MMC direktoru Natiq Musayev “Azəriqaz”ı məhkəməyə verdi
“Ağdaş Olimpiya İdman Kompleksi” MMC-in direktoru Natiq Musayevlə “Azəriqaz” istehsalat birliyinin Ağsu regional qaz istismar idarəsinin Ağdaş xidmət sahəsi arasında məhkəmə qalmaqalı yaranıb.
Ağsu Rayon Qaz İstismarı İdarəsinin Ağdaş Xidmət Sahəsinin təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 yanvar 2016-cı il tarixli 0098703 nömrəli aktı ilə “Ağdaş Olimpiya İdman Kompleksi” MMC-nin direktoru Natiq Musayevə 11772 manat itirilmiş qaz pulu hesablanıb.
Natiq Mustafayev həmin akta əsasən hesablanmış məbləğin ödənilməsi barədə “Azəriqaz” istehsalat birliyinin istehlakçılara satılan qaza nəzarət şöbəsinin rəisinin 26 fevral 2016-cı il tarixli qərarının ləğv edilməsi və cərimənin silinməsi haqqında qərar çıxarılmasını Ağdaş Rayon Məhkəməsinə müraciət edilib.
“Azəriqaz” İstehsalat birliyinin nümayəndəsi Rahil Xəlilov məhkəmədə vəsatət qalıdırıb və birliyin baş idarəsinin məhkəməyə verilməsini istəyib. O, bildirib ki, “Azəriqaz” İB-nin hüquqi ünvanının Bakı şəhəri, Xətai rayonunda olduğunu bildirib və işin aidiyyəti üzrə Bakı şəhəri 1 saylı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsini xahiş edib.
Məhkəmə “Azəriqaz”ın nümayəndəsinin vəsatətini təmin etməyib. “Azəriqaz”ın nümayəndəsi Rahil Xəlilov apelyasiya şikayəti verib. Onun şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib.
Rahil Xəlilov şikayətini onunla əsaslandırıb ki, “Azəriqaz” İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin 26 fevral 2016-cı il tarixli qərarını qəbul etmiş orqan, Bakı şəhəri Xətai rayonu Y.Səfərov küçəsi 23 ünvanında yerləşir: “Ağsu RQİİ və ya Ağdaş xidmət sahəsi hüquqi şəxs deyil. ”Azəriqaz” İB-nin struktur vahididir. Hüquqi şəxs “Azəriqaz” İB-dir. “Ağdaş Olimpiya Kompleksi” MMC abonent kimi təbii qazın alqı-satqısı barədə müqaviləni də Bakı şəhəri Xətai rayonu Y.Səfərov küçəsi 23 ünvanında yerləşən “Azəriqaz” İB ilə bağlanılmışdır. Şikayətdə şikayətçi Ağdaş Olimpiya Kompleksi MMC-nin direktoru Musayev Natiq Feyruz oğlu məhkəməyə təqdim etdiyi şikayətində 28 yanvar 2016-cı il tarixdə “Ağdaş Olimpiya İdman Kompleksi” MMC-nin əməkdaşı İsrafilov Nüsrət Mirzə oğlunun özbaşına olaraq, qaynaq vasitəsi obyektə qazın verilişi dayandırılarkən istifadə olunmuş metal çubuğu qırmaq yolu ilə qanunsuz olaraq qaz xəttini şəbəkəyə qoşmasını, qanunsuz olaraq qazdan istifadə etməsini, qazanları qızdırmasını etiraf edib”.
Nümayəndənin sözlərinə görə, Ağdaş Rayon Məhkəməsinin 07 aprel 2016-cı il tarixli qərardadı ləğv edilərək iş aidiyyəti üzrə baxılması üçün inzibati-iqtisadi məhkəməyə göndərilməlidir.
Məhkəmə iclasında çıxış edən “Ağdaş Olimpiya İdman Kompleksi” MMC-nin direktoru Natiq Musayev və onun vəkili Ehtibar Abdullayev şikayətin təmin edilməməsini istəyiblər.
Tərəflərin fikirlərini öyrənən hakim kollegiyası sonda qərar elan edib. Qərara görə, apelyasiya şikayəti təmin edilməyib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?