İradə Banluyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
İttihama görə, İradə Banluyeva Şabran rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində xidmət rəisi işlədiyi müddət ərzində təhlükəsizlik qaydalarına nəzarət etməyib. O, 4 avqust 2015-ci il tarixli əmrlə Şabran rayonu, Dəvəçi kəndindəki mənzillərə texniki baxışın keçirilməsi vəzifəsi həvalə olunmuş xidmətin çilingəri Fərhad Əliyevin xəstəliklə bağlı 25 may 2015-ci il tarixdən 07 dekabr 2015-ci il tarixədək olan dövrdə əmək qabiliyyətini müvəqqəti itirməsi səbəbindən öz əmək funksiyalarını yerinə yetirməyərək işə çıxmamasına baxmayaraq, hərəkətsizlik edərək onun digər çilingərlə əvəzlənməsi üçün heç bir tədbir görməyib.
Bu səbəbdən Fərhad Əliyevin xidməti fəaliyyət dairəsinə daxil olan mənzillərə, o cümlədən Dəvəçi kənd sakini Şahzaman Yaqubovanın mənzilinə texniki baxış keçirilməyib və abonent tərəfindən Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli əmri ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.4.1 və 3.4.7-ci bəndlərinin tələblərinə zidd olaraq, hamam otağında özbaşına axar suqızdırıcısının quraşdırılması və təhlükəli şəraitdə suqızdırıcısının istismarına yol verildiyi vaxtında aşkar edilərək qarşısının alınması təmin edilməyib.
Nəticədə ehtiyatsızlıqdan 22 dekabr 2015-ci il tarixdə, saat 14 radələrində Bənzər Yaqubova yaşadığı Şabran rayonu, Dəvəçi kəndində yerləşən evin vanna otağında yuyunarkən axarlı suqızdırıcısından əmələ gələn dəm qazından zəhərlənərək ölüb.

“Mənzilə texniki baxış keçirilib”

İradə Banluyevaya Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.
Təqsirləndirilən şəxs qismində ifadə verən İradə Banluyeva ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, 2007-ci ildən Şabran Qazİstismar Sahəsində müxtəlif vəzifələrdə, 19 dekabr 2014-cü il tarixdən isə Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyi Xaçmaz Regional qaz istismar İdarəsinin Şabran rayonu üzrə təbii qazın qəbulu və satış xidmətinin rəisi vəzifəsində işləyir: “Xidməti vəzifəmi bu idarənin 29 dekabr 2014-cü il tarixli “Təbii qazın qəbulu və satışı xidmətinin rəisinin vəzifə təlimatı”na uyğun olaraq həyata keçirmişəm. Şabran rayonu, Dəvəçi kəndində yaşayan Şahzaman Yaqubova ilə 30 noyabr 2011-ci ildə Şabran Qazİstismarı Sahəsi tərəfindən qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə bağlanıb. Həmin mənzilə sonuncu dəfə 6 aprel 2015-ci il tarixdə çilingər İsmayıl Mehtiyev
tərəfindən texniki baxış keçirilib, abonentin iştirakı ilə “daxili qaz avadanlığına texniki baxış və profilaktiki xidmət işlərinin keçirilməsi haqqında” bir nüsxədən ibarət akt tərtib edilib. Lakin aktın surəti abonentə təqdim edilməyib”.

“Mənzillər nəzarətsiz qalıb”

Təqsirləndirilən şəxsin sözlərinə görə, iyulun 4-də Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyində keçirilmiş müşavirənin qərarına uyğun olaraq xidmət sahələri üzrə mühəndis və çilingərlərdən ibarət 3 qrup yaradılıb: “1-ci qrupa hər hesabat ayının ilk iş günündən son iş gününədək olan müddətdə sayğac göstəricilərinin çıxarılması, 2-ci qrupa yalnız abonentlərlə təbii qazın alqı-satqısı barədə müqavilələrin bağlanması və mənzillərə, qazişlədici avadanlıqlara texniki baxışın keçirilməsi, 3-cü qrupa isə borcu olan abonentlərin qaz təminatlarının dayandırılması vəzifəsi həvalə edilib. Həmin protokola uyğun olaraq Şabran rayonu üzrə rəis müavini Axunbala Həmidov tərəfindən çilingərlər arasında vəzifə bölgüsü aparılıb. Bu barədə Xaçmaz Regional qaz istismar İdarəsi tərəfindən təsdiq olunmuş 4 avqust 2015-ci il tarixli əmrə əsasən Fərhad Əliyevin xidməti vəzifəsi təbii qazın alqı-satqısı barədə müqavilələrin bağlanması və mənzillərə, qaz işlədici avadanlıqlara texniki baxışın keçirilməsi həvalə edilib, 2-ci qrupa aid olmuş Şabran rayonu, Dəvəçi kəndidə Fərhad Əliyevin xidməti ərazisinə daxil olub”.
İradə Banluyeva qeyd edib ki, Fərhad Əliyev ağır xəstəliyi ilə əlaqədar olaraq 25 may 2015-ci il tarixdən 07 dekabr 2015-ci il tarixədək bülletendə olub: “Bundan sonra isə əmək məzuniyyətinə çıxıb, göstərilən müddət ərzində Fərhad
Əliyevin hər hansı bir çilingərlə rəsmi qaydada əvəzlənməsi aparılmayıb. Nəticədə həmin ərazi nəzarətsiz qalaraq həmin mənzillərdə olan mənzildaxili qaz avadanlıqlarına və qaz cihazlarına texniki baxış keçirilməyib”.
“Şahzamanın mənzilinə texniki baxış keçirməyib” İradə Banluyevanın sözlərinə görə, Xaçmaz Regional qaz istismar İdarəsi üzrə verilmiş müvafiq əmrlə Fəqan Qaflanov 9 oktyabr 2015-ci il tarixdə həmin xidmətin qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər vəzifəsinə 1 aylıq sınaq müddəti ilə işə qəbul edilib: “Sınaq müddəti 9 noyabr 2015-ci il tarixdə bitdikdən sonra Xaçmaz Regional qaz istismar İdarəsinin Şabran rayonu üzrə rəis müavini Axunbala Həmidovun yazılı göstərişi ilə həmin ilin dekabr ayından Fəqan Qaflanova rayonun Dəvəçi kəndi ərazisində yaşayan abonentlərlə təbii qazın alqı-satqısı barədə müqavilələrin bağlanması və mənzillərə, qazişlədici avadanlıqlara texniki baxışın keçirilməsi vəzifəsi həvalə olunub. Fərhad Əliyevin xidməti ərazilərinə daxil olan mənzillərdən hər hansı birinə texniki baxış keçirilmədiyindən və işə yeni başladığından Fəqan Qaflanov Dəvəçi kəndi ərazisində öz mülahizəsinə uyğun olaraq bəzi mənzillərə texniki baxış keçirib. Ancaq Şahzaman Yaqubovanın mənzilinə texniki baxış keçirməyib”.

“İdarə məlumatsız olub”

Təqsirləndirilən qeyd edib ki, 5 yanvar 2016-cı il tarixdən Xaçmaz Regional qaz istismar İdarəsi üzrə verilmiş əmrə əsasən Fəqan Qaflanovun həmin ərazi üzrə çilingər vəzifəsində çalışması rəsmiləşdirilib. Onun sözlərinə görə, dekabrın 22-də Şabran rayonu, Dəvəçi kəndində yerləşən,
həmin kənd sakini Şahzaman Yaqubovaya məxsus mənzilin vanna otağında dəm qazından zəhərlənmə hadisəsinin baş verməsi barədə Xaçmaz Regional qaz istismar İdarəsinin Şabran rayonu üzrə şöbəsinə məlumat daxil olub: “Məlumat əsasında müəssisənin xatırlamadığım əməkdaşları ilə birlikdə həmin ünvana getdik. Orada olan çilingər İsmayıl Mehtiyevin bildirdiyinə görə, mənzil sahibləri tərəfindən vanna otağının yeri və su qızdırıcısı dəyişdirilib. Vanna otağının yerinin dəyişdirilməsindən, oraya qaz xətlərinin çəkilməsindən və həmin su qızdırıcısının quraşdırılmasından idarə məlumatsız olub.Abonent tərəfindən idarəyə bu barədə yazılı və ya şifahi məlumat verilməyib. Sonradan məlum olub ki, abonentin gəlini Bənzər Yaqubova vanna otağında yuyunarkən özünü pis hiss etdiyindən ağır vəziyyətdə Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və həmin xəstəxanada ölüb. Abonent Şahzaman Yaqubovanın yaşadığı əraziyə baxış keçirilməsi vəzifəsi olan çilingərlərə nəzarət edən qrup rəhbərinin və abonentin özünün də məsuliyyəti olduğu üçün özümü bu işdə təqsirli hesab etmirəm”.

“Nəzarət etməmişəm”

Təqsirləndirilən şəxs əlavə olaraq göstərib ki, onun Fərhad Əliyevin işə çıxmaması haqqında məlumatı olub, lakin onun həmin dövrdə xəstə olmasına görə digər çilingərlə əvəz edilməsi barədə baş idarəyə rəsmi məlumat verməyib: “Abonent Şahzaman Yaqubovanın yaşadığı ərazi Xaçmaz Regional qaz istismar İdarəsi tərəfindən təsdiq olunmuş 4 avqust 2015-ci il tarixli əmrə əsasən çilingər Əsli Mahmudovaya həvalə edilib. 2015-ci ilin oktyabr-noyabr
aylarında işçilərin ərazi bölgüsünə dair qrafikə əsasən çilingər Fərhad Əliyevə abonent Şahzaman Yaqubovanın yaşadığı ərazinin ona həvalə olması barədə sonradan məlumatı olub. Qrafiklərin tərtibi vəzifə təlimatına əsasən mənə həvalə olunsa da, həmin ərəfədə yaxın qohumumun vəfatı ilə əlaqədar qeyri-rəsmi olaraq bir neçə gün işə çıxmamışam. Odur ki qrafiklərin tərtibatınada nəzarət etməmişəm”.
“Hamada havalandırma olmayıb”
Zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilən Ramid Yaqubov ifadəsində göstərib ki, mərhum Bənzər Yaqubova onun həyat yoldaşı olub: “Biz 2009-cu ildə ailə qurub Şabran rayonu, Dəvəçi kəndində yaşamışıq. Valideynlərimdən eşitdiyimə görə yaşadıöımız evi 1984-1985-ci illərdə almışıq və 1998-ci ildə əsaslı təmir etdirmişik. Anam Şahzaman Yaqubovanın mülkiyyətçisi olduğu həmin ev iki otaq, bir eyvan, mətbəx, hamam və ayaqyolundan ibarət olub. Evi aldığımız vaxtdan oraya qaz xətti çəkilib, vanna otağı evin giriş darvazasından təxminən 3 metr solda yerləşib. Orada samovar tipli su qızdırıcısı quraşdırılıb”.
Ramid Yaqubov qeyd edib ki, 2015-ci ilin aprel ayının sonları, may ayının əvvəllərində həmkəndlilərim Yalçın Məcidov onların xahişi ilə vanna otağında təmir-bərpa işləri aparmaqla onun sahəsini kiçildib, qaz xətlərinə heç bir konstruktiv dəyişiklik etmədən ona təxminən 4-5 metr uzunluğunda əlavə qaz borusu birləşdirib, axımlı su qızdırıcısı quraşdırıb: “Lakin görülmüş işlər barədə Şabran rayon Qaz istismar İdarəsinə hər hansı yazılı və ya şifahi məlumat verməmişik. Vanna otağına plastik materialdan olan qapı-pəncərə qoymuşuq. Həmin
vaxtdan hadisə baş verən günədək, həmçinin hadisə baş verən gün vanna otağının qapısının aşağı hissəsində havalandırma yeri, yaxud bu məqsədlə havalandırma deşikləri olmayıb”.

“Şikayətim yoxdur”

Ramid Yaqubov bildirib ki, 22 dekabr 2015-ci ildə, saat 15 radələrində işdə olarkən həmkəndlisi Azay adlı şəxs onun mobil telefonuna zəng edib: “Ayaz arvadım Bənzərin hamamda yuyunarkən halsızlaşdığından xəstəxanaya aparıldığını xəbər verdi. İşdən icazə alaraq evə gəldim. Mənə məlum oldu ki, saat 14.30-da Bənzər azyaşlı uşaqlarım ilə birlikdə evdə tək olarkən uşaqlara televizora baxmağı tapşırıb, özü yuyunmağa gedib. Bu zaman dəm qazından zəhərlənərək ölüb. Həmin gün saat 19 radələrində meyiti xəstəxanadan götürərək evə qayıtdıqda vanna otağının qapısının aşağı hissəsində səliqəsiz şəkildə havalandırma deşiklərinin açıldığını gördük. Ancaq həmin deşiklərin kim tərəfindən və hansı alətlə açılmasından xəbərsiz olmuşuq. Təqsirləndirilən şəxs İradə Banluyevadan heç bir şikayətim yoxdur”.
Şabran rayon Məhkəməsinin hökmü ilə İradə Banluyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti cəza təyin edilib.
Hökmdən narazı qalan İradə Banluyeva apelyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Onuin şikayəti araşdırılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilib. İş hakim Hüseyn Nəbiyevin icraatında araşdırılıb.
Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edib. Qərara görə, İradə Banluyevanın apelyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin hökmü qüvvədə saxlanılıb.

Aslan
gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Olimpiya kompelksinin rəhbərinə 11 min manatdan çox cərimə

    Olimpiya kompelksinin rəhbərinə 11 min manatdan ...

    23-05-2016, 17:17

  • 
  • "Azəriqaz": Nardarana qazın verilməsi istiqamətində işlər görülür

    "Azəriqaz": Nardarana qazın verilməsi ...

    1-12-2015, 13:28

  • 
  • Şabranda vəzifəli şəxslərin qanunsuz əməlləri

    Şabranda vəzifəli şəxslərin qanunsuz əməlləri ...

    17-12-2014, 11:36

  • 
  • Şabranda ağır yol-nəqliyyat hadisəsi: 1 ölü, 4 yaralı

    Şabranda ağır yol-nəqliyyat hadisəsi: 1 ölü, 4 ...

    12-01-2015, 02:55

  • 
  • Şabranda 3 nəfərdən ibarət qrup zərərsizləşdirilib

    Şabranda 3 nəfərdən ibarət qrup zərərsizləşdirilib ...

    5-09-2015, 18:45


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (382)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu